II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
207
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
İsim fəslində cins, kəmiyyət və hal kateqoriyaları ərəb və fars dillərilə müqayisəli şəkildə izah edilir və isimlər iki əsas
qrupa ayrılır: "ismi-cins" (məs.: heyvan, daş, ağac) və "ismi-ələm" (şəxs adları: Ali, Həsən, Hüseyn). Maraqlıdır ki,
kəmiyyət anlayışı öz sözümüzlə ifadə edilir: "San ikidir: "müfrəd" (tək) və "cəm".
M.Əfşar da türk (Azərbaycan) dilində ismin yeddi halı olduğunu qeyd edir; "əhvali-ism": "mübtəda və münada",
"izafə", "məfuli-ileyh", "məfuli-bih", "məfuli-məəh", "məfuli-fih", "məfuli-minh" (müasir terminlərlə: adlıq, yiyəlik,
yönlük, təsirlik, birgəlik, yerlik, çıxışlıq hal). Bunlar müasir dilimizdə işlənən hallarla tərtibinə görə uyğun gəlir. Fərq
yalnız halların adlarında və birgəlik halın ("məfuli-məəh") müasir dilimizdə ismin bir halı kimi göstərilməməsindədir.
"İzafət" - bir şeyin bir ismə əlaqə və aidliyini göstərir, iki növü var: "izafəi-lamiyyə" (ağacıŋ barı, dostuŋ cəfası) və
"izafəi-bəyaniyyə" (qızıl yüzük, gümüş kasə). Bu birləşmələrdə birinci tərəf "müzafün ileyh" (təyin edən), ikinci tərəf isə
"müzaf" (təyin edilən) adlandırılır.
"İsmi-sifət" bəhsində sifətin tərifi verilir, sifətin aid olduğu isim "mövsuf" (vəsf olunmuş) adlandırılır və qeyd edilir
ki, "türk dilində sifət ilə mövsuf arasında mütabiqət (uzlaşma) yoxdur; nə sanda, nə cinsdə və nə başqa hallarda və həmişə
mövsufdan müqəddəm düşür, məsələn: yaxşı kişi/ kişilər/ kişilərin". Sifətin üç dərəcəsi göstərilir: "adi", "izafi" və "əla".
Maraqlıdır ki, -cıq//-cik; -cığaz//-cigəz (oğlancıq-oğlancığaz, övrətcik-övrətcigəz) və -ca//-cə (yaxşıca, ağca, gözəlcə)
şəkilçiləri ilə düzələn sözlər ayrıca, "ismi-təsğir" adı ilə, incə saitli və qalın saitli sözlər "xəfif" (yüngül) və "səqil" (ağır)
terminlərilə verilir.
"İsmi-mənsub"- bir şəxsin bir yerə və ya mütləq bir sifətə nisbətlənməyini ifadə edir, məs; şirvanlu, gəncəli, güclü.
"İsmi-ədəd"- say, miqdar göstərən kəlmələrdir. Bunlar da, öz növbəsində, üç yerə ayrılır: "əsli": 1."əhad" (təkliklər);
2."əşərat" (onluqlar); 3."miət" (yüzlüklər); 4."uluf" (minliklər), "tərtibi" (bir şeyin miqdarilə birgə mərtəbəsini (sırasını)
göstərir, məs; yeddinci, dördinci) və "kəsri". "İsmi-məkan" (çəmənlik, tikanlıq); Yaxına işarə edən "bu" və uzağa işarə edən
"o //ol" sözləri "ismi-işarə" adı ilə əvəzliklərdən ayrı verilir, lakin qeyd edilir ki, "o" işarə üçün olduğu kimi, həm də
"zəmiri-ğayib"dir (III şəxs əvəzliyi), məs; mən, sən, o; işarəylə göstərilən "müşarün ileyh" adlandırılır. Şəxs bildirən, şəxsə
nisbət verən bütün anlayışlar (şəxs əvəzlikləri ("zəmiri-münfəsil"), mənsubiyyət ("zəmiri-müttəsil"), şəxs ("zəmiri-rəbti")
və xəbərlik ("zəmiri-fel") kateqoriyaları) əvəzliyin növləri kimi "ismi-zəmir" adı altında birləşdirilir. Şəxs əvəzlikləri belə
qruplaşdırılır: "zəmiri-mütəkəllim" ("söyləyən": mən, biz // bizlər), "zəmiri-müxatəb" ("xitab olunan": sən, siz //sizlər) və
"zəmiri-ğayib" ("hazırda olmayan": o, olar //onlar).
Dostları ilə paylaş: |