Microsoft Word Materiallar Full


AZƏRBAYCAN DİLİNİN TERMİNOLOJİ SİSTEMİNDƏ PSİXOLOGİYA TERMİNLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə349/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   345   346   347   348   349   350   351   352   ...   1149
AZƏRBAYCAN DİLİNİN TERMİNOLOJİ SİSTEMİNDƏ PSİXOLOGİYA TERMİNLƏRİ 

 

Ramil BAYRAMOV 

Azərbaycan Dillər Universiteti 



rbayramov924@gmail.com 

 

Terminologiya dilçiliyin xüsusi bir sahəsi olaraq elmi anlayışları ifadə və ya təyin edən termin-sözləri və termin-söz 



birləşmələrini, bütövlükdə dilin terminoloji sistemini öyrənir. Tarixən ayrı-ayrı elm sahələri artan templə inkişaf etmiş, elm 

aləminə yeni-yeni  elmi nəzəriyyə, prinsip, müddəa və qanunauyğunluqlar daxil olmuş, bunlara uyğun olaraq insan 

təfəkküründə mövcudlaşan məfhumların sayəsində müxtəlif anlayışlar sistemi yaranmış, indi də yaranmaqdadır.  İnsan 

təfəkkürünün məhsulu olan bu cür məfhum və anlayışlar məntiqi kateqoriya sisteminə aid olsalar da, belə anlayışların 

daşıyıcısı olan alimlər tərəfindən onlar müvafiq sözlərlə ifadə olunaraq dilçiliyin malına çevrilirlər. Yəni məfhum və 

anlayışları öyrənən məntiq elmindən fərqli olaraq, dilçiliyin terminologiya bölməsi anlayışların fonetik qabığını təşkil edib, 

onları ifadə edən termin-sözləri tədqiq edir, öyrənir və sistemləşdirir. Belə sistemləşdirmə zamanı elmi terminlər 

ümumilikdə deyil, ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılır və  hər bir elm sahəsinə  məxsus olan terminlər ayrıca 

sistemləşdirilərək elm aləminə təqdim edilir. 

Məlum olduğu kimi, son əlli il ərzində Azərbaycan dilçiliyi tarixində terminologiya sahəsində xeyli irəliləyişlər 

olmuşdur. Belə ki, terminologiyanın elmi-nəzəri məsələləri ilə yanaşı, ayrı-ayrı elm sahələrinə xas olan terminlər 

dəqiqləşdirilmiş, sistemləşdirilmiş və linqvistik tədqiqə cəlb edilmişdir. Lakin bu sahədə görülən işləri bitmiş hesab etmək 

olmaz, çünki bu proses hələ də davam edir, konkret elm sahələrinə məxsus terminlərin üzərində elmi araşdırmalar aparılır. 

Hətta elə elm sahələri də var ki, onlar öz terminlərinin sistemləşdirilməsini və dilçilik baxımdan tədqiqata cəlb edilməsini 

gözləyir. Belə elm sahələrindən biri də psixologiya elmidir. Fikrimizcə, psixologiya elminə məxsus anlayışları ifadə edən 

termin-sözlərin linqvistik tədqiqə  cəlb edilməsi zamanın tələbidir. Ona görə ki, sosial-siyasi elmlərin sırasına daxil olan 

psixologiya elmi artıq cəmiyyətin bütün sahələrinə sirayət etmişdir. Psixologiyaya aid anlayışların sərhədini 

müyyənləşdirmək, onları ifadə edən terminlərin işlənmə mövqeyini, yaranma mənbəyini və digər linqvistik xüsusiyyətlərini 

tədqiq edib öyrənmək, ictimaiyyətə təqdim etmək artıq zərurətdir. Bu zərurəti nəzərə alaraq, biz Azərbaycan dilində işlənən 

psixologiya terminlərini dilçilik nöqteyi-nəzərdən araşdırmağı qarşımıza məqsəd qoymuşuq. 

Qeyd edək ki, hər bir konkret elm sahəsini digər elm sahələrindən fərqləndirən əsas cəhətlərdən biri də həmin elmə 

məxsus anlayışları ifadə edən terminlərdir. Yəni hər bir elmin obyekti və predmeti onu başqa elm sahələrindən 

fərqləndirdiyi kimi, onun özünəməxsus terminlər sistemi də onları – ayrı-ayrı elmləri bir-birindən fərqləndirən xüsusiyyət 

kimi diqqəti cəlb edir. Özünənməxsus obyektə və predmetə malik olduğundan psixologiya da özünün terminləri, bütövlükdə 

terminoloji sistemi ilə digər elmlərdən fərqlənir. Bu elmin obyekti insan, predimeti isə insanın ruhi aləmi, ümumiyyətlə, 

ruhi həyat hadisələridir. Predmetinə uyğun olaraq bu elm sahəsinin özünəməxsus anlayışlar sistemi var və bu anlayışları 

adlandıran terminlər var.  

Xüsusi qeyd etmək lazımdır ki, psixologiyaya aid terminlər hələ müstəqil psixologiya elmi formalaşmamışdan qabaq 

da mövcud olmuşdur. Belə ki, bu elmin predmetini insan, onun daxili-ruhani aləmi təşkil etdiyi üçün bu elmə  məxsus 

anlayışların yaşı insanın – insan cəmiyyətinin yarandığı vaxtdan hesablanmalıdır.  

Psixologiya elminin müstəqil şəkildə formalaşmasına qədər də müəyyən anlayış və onları ifadə edən sözlər mövcud 

olmuşdur. Lakin o vaxtlar belə anlayış və terminlərin mənsub olduğu konkret ayrıca bir elm sahəsi mövcud olmadığından 

fəlsəfə elminin tərkibində inkişaf etmişdir. Bununla yanaşı, belə anlayışlara və terminlərə insan təfəkkürünün ilkin 

mərhələsini əhatə edən şifahi xalq yaradıcılığı və bir qədər sonrakı yazılı ədəbiyyat nümunələrimizdə də rast gəlirik. Buna 

görə  də psixologiya terminlərini araşdırarkən təkcə müstəqil psixologiya elmi yarandığı dövrdən bugünə kimi deyil, 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin