Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə351/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   347   348   349   350   351   352   353   354   ...   1149
 

 

TAMAMLIQ BUDAQ CÜMLƏLI TABELI MÜRƏKKƏB CÜMLƏLƏRININ 

FORMALAŞMASINDA MORFOLOJI VASITƏLƏRIN ROLU 

 

Sadə QULİYEVA 

Qafqaz Universiteti 

qva.sade@mail.ru 

 

Tamamlıq budaq cümləsi baş cümləyə, hər şeydən əvvəl, semantik cəhətdən bağlanır. Əsasən, baş cümlədək  xəbərin 

tələbi ilə budaq cümlə ona qoşulur və baş cümlədəki tamamlığa olan tələbat təmin olunur. Deməli budaq cümlə ilə baş 

cümlə arasındakı  məzmun bağlılığı onların yaranmasını  şərtləndirən  əsas amildir. Bu aparıcı amildən başqa, bir sıra 

morfoloji vasitələrdə tamamlıq budaq cümləsi ilə baş cümləarasında sıx  əlaqə yaradılmasına kömək edir. Bunları ayrı – 

ayrılıqda nəzərdən keçirək: 

I. Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin formalaşmasında  ən bariz şəkildə özünü 

göstərən morfoloji vasitə «ki» bağlayıcısıdır. Bu bağlayıcı, adətən baş cümlədən sonra, budaq cümlədən qabaq işlənir. 

Müasir Azərbaycan dilində «ki» bağlayıcılı tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr işləkdir. Məsələn:  

1. Mən açıq hiss edirdim ki, onların təsərrüfat işinə qətiyyən həvəsləri yoxdur vəya 2. Qərənfil bacı bilmirdi ki, mənim 

qəlbim heç zaman mənə şikayət etməmişdir.  

II. Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin formalaşmasında mühüm rol oynayan 

vasitələrdən biri də budaq cümlənin  əvəzlik qəlibləridir. Doğrudur,  əvəzliklər başqa növdən olan tabeli mürəkkəb 

cümlələrin formalaşmasında da iştirak edir və baş cümlədən sonra işlənməli olan budaq cümlənin növü barədə əvvəlcədən 

təminat verir. Lakin əvəzlik – qəliblərin əsas fəaliyyət sahəsi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir. 

Baş cümlədə  əvəzlik – qəliblərin işlənməsi budaq cümlənin baş cümləyə daha sıx bağlanmasını  təmin edir, onun 

asılılıq dərəcəsini artırır. Məhz buna görədir ki, bu vaxt baş cümlə ilə budaq cümlə arasında hökmən «ki» tabelilik 

bağlayıcısı işlənməli olur.  

Müasir Azərbaycan dilində bu – ya nisbətən, o əvəzliyi əvəzlik – qəlib funksiyasında daha çox işlənir. Burada əsas 

rolu  əvəzliyin morfoloji əlaməti oynayır. Bu zaman baş cümlədəki  əvəzlik-qəlib ismin yönlük, təsirlik, yerlik və  çıxışlıq 

halında və o cümlədən ilə ( -la, -lə) və haqqında qoşmaları ilə də işlənəbilir. Belə nümunələrə I.Əfəndiyev nəsrindəki fayət 

qədər rast gəlmək olur. Məsələn: 

1. Onu da deyim ki, kişinin əməyini itirmədi.  

2. Ona təəccüb edirdim ki, adamlar mənim həmişə həsədlə tamaşa elədiyim qızıl zərli paqonlarıni yə qoparıb atırdılar?  

Baş cümlədən bəzən əvəzlik olmayan, digər nitq hissəsinə ismə aid olan sözdə işlənəbilir və o, tamamlıq funksiyasına 

müvafiq müəyyən formalar qəbul edir. Təsirlik halda olan «birşey», «birməsələ» ifadələri baş cümlədə tamamlığın qələbi 

kimi işləndiyindən onun aydınlaşdırılması tələb olunur. Məhz buna görə də baş cümləyə tamamlıq budaq cümləsi qoşulur. 

Məsələn:  

1) Bir məsələni də qeyd edək ki, sənin yaşayış üçün bundan başqa yerin yoxdu. 

III Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin formalaşmasında nisbi əvəzliklərin də xüsusi rolu vardır. Nisbi 

əvəzlikli tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin budaq cümləsi əvvəl, baş cümləsi sonra işlənir. Məsələn:  

1) Kimə baxırdı, hərəyə bir söz deyirdi. 

2) Kimi gözü tutmuşdusa, onu da alacaqdı.  

Yeri gəlmişkən deyək ki, tabeli mürəkkəb cümlələrin baş cümləsində korrelyatın işlənib – işlənməməsindən asılı 

olmayaraq, çox vaxt cümlənin xəbəri – sa, (sə) şərt əlamətini qəbul edir. Məsələn:  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin