II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
212
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Azərbaycan dilindəki antonim sözləri, xüsusən də əks məna ifadəetmə cəhətindən yoxladıqda aydın olur ki, belə sözlərin bir
çoxunda əksmənalılıq şərti və nisbi haldır”. Onların antonim kimi işlənməsi polisemiya və məcazilik funksiyası daşıması ilə
bağlıdır.
- Ay rəhmətlik oğlanları, axı, siz buraya işləməyə gəlibsiniz, ya davaya?
Işləmək sözü mətndən kənarda dava sözü ilə antonim deyildir. Ilkin mənasına görə bu leksik vahidin antonimi istirahət
etmək sözüdür. Lakin mətn daxilində dini mövqe ilə bağlı ziddiyyətlər daxilində işləmək sözü, həm də dinc şəraitdə işləmək
mənasında çıxış edərək dava sözü ilə antonimlik kəsb edir.
Yazıçı hadisə və obrazları səciyyələndirmək, aralarındakı kontrastları daha kəskin göstərmək üçün nominativ
funksiyasına görə antonim olmayan sözləri məcazi mənada qarşı-qarşıya qoyur, beləliklə təsirli təzadlar yaradır.
- Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə
milyona pul demirdi. Amma indi Allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri
papirus puluna möhtac eləyibdi.
Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14
karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi
yomiyyəruzusunahəsrətqoyub.
“Bəlkə də qaytardılar” hekayəsindən olan bu parçada keçmiş Bakı milyonçularının acınacaqlı vəziyyəti əks olunur.
Adi halda heç bir antonimlik kəsb etməyən milyonlar və papiruspulu, saysıztikililər və yomiyyəruzusu keçmiş ilə indinin
müqayisəsində əvəzolunmaz təzaddır.
Ədib canlı və inandırıcı portret yaradarkən; təbiət təsvirində və obrazın fərdi keyfiyyətlərini, fərqli cəhətlərini
qarşılaşdırarkən; müəyyən şəraitdən asılı olaraq psixoloji vəziyyətinin təsvir edərkən; sinfi fərqləri, maddi vəziyyəti, dini
baxışlardakı ziddiyyətlərin ifadə edərkən antonimlərin üslubi rolundan yaradıcı şəkildə istifadə etmişdir. Ədib hətta “Şəhər
və kənd” əsərinin adında antonimlərdən istifadə edərək oxucunun diqqətini cəlb etməklə bərabər, əsər haqqında müəyyən
təsəvvür də yaradır.
Dostları ilə paylaş: |