AZƏRBAYCAN DİLİNDƏ “ZAMAN” KONSEPTİNƏ DAXİL OLAN ANLAYIŞLARIN
QARŞILAŞDIRMASINA ƏSASLANAN KONTRASTİV SEMANTIKALI FRAZEOLOJİ
VAHİDLƏR
Samirə NƏBİYEVA
Gəncə Dövlət Universitetinin
kontensiv.frazeologiya@yandex.com
İstənilən dilin frazeoloji sistemi həmin dildə danışan toplumun tarixini, etnoqrafiyasını, məişət vərdişlərini, həyat
şərtilikləri və standartlarını metaforik biçimdə əks etdirir. Y.Qrimin “Bizim dilimiz – eyni dərəcədə də bizim tariximizdir”
(Гримм Я. О происхождении языка. // Хрестоматия по истории языкознанияXIX-XX веков в очерках и
извлечениях, М.,1956; с.64.) ifadəsi özünü tam dolğunluğu ilə məhz frazeoloji sistem inventarında təzahür etdirir. Həmin
“qısa ifadələrdə əks olunmuş və əcdadların gələcək nəsillərə miras qalmış mənəvi qanun, eləcə də, sağlam düşüncə”
(Буслаев Ф. И. Русские пословицы и поговорки, собранные и объясненные. М.: Русский язык 1954; с.37) bu və ya
digər xalqın etnopsixoloji özəllikləri haqqında dolğun məlumat əldə edilməsinə də yardımçı olur. İnsanın mənəvi
kimiliyinin seçim anında bəlli olduğunu ortaya qoyan ekzistensional fəlsəfənin məntiqindən çıxış edərək belə bir perifrza da
yol verə bilərik: xalqın mənəvi kimiliyi onun müqayisə və qarşılaşdırmalarında ortaya çıxır. Bu mənada istənilən dilin
kontrastiv semantikalı frazeoloji vahidləri (KSF) həmin dil daşıyıcılarının mənəvi prioritetləri, zövq seçimi və s. haqqında
qiymətli məlumatları ehtiva etməsi danılmazdır. Həmin qrup frazeoloji vahidlər dil daşıyıcılarının hər hansı bir hadisəyə,
prosesə, anlayışa və ya xüsusiyyət və əlamətə mümasibətinin konkret ifadəsinə yönəlmiş frazeologizmləri əhatə edir. Belə
ki, KSF-lərdə dil daşıyıcıları müqayisə obyektini və ya müqayisə ilə səciyyələndirilən obyekti konkret verilmiş limit
çərçivəsində müəyyənləşdirir. Məsələn, Ac qalmaq borclu olmaqdan yaxşıdır, Adamın adı çıxınca, canı çıxsa yaxşıdır
KSF-lərdən birincisində maddi durumla bağlı iki vəziyyət, ikincisində isə insanın sosial portreti məsələsi ilə bağlı
|