II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
214
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
qarşılaşdırma aparılmışdır. Azərbaycan mentallığının daşıyıcıları üçün minnətli çörək anlayışı ağır və hətta təhqiramiz
gəldiyindən, ac olmaq borclu olmaqdan üstün tutulmuşdur. İkinci halda isə insanın adının mənfi yöndə hallanmasının
cəmiyyətdəki nüfuza xələl gətirməsi konkret müqayisə vasitəsilə ifadə tapmışdır. Müqayisə üçün deyək ki, Borc odlu
köynəkdir. – ifadəsində müqayisə verilmədiyindən borc anlayışının neqativ tutumunun sərhədləri yayğındır. Deməli həmin
frazeologizmin interpretasiyası fərdə görə dəyişə bilər. Lakin kontrastiv semantikalı frazeologizmlərdə isə konkret
qarşılaşdırma aparıldığından səciyyələndirmə obyekti ilə bağlı məlumat və ya ona münasibət bəlli çərçivədə qərarlaşır.
Azərbaycan dilinin frazeoloji sistemindəki KSF-lər arasında “zaman” konseptinə daxil olan anlayışların
qarşılaşdırmasına əsaslanan ifadələr xüsusi maraq doğurur. Həmin frazeologizmlərdə zaman konseptinin ifadə formaları ilə
bağlı müəyyən qruplaşdırma aparmaq olar.
İlk olaraq, zaman konseptinə daxil olan leksik vahidlərin nominasiya xarakterinə görə aşağıdakı qruplaşdırmanı
aparmaq olar:
1. Bilavasitə zaman anlayışı ifadə edən leksik vahidlərin (məsələn: gec – tez; axşam – səhər, dünən – bü gün; bahar –
qış və s.) qarşıladırmasına istinad edən KSF-lər;
2. Zaman anlayışına aidiyytaı metaforik dillər ifadə tapan söz və ya söz birləşmələrinə istinad edən KSF-lər.
Birinci qrup daxilində a) mütləq zaman qarşılaşdırmalarına və b)nisbi zaman qarşılaşdırmalarına istinad edən KSF-ləri
də fərləndirmək lazımdır. Birinci yarımqrupda “Axşamın xeyrindən, səhər (sabahın) şəri daha yaxşıdır”, səhər gedər
naxıra,axşam gələr axıra, bu günün qarı, sabahın barı,ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz (geçməz), xəsisdən
Dostları ilə paylaş: |