Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə356/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   352   353   354   355   356   357   358   359   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

213 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Qədim tüklər ibadətgahlara «tapınağ», ibadət etməyə isə «tapmaq» deyirdilər. Bu isə çox güman ki məhz tabu 

sözündən irəli gəlmişdir. Hətta müasir türk dilində də bu söz geniş istifadə edilməkdədir. 

İnsanlar dövr keçdikcə tabu ilə qadağan olunmuş  məfhumları, sözləri başqa sözlərlə  əvəz etməyə başlamışlar. Bu 

sözlər də dilçilikdə evfemizm adını almışdır.  

Evfemizmlər-hər hansı bir sərt və ya kobud məna ifadə edən sözü yumşaltma, vulqarlıqdan çıxarma, qarşıdakını 

incitməmək, kobudluq etməmək, nəzakətli davranmaq üçün istifadə edilir. Eyni zamanda evfemizmdən istifadə etmək bir 

siyasətdir. Məsələn ölmək sözü yerinə  rəhmətə getmək işlədilməsi. Evfemizm yunan sözü olub-eu-«yaxşı» və phemi-

«danışıram» kəlmələrindən götürülmüşdür. Beləliklə də evfemizm tabuya antonim olan sözləri özündə ehtiva edir.  

Evfemizm vasitəsilə ifadə olunan tabu sözlərin fono-semantik xüsusiyyətlərində belə inçəlik, yumşaqlıq duyulur. 

Misal üçün «ölmək», «gəbərmək»  sözlərinü evfemizmlərlə əvəz etsək: rəhmətə getmək, ömrünü bağışlamaq, vəfat etmək 

kimi birləşmələrdən istifadə olunur. Bu sözlərdəki səslər öz mülayim çalarları ilə sözlərə zəriflik, fikir incəliyi gətirir. İslam 

dinin gəlişi ilə dilimizə daxil olan bu sözlərdə  həm də xeyir dua çalarları da var. Çünki həyatını  dəyişən insanın rəhm 

olunub olunmamasını heç bir bəşər bilmək  iqtidarında deyil. Lakin «rəhmətə getdi» ifadəsi ilə danışan bir növ ölüyə «Allah 

rəhmət etsin!» xeyir duasını da edir. «Ölmək» sözünü əvəz edən «ömrünü bağışladı» ifadəsi də belə mənanı verir. Belə ki, 

«ömrünü bağışladı» birləşməsi ölmüş insanın həyatını onun övladlarının davam etdirməsi kimi yozulur. Yəni, onun ömrünü, 

nəslini övladlar indi yaşayır. «Vəfat etdi» kəlməsində isə gördüyümüz kimi vəfa  sözü  var.  Bu  isə insana əmanət olmuş 

«canın tapşırılması», «canının Allaha təslim etməsi, qaytarılması» ilə izah olunur. «Canını təslim» edərkən ruh aid olduğu 

nura dönür və buna görə də Vahid nura vəfa etmiş olur. 

Rəhm sözü tibbdə insanı ana bətnində formalaşan gündən, dünyaya gələn günə qədər yerləşdiyi yerə də deyirlər: Ana 

rəhmi 40 həftə boyunca dölü saxlayar və qoruyar.  

Rəhm etmək, rəhm qılmaq – yazığı gəlmək, halına acımaq, ürəyi yanmaq, mərhəmət etmək: 

Vaqifə rəhm eylə, bari, ilahi; 

Agah et dərdindən ol üzü mahi. 

Bütün deyilənlərdən bu nəticəyə  gəlirik ki, tabu və evfemizləri ifadə edən sözlərin fone-semantik xüsusiyyətləri 

onların məna çalarları ilə bilavasitə  əlaqədədir. Tabu sözlərin mənalarını yumşaltmaq məqsədilə  işlədilən evfemizlərin 

özlərində belə bir incəlik, yumşaqlıq duyulur. Bu da şübhəsiz ki, həmin sözləri təşkil edən səslərin fonosemantik 

xüsusiyyətlərindən irəli gəlir. Deməli, evfemizlər təsadüfi sözlərdən təşkil olunmadıqı kimi, bu sözlər hər hansı  səs 

yığımının da məcmusu deyil. Burada hər bir səsin özünün ifadə etdiyi məna çalarları evfemizm məqsədilə istifadə edilən 

fikrə xidmət edir. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin