Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə374/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   370   371   372   373   374   375   376   377   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

221 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

dan üzü Şıxlıya gedəjəm (Qazax), İndijə getdi (Qarabağ), Salığ olsun bağlarda biil bihədd bəhər olaceg, hindidən məlim 

eliyir (Bakı), Sirəngün süzə gəlmişdim, öydə olmadun (Bakı), Əli biyağ gəlmişdi (Bakı), Savax ertə gejdən duruf bazara 

getdim (Şəki), İnişil pammığ, barama plannın doldurmuşduz (Muğan), Ən əzzəlcə öyi tikirüg (Salyan), Su yazzan-yaza gəlir 

(Salyan), Mən obaş durdum (Naxçıvan), Böyün mənim bu adama  

 

işim düşüp (Naxçıvan), Onu israğayinnəri yola salduğ getdi (İsmayıllı),  İndiyənətənə qulluğ elədim (Borçalı) və s. 



(1.səh 277, 278) 

 Yemek adları da günün vaxtlarına görə işlənir: səhər yeməyi, qəlyanaltı, günorta yeməyi-nahar, axşam yemeyi-şam. 

Həmçinin insanlar bir - birilə görüşəndə belə günün hansı hissəsində görüşmələrindən asılı olaraq salamlaşırlar: günün 

birinci hissəsində  əsasən  sabahın xeyir, günortan xeyir, ikinci hissəsində isə  axşamın xeyir, gecən xeyir. Ayrılanda isə 

gecən xeyirə qalsın, xeyirə qarşı, sabaha dək və sairə kimi sözlərdən istifadə olunur. Hər vaxtın xeyir, aqibətin xeyir, 

görüşənədək və sairə kimi sözlər isə günün istənilən vaxtında işlənilir.  

Həftə günlərini ifadə edən bir neçə leksik qrup vardır ki, bunlar eyni faktı ifadə etməklə yanaşı  ədəbi dilə  və xalq 

danışıq dilinə  məxsus olmaları ilə bir-birindən seçilir. Həm  ədəbi dildə, həm də xalq danışıq dilində  həftənin günləri 

aşağıdakı kimi işlənir: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə,  şənbə, bazar. Adi danışıqda həftə 

günlərinin adlarını başqa leksik qrupla adlandırırlar: birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı 

gün, bazar. 

Azərbaycan dilində  işlənən ay adlarının hamısı alınmadır.  İldə dörd fəsil və  hər fəsildə üç ay vardır.(2.səh 72,73) 

Dekabr, yanvar, fevral qış ayları, mart, aprel, may yaz ayları, iyun, iyul, avqust yay ayları, sentyabr, oktyabr, noyabr payız 

aylarıdır.Ramazan ayı  və ya mübarək ay deyilən bir ifadə  də vardır ki, bu ay yuxarıda adını  çəkdiyimiz aylardan biri 

nəzərdə tutulur, yəni orucluq hansı aya düşürsə həmin ay belə adlandırılır. 

Fəsil adları  qış, yaz, yay, payızdır. Yazı çox vaxt bahar adlandırırlar ki, bu da yaz aylarında təbiətin, torpağın 

canlanması ilə əlaqədardır. Fəsil adları ilə bağlı məsəl də var: “Qorx payızdan qabağınca qış gəlir, qorxma qışdan qabağınca 

yaz gəlir.” Fəsil adlarını isti və soyuq mövsumlərlə  əlaqədar olaraq ayırırlar. Çox zaman adi danışıqda deyilir: ilin isti 

çağında işləmək lazımdır. Burada ilin isti çağı dedikdə yay fəsli, isti aylar nəzərdə tutulur. X Günün bu istisində  və ya 

günün bu şaqqamasında çöldə nə edirsən? Burada isə günün günorta vaxtı nəzərdə tutulur. 

Zaman adlarından yaranmış bir çox söz qrupları vardır. Məsələn, mövsümlə bağlı olan məkan adları: yaylaq, qışlaq və 

sairə. Mövsümlə yaxud günün vaxtları ilə bağlı olan hərəkət adları: yaylamaq, qışlamaq və sairə. 

İlin fəsillərini bildirən adlar da dilimizdə metafora funksiyasında işlənir. Qış, yaz, bahar, payız, yay kimi sözlər bədii 

dildə rəngarəng məcazi mənalar kəsb etmək keyfiyyətinə malikdir. Məsələn, ilin ən gözəl fəslini tərənnüm edən bahar, yaz 

sözləri bədii əsərlərdə xoşbəxtlik, azadlıq, gənclik, sevinc və sairə müsbət mənalar bildirir.Aşağıdakı bədii parçalardan bunu 

açıq görmək olur: (3. səh 91) 



         Ey azad gün, azad insan, 

         Doyunca iç bu bahardan! 

                                                         (S. Vurğun, Lirika) 

İnsan məhəbbətilə 

Yer üzü bahar olsun

 

                                           (R. Rza, Açın qapıları insan gəlir) 



Həmçinin bahar fəsli bədii ədəbiyyatda da digər fəsillərdən üstün tutulur, bu fəslin adına daha çox təsadüf olunur : 

Mən inanmıram  ki,  bizim  əsrin  şairləri  bahar  fəslini, məsələn qış  fəslindən  artıq  tutalar (C.Məmmədquluzadə). 

Payız sözü poetik nitqdə,  əsasən, insanın yaşa dolan, qış isə qocalıq dövrünün simvolu kimi verilir. Qış sözü bədii 

dildə bədbinlik, pis gün kimi məcazi mənalar da ifadə edir.(3. səh 91) 

                                    Ağarmış saçında, saqqalı da qış... 

                                                       (S. Vurğun, Lirika) 

Sutkanın müəyyən vaxtını bildirən səhər, sabah, gecə, gündüz kimi sözlər də metafora funksiyasında işlənə bilir. 

Səhər, sabah, gündüz sözləri obrazlı mənada azadlıq, xoşbəxtlik kimi anlayışlar ifadə edir. 

 Beləliklə də, həqiqi mənada yaxın olmayan sözlər məcazi mənada sinonimləşir. Gündüz sözü yaxşı, işıqlı, gecə sözü 

isə pis, çətin, ağır gün mənasında işlənərək məcazi məna kəsb edir və bu iki metafora bədii üslubda əksər hallarda 

qarşılaşdırılır. (3. səh 91) 

 İxtiyar: - Döndü qaranlıq gecəyə gündüzüm 

                Uf, fərq etmiyor əsla gözüm. 

                                                                  (H. Cavid, İblis) 

Zamanın həyatımızdakı önəmi və rolu çox böyükdür. Elə buna görə də zaman məzmunu bildirən hər bir söz, ifadə istər 

gündəlik həyatımızda, istərsə də bədii ədəbiyyatımızda öz əksini geniş şəkildə müxtəlif formalarda öz əksini tapmışdır. 

Zaman məzmunu bildirən sözlərin daha geniş və dəqiq araşdırılmasına ehtiyac vardır:  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin