Microsoft Word Materiallar Full


AZƏRBAYCAN DİLİNDƏ ZAMAN MƏZMUNU İFADƏ EDƏN SÖZLƏR



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə373/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   369   370   371   372   373   374   375   376   ...   1149
AZƏRBAYCAN DİLİNDƏ ZAMAN MƏZMUNU İFADƏ EDƏN SÖZLƏR 

 

Şəkər MƏMMƏDOVA 

Qafqaz Universiteti 



shakar-mamedova@rambler.ru 

 

Zaman məzmunu bildirən sözlər gündəlik həyatımızda demək olar ki, hər gün işlədilir və bu sözlərin dilimizdə özünə 



məxsus semantikası vardır. Hələ  qədim dövrlərdə insanlar zaman bildirən sözlərdən istifadə etmişlər. Belə ki, qədim 

dövrlərdə yaşamış əkinçi və maldar əcdadlarımızın məişətinə daxil olan yeniliklərdən biri də, şübhəsiz ki, təqvim və onunla 

bağlı terminlər idi. Bu terminlərin bir qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan, bir qismi isə cüzi dəyişiklərlə 

gəlib çatmışdır.  

Araşdırmalar nəticəsində həftənin günlərinin Azərbaycan və Şərqi Anadoluda işlənmiş adlarını əski oğuzca müxtəlif 

variantları üzə çıxmışdır ki, onlar aşağıdakı kimidir: 

1.  Bazar ertəsi: Keçəği, Odgün, Gürgəgün 

2.  Çərşənbə axşamı: Ortağı, Orgün, İnəgün 

3.  Çərşənbə: Uğrağı, Yəygün, Barasgün 

4.  Cümə axşamı: Gedəği, Aragün, Tozagün 

5.  Cümə: Toplağı, Elgün, Bayrıgün 

6.  Şənbə: Girəği, Başgün, Girəgün  

7.  Bazar: Dirəği, Dərgün, Dirəgün 

Azərbaycan dilində zaman adlarının istər ədəbi dildə, istərsə də dialektlərdə müxtəlif sinifləri, adları vardır. Bunlara 

gün, ay, il, fəsil,  əsr, saat, dəqiqə, saniyə daxildir. Gün anlayışını bildirən sözlər digər adlardan çoxluğu ilə  fərqlənir. 

Günün hissələrini ifadə edən sözlərə gecə, gündüz, səhər, günorta, axşam,  şər vaxtı,  şərin qarışan çağı, axşam çağı, 

axşamüstü, gecə yarı, sübh tezdən, sübh çağı, səhər tezdən, havanın qızmar vaxtı-çağı, günortaüstü, gün batan çağı, dan 

yeri ağaranda, sabah, ertə, dünən, bugün ,bayaq, birisi gün və sairə kimi sözlər daxildir. Bu sözlər dilimizdə fəal işlənir. 

 Azərbaycan dilində zaman bildirən sözlərin  əksəriyyəti zərflərdən ibarətdir. Zaman məzmunlu sözlərin bəzilərinin 

(gecə, axşam, gündüz, sabah, səhər və s kimi) nitq hissəsi olaraq isim yaxud zərfə aid olması mübahisəli məsələlərdən 

biridir. 

Zaman bildirən zərflərə dialektlərimizdə  ədəbi dildən fərqli  şəkildə  təsadüf olunur. Akademik M. Şirəliyevin ” 

Azərbaycan dialektologiyasının əsasları” kitabında həmin zərflər aşağıdakı kimi qeyd olunmuşdur: pusatca, dan üzü, tezdən, 

boylum(sonra) (Qazax), çoxdan, indijə, dünən, tezdən (Qarabağ), hindidən, dünənnəri, sirəngün, biyağ, uçağacan (Bakı), 

hindi, həmişə (Zaqatala), hindicə, beyax, savağ ertə, çoxdannan (Şəki), sabbahnan, isrəngün, ibirigün, həmişə(Quba 

rayonu), əzəlcə, həməşə, çoxdannan, hindi, təzəligcən, bəyax, indi, hələm, biyax, günorta çağı, sıra gün, böyün, sabeyannəri, 

israğayinnəri, büyünnəri (İsmayıllı), nişil, axşamlarım (Qarabağ),innənbelə, günaşrı (Ağdam), sürüzə - həmişə (Ağdam-

Sarıcalı), qərəm, həmişə, haliyə (Ordubad), indi, indiyənətənə (Borçalı), yengidə, hosamat (Qax) kimi sözlər işlənir. Bu 

sözlər cümlədə aşağıdakı kimi işlədilir: Olar pusatca getdilər (Qazax), Boylum bizə gələrsən (Qazax), Məni tezzən qaldır, 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin