Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə369/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   365   366   367   368   369   370   371   372   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

218 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əsərin quruluşu və kompozisiyası. Hər misra 11 hecadan, hər bənd 4 misradan ibarətdir. Bəndlər bir-birilə məzmunca 

bağlanaraq bütöv, tamamlanmış bir əsər əmələ gətirmişdir. Birinci bənddə 1-ci və 3-cü misralar bir, 2-ci və 4-cü misralar isə 

bir qafiyələnmişdir. Digər bəndlərdə isə 1,2,3-cü misralar bir qafiyələndiyi halda 4-cü misra isə birinci bəndin 2-ci və 4-cü 

bəndi ilə həmqafiyədir: 1-ci bənd abab, 2-ci və 3-cü bəndlər isə aaab. 

Şeirin bəndlərində  aşiqin həsrətdən çəkdiyi izdirab yüksələn xətt üzrə inkişaf etmiş ikinci bəndin ilk misrasında 

kulminasiya nöqtəsinə çataraq sonrakı misralarda alçalan xətt üzrə davam etmişdir.Vurğun gözlərinin hələ  də onu 

axtardığını, dolayısıyla qəlbində onun yerinin hələ də qaldığını  bildirməklə şeiri nəticələndirmişdir. 

Fonetik xüsusiyyətlər.  Şeirdə kar samitlər sadəcə 37 ədəd olduğu halda, cingiltili samitlər 169 ədəd, bununla yanaşı, 

qalın saitlər 56 ədəd olduğu halda, incə saitlər isə 360 ədəd təşkil edir. Beləliklə  şair incə saitlərlə cingiltili samitlərin 

ahəngini yaratmış və bunun vasitəsilə şeirin dilinin daha ritmik, daha axıcı və daha təsirli olmasına müyəssər olmuşdur.  

Şair misralardakı sözlərdə  bədii mətnlərdə ritmiklik və emosionallıq yaradan və üslubi forma kimi formalaşan 

allterasiya və assonans hadisələrindən də ustalıqla istifadə etmişdir. Məsələn pəmbə-kölgə, məhzun-gözlər, yaman-

aman,anar-hər an, duyğularım-bunalmış, durmuş-dona qalmış, çəkilmiş-qəm almış və s. 

Leksik xüsusiyyətlər.  Şeirin dilində 58-ə  qədər leksik vahid işlənmişdir.  İlk baxışda nəzəri Osmanlı türkcəsində 

işlənmiş sözlər cəlb edir: pəmbə, pək, hənüz, bəndə, bunalmış, dona qalmış, həp, uyqum. Şeiri təşkil edən digər sözlər 

arasında  həm alınma, həm də öz sözlərimiz də vardır. 

Şeirdə açar sözlər, yəni  şairin sevimli sözləri olaraq “sənsiz” və “gözlərim” sözləri diqqəti cəlb edir. Bir sözlə  şair 

şeirin  əsas mövzusu olan sevgilisinə olan həsrətinin və ayrılığın verdiyi əzabın təsvirini bu sözlərin  ətrafında digər 

kəlimələri hörməklə vermişdir. 

Şeirdə işlənən sözlərin əksəriyyəti ümumişləkdir. Bu sözlərin arsında sinonimlərə də rast gəlinir.Məsələn vaxt, zaman 

məfhumunu ifadə etmək üçün şair birinci bənddə “zaman” sözündən istifadə etdiyi halda, ikinci bənddə “dəm” və “an” 

ifadələrini işlətmişdir. 

 

 



Bir zamanlar sənin pəmbə kölgəndə .... 

  

Vüslət dəmlərini anar da hər an .... 



Eyni zamanda kədəri, qüssəni bildirmək məqsədilə ikinci bənddə “dərd”, üçüncü bənddə isə  qəm sözündən istifadə 

etmişdir : 

  

Ayrılıq nə yaman dərd imiş, aman!... 



  

Uyqum 


çəkilmiş, gönlümü qəm almış.... 

Qəmi, dərdi daşıyan, kədərli mənasında isə birinci bənddə “məhzun” sözünü işlətməyi lazım bilmişdir: 

  

Yalnız gülümsərdi məhzun gözlərim .... 



Üçüncü bənddəki “zehin” və “fikir” sözləri də sinonimlik təşkil etmiş və eyni zamanda yanaşı işlənmişdir: 

 

 



Zehnim, fikrim donmuş, həp dona qalmış ....   

Şair belə sinonimlərdən istifadə etməklə şeirin dilini canlı və mənalı etmiş, təsvir olunan hadisəni böyük incəlik, zərif-

liklə, rəngli boyalarla verməyə müvəffəq olmuş, şeirin emosional təsirini artırmış, cansıxıcı təkrarlardan xilas olmuşdur. 

Sinonimlərlə yanaşı  şair antonimlərdən də  məharətlə istifadə etmişdir. Məsələn, birinci bənddə özünün bəxtiyar, 

gözlərinin isə məhzun olduğunu söyləyən şair, belə bir ziddiyyətlə maraqlı bir situasiyanı ortaya qoymağa müvəffəq olmuşdur. 

İkinci bənddəki ayrılıq və vüslət sözlərini də antonim hesab etmək olar. Şair ayrılığın yaman dərd olduğunu vurğulayaraq, bu 

ayrılıqda gözlərinin hər an vüslət dəmlərini andığını bildirir. Burdakı vüslət sözünü eyni zamanda bədii  əsərlərin dilində 

işlənən, təmtəraqlı üslubi rəngə malik olan leksik vahidlərdən sayılan poetizimlərdən biri kimi də qələmə vermək olar. 

Qeyd etdiyimiz kimi H. Cavidin bu şeirində  bədii təsvir vasitələri nisbətən məhdud saydadır. Nəzəri yalnız bir-iki 

bədii təyin cəlb edir. Şairin  şeirdəki sevimli sözü sayılan gözlərim hər bəndin sonunda müxtəlif sözlərlə birləşmə  əmələ 

gətirərək maraqlı təyinlərin yaranmasına səbəb olmuşdur : məhzun gözlərim, yorğun gözlərim, vurğun gözlərim 

Eyni zamanda birinci bənddə  işlənmiş  pəmbə kölgə birləşməsi də çox maraqlı  təyindir və demək olar ki, bu şairin 

şeirdə yaratdığı ozünəməxsus bir ifadədir. Bilindiyi kimi, sevən insan ətrafındakı, həyatındakı hər şeyi türklərin ifadəsiylə 

desək, “pəs-pəmbə” görür. Bəli, şair də sevgilisiylə birlikdə yaşadığı həyatı pəmbə görür. Lakin burada bir ayrıntı, bir fərq 

var ki,  bu pəmbə həyat gerçək deyil, bir kölgədən ibarətdir. Buna baxmayaraq şair bu yalançı həyatda belə sevgilisi yanında 

olduğu üçün özünü bəxtiyar hesab edir. 

Frazeoloji xüsusiyyətlər.  Şeirdə bir sıra frazeoloji məzmunlu vahidlər də  işlənmişdir. Bu vahidlərin bəzisi məhz H. 

Cavidin özünə məxsusdur. Şairin yaratdığı xüsusi frazeoloji vahidlər şeirdə yüksək obrazlılıq kəsb edir. Məsələn, “duyğu-

larım bunalmış” , “zehnim, fikrim durmuş”, “zehnim, fikrim dona qalmış”. Bununla yanaşı “uyqum çəkilmiş” , “gönlümü 

qəm almış” da frazeoloji vahidlər cərgəsinə daxildir.  

Qrammatik  xüsusiyyətlər. Qrammatik xüsusiyyətlərin arasında sintaktik paralelizm mühüm yerə malikdir.Təhlilini 

apardığımız şeirdə paralelizmin distant-məsafəli növünə rast gəlirik: 

             

Yalnız gülümsərdi məhzun gözlərim. 

 

 

İzlər yollarını yorğun gözlərim. 



  Yalnız arar səni vurğun gözlərim. 



Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin