ƏLİFBA TƏLİMİNƏ HAZIRLIQ DÖVRÜ
Nərmin QULİYEVA
Qafqaz Universiteti
nn.quliyeva@gmail.com
Təlim prosesinin başlanğıcı, şagirdlərin ümumi inkişafının bünövrəsi savad təlimidir. Ana dili tədrisində savad təlimi
çox mühüm bir məsələdir. Şagird bu dövrdə ana dilini öyrənmək üçün lazım olan bütün əsasları mənimsəməlidir. Məsələn,
sadə sözləri eşidib tələffüz etməyi, hecaya və səslərə ayırmağı bacarmaq, cumlə qurmaq üzrə ilkin vərdişlər qazanmaq və s.
şagirdlər tərəfindən savad təlimi dövründə mənimsənilir. Şagirdlərin gələcəkdə yeni və nisbətən mürəkkəb olan materialları
mənimsəmələri, bu məsələlərin düzgün qoyulub-qoyulmamasından çox asılıdır. Altıyaşlıların oxu və yazı texnikasına
yiyələndirilməsi, ilkin oxu və yazı vərdişlərinin aşılanması, nitq və təfəkkürlərinin, idrak maraqlarının inkişaf etdirilməsi
savad təliminin başlıca məqsədidir. Dilimizin gözəlliyinin hiss etdirilməsi, ona məhəbbət oyadılması, başqalarının nitqini
dinləmək və eşitməyin oyrədilməsi, şagirdlərin ətraf aləm haqqında təsəvvürlərinin genişləndirilməsi lüğət ehtiyyatının
zənginləşdirilməsi, sözlərin və ya kiçikhəcmli mətnlərin üzündən köçürülməsi, səliqəli yazmaq vərdişinin aşılanması,
sözlərdən və ya kiçikhəcmli mətnlərdən ibarət imla yazmağının öyrədilməsi və s kimi vəzifələr təlimin inkişafrtdirici
potensialını təmin edir. Müəllimin borcudur ki, savada yiyələnmə prosesini maraqlı, əyləncəli, yaradıcı və kəşflərlə dolu
bir aləmə çevirsin.
Savad təlimi dövrü sentyabrın 15-dən başlanır və yanvarın sonunadək davam edir. Qarşıda qoyulmuş məqsəddən və
onun yerinə yetirilməsi yollarından asılı olaraq savad təlimi prosesi üç dövrə ayrılır: 1) əlifba təliminə hazırlıq dövrü; 2)
əlifba təlimi dövrü; 3) əlifba təlimindən sonrakı dövr.
Əlifba təliminə hazırlıq dövrü 3 gündən 4 həftəyədək davam edir. Bu dövr çox mürəkkəb və eyni zamanda
əhəmiyyətli bir dövrdür. Müəllim hər şeydən əvvəl, məktəbdə tələb olunan davranış qaydaları ilə şagirdləri tanış etməyi
nəzərdə tutmalıdır. Bu dövrdə müəllim uşaqlarla tanış olur, onların hazırlıq səviyyəsini, fərdi xüsusiyyətlərini öyrənir.
Burada məqsəd uşaqları əlifba təliminə hazırlamaqdır. Bəzən şagirdlərin hazırlıq səviyyəsi onların oxuma və yazma
bacarıqları olə müəyyənləşdirilir. Amma bu yalnişdır. Uşağın fiziki, psixoloji, sosial-iradi cəhətdən təlimə hazır olması,
onun ümumi inkişafı, nitqinin normal inkişaf etməsi kimi məsələlər məktəbə hazırlığını göstərir. Bu dövrdə şagirdlər
kollektiv fəaliyyətə alışdırılmalıdr. Məktəbin vəzifələrindən biri də oxu və yazı texnikasının şagirdlərə öyrədilməsidir. İlk
dərslik olan əlifba, iş dəftərləri ilə şagirdlər tanış olur, oxuya hazırlıq, həmçinin əlin yazıya hazırlanması üzrə ilkin məşqlər
edirlər. Hazırlıq dövründə çox mühüm əhəmiyyətə malik olan proses fonematik təhlildir. Uşaqların oxu texnikasına
yiyələnməsi səs təhlil-tərkibi üzrə iş nitq səslərinin düzgün tələffüzünü təmin etməklə olur. Şagirdlər nitq, cümlə, söz, heca,
hərf, sait, samit anlayışları ilə fonematik təhlil
prosesində tanış olurlar. Şagirdlər səslərin hər birini müvafiq hərflə ifadə etmək, başqa sözlə, sözü yazmaq və qrafik
işarələr üzrə müvafiq səsləri yenidən hasil etmək bacarığına o zaman yiyələnirlər ki, sözü səslərə ayırmağı və səsləri sözdə
birləşdirməyi, onların sayını və ardıcıllığını müəyyənləşdirməyi öyrənsinlər. Qulaq asmaq, düzgün eşitmək, müəllimin
dediklərinə əməl etmək, eşitdiklərini yadda saxlayıb, yerinə yetirmək kimi bacarıqlar tərbiyə edilməlidir. Müəllimin
şagirdlərə nə dərəcədə bələd olması savad təlimi dövründə özünü biruzə verir .
I sinifdə təlimə hazır olmayan, qismən və tam hazır uşaqlar bir sinifdə təhsil ala bilərlər. Bu zaman müəllimin işi
çətinləşdirir. Müəllim şagirdlərin hazırlıq səviyyələrini, fərdi xüsusiyyətlərini hərtərəfli öyrənməlidir. Şagirdlərin hazırlığını
tam üzə çıxarmaq məqsədilə onların neçə hərfi tanımaları, oxuya bilib-bilməmələri, necə oxumaları, yaza bilib-
bilməmələri, şeiri necə oxumaları, nitqdəki nöqsanlar üzrə də qeydlər aparmaq faydalıdır. Əgər sinifdə oxu və yazı
texnikasına tam yiyələnənlər varsa, müəllim onlarla başqa vəsait üzrə əlavə iş aparmalıdır. Hazırlıq dövründə nitqin
cümlələrə, cümlələrin sözlərə ayrılması üzrə ilkin praktik iş aparılır. Şagirdlər praktik yolla heca haqqında anlayış alırlar.
Şagirdlərin hər sözü deyərkən neçə dəfə fasilə etmək, nəfəs almaq üzərində maşahidə aparmaları, sözün neçə hissədən
ibarət olduğunu müəyyənləşdirmələri müəllimin tələbi ilə həyata keçirilir. Bir neçə priyomdan istifadə etməklə sözləri
hecalara ayırmaq olar: 1)biləyi çənənin altına qoyub, alt çənənin neçə dəfə aşağı düşüb-qalxması ilə hecanın sayını
müəyyənləşdirmək; 2)sözdəki hər hecanı tələffüz edərkən bir barmağı qatlamaq;3)hər hecanı tələffüz etdikdə əli yavaşca
partaya vurmaq və s. Oxu təliminin köməkçi vasitələri heca, söz və cümlənin sxemidir . Bu köməkçi vasitələrlə şagirdlər
|