Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə871/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   867   868   869   870   871   872   873   874   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

490 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ MƏKTƏBLƏRİNİN BİRİNCİ                                        

SİNİFLƏRİNİN OXU TƏLİMİ HAQQINDA 

 

Mehtap ETİ 

Qafqaz Universiteti 

 

Azərbaycan məktəblərində birinci siniflərində oxu təlimi ana dilinin tədrisinin mühüm vəzifələrindən biridir. Oxu 



təlimi qarşısında duran ən mühüm məsələ  uşaqlarda  ətraf aləm haqqında düzgün obrazlı  təsəvvürlər  əsasında biliklərin 

formalaşmasıdır. İdeya-siyasi, mənəvi və estetik tərbiyə oxunun məzmununu təşkil edir.  

Oxu  şagirdlərin  şifahi və yazılı  şəkildə ifadə etmək bacarığını artırır, onlarda şüurlu, düzgün, sürətli və ifadəli oxu, 

oxunmuş materialın məzmununu nəql etmək və s. bacarıqları yaradır.  

Oxu dərslərində ifadəli oxu, sualların qoyulması, materialın nəql edilməsi, məzmuna “sözlə” rəsmin çəkilməsi, əsərin 

səhnələşdirməsi və s. kimi priyomlardan istifadə etmək səmərəli nəticə verir.  

Səsli və səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir.  

1.  Düzgünlük. 

2.  Şüurluluq. 

3.  Optimal sürətlilik. 

4.  İfadəlilik. 

Bütün bu tələblər hər biri özlüyündə böyük əhəmiyyət kəsb edir. Oxuvərdişləri arasında aşağıdakı qanunauyğunluq 

vardır. 1) oxunun sürətliliyi onun şüurluluğu ilə  tənzim olunmursa, öz-özlüyündə o qədər də  əhəmiyyət kəsb etmir. 2) 

oxunun düzgünlüyü mətnin məzmununun  şüurlu oxunmasına xidmət edən bir vasitədir. 3) oxunun ifadəliliyi də  əsərin 

ideyasının, ondakı başlıca fikrin obrazlı, canlı nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir. Düzgünlük, şüurluluq, 

sürətlilik ifadəli oxu üçün əsas hesab olunur.  

Oxu prosesində normal sürət, rəvanlıq, səlislik, düzgünlük olmazsa, ayrı-ayrı sözlərin mənası başa düşülsə də, hissələr, 

fikirlər bərabər əlaqə dərk olunmaz, mətn rabitəli qavranılmaz . 

Oxunun düzgünlüyünə aşağıdakılar daxildir: 

1)  sözlərin aydın səlis tələffüzü, yəni təhrif etmədən, heca və  

səsləri buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözün sonunu təhrif etmədən oxumaq. 

2)  sözlərdə vurğunu düzgün işlətmək və vurğuya görə sözün mənasının dəyişməsinə yol verməmək.  

3)  ədəbi tələffüz qaydalarını gözləmək.  

4)  rabitəli mətnli ayrı-ayrı sözlərlə deyil, cümlələrlə yalnız cümələlərin sonunda fasilə verməklə oxumaq. 

5)    durğu işarələrinin tələblərinə əməl etmək. 

6)  sözün qrammatik formasını digəri ilə bir sözü başqası ilə əvəz etməmək. 

7)  cümlədə söz buraxmamaq və əlavə etməmək. 

8)  cümlədə sözləri və mətndə cümlələri təkrarlamamaq. 

9)  kəkələmə, pəltəklik kimi nitq defektlərinə yol verməmək. 

Oxunun düzgünlüyü aşağı siniflərdə daha çox pozulur. Yaxşı oxuyanşagirdlər bəzən yorulduqda diqqəti mətn üzərinə 

toplaya bilmədiklərindən səhvlərə yol verirlər. Buna əsas səbəb oxunan sözlərin obrazlarının düzgün qavranmamasıdır.Belə 

hallarda şagird ya həmin sözün daxil olduğu cümlənin mənasına əsaslanır, ya da sözü mətndən, cümlədən kənarda dərk edir. 

Yenicə oxumağa başlayan uşaqlar ən çox sözü daxil olduğu mətndən, cümlədən kənarda dərk edirlər.  

 

Oxunun düzgünlüyünün pozulması orqanlarının nöqsanlarından da irəli gəlir. Məsələn, “z”, “s”, “ş” , “r” səslerini 



düzgün tələffüz etməmək və s.   

 

Türkiyə  məktəblərində birinci siniflərindəki oxu tədrisinin öyrədildiyi ilkin mərhələdə oxu prosesi təlimin predmeti 



olur. Uşaqlar sözlərlə  və söz birləşmələri ilə (cümlələrlə) oxumağa yiyələnmə  mərhələsindən başlayaraq, oxu təlimin və 

şagirdlərin ümumi inkişafının vasitəsi rolunu oynayır. Uşaqların təlim prosesində bilikləri mənimsəmələrinə  nə  dərəcədə 

yiyələnmələrindən, oxunmuş materialın məzmununu nə dərəcədə dərk edə bilmələrindən asılıdır. 

Psixoloji tədqiqatlar göstərir ki, savada, oxu və yazı texnikasına yiyələnmə çox mürəkkəb və  çətin prosesdir. Bu 

prosesin müvəffəqiyyətlə keçməsi aşağıdakılar zəruridir. 

1) eşidilən sözlərdə (yaxud onların hissələrində) səsləri incəliklə fərqləndirmək. 

2)  eşidilən nitqi səsini kitabda çap olunmuş müəyyən işarəyə aid etməyi və  ya  bu  işarəni müstəqil kağızda təsvir 

etməyi bacarmaq. 

3) yalnız hər bir hərfi deyil, həmdə əmələ gəlmiş, təmiz səsin hasil edilməsini qavramağı öyrənmək bir hərfin digəri ilə 

birləşməsini görmək və buna uyğun olaraq lazımı səsin tələffüzünü dəyişmək (na-na) (ru-ru) (li-li) lazımdır. 

4) sözdə bütün səsləri bütöv bir səs kompleksi kimi bitişik tələffüz etmək lazımdır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   867   868   869   870   871   872   873   874   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin