Microsoft Word Materiallar Full


MARAĞALI ƏVHƏDİNİN CAMİ-CƏM MƏSNƏVİSİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə873/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   869   870   871   872   873   874   875   876   ...   1149
MARAĞALI ƏVHƏDİNİN CAMİ-CƏM MƏSNƏVİSİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİ 

 

Fərəh HÜSEYNOVA  

Qafqaz Universiteti 



huseynovafereh@gmail.com 

 

Azərbaycanın məşhur filosof, alim və  şairi olan Şeyx  Əvhədi ibn Hüseyn 1274-cü ildə Marağa  şəhərində anadan 



olmuşdur. İlk təhsilini Marağa şəhərində alan şair ana dilindən başqa ərəb, fars dillərini də bilmiş, məntiq, təbiət elmlərini, 

fəlsəfəni, ilahiyyatı və s. öyrənmişdir. Əhvədinin bizə məlum olan əsərləri: qəzəl, qitə, rübai və tərcibənddən ibarət divanı, 

525 beytdən ibarət aşiqanə bir poema“Dəhnamə” (Məntiqül-üşşaq) və 1333-1334 cü ildə 60 yaşında 1 ilə yazdığı“Cami-

cəm” məsəvisidir. Marağalı  Əvhədi 1338-ci il mart ayının 8-də Marağa  şəhərində dünyasını  dəyişmişdir. Onun məzarı 

Marağada Pir Əvhədəddin adı ilə məşhurdur.  

Marağalı Əvhədinin yaradıcılığında didaktik-fəlsəfi məsnəvi olan “Cami-cəm” (Cəmşidin-cəmi) mühüm yer tutur. Bu 

əsər Xacə Qiyasəddin Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur. “Cami-cəm” məsnəvisi həyatın mənası və insanın özünü 

dərk etməsi baxımdan nümuməvi bir əsərdir. Şair müəllifi olduğu bu kitabı yüksək dəyərləndirmiş və cənnət, cəhənnəmin 

yolunun bu kitabda aşıkar olduğunu bildirmişdir. 

Əsərdə “Kainatın həqiqəti haqqında sual”, “Yaradılışın başlanğıcı”, “İsrafçılığın pislənməsi”, Mey içməyin qaydaları” 

və digər başlıqlar diqqəti cəlb edir. “Cami-cəm” poemasında tərbiyəvi məsələlər mühüm əhəmiyyət kəsb edir. 

İnsanın inkişafında, yəni bir şəxsiyyət kimi formalaşmasında üç amil: irsiyyət, mühit, tərbiyə əsas götürülür. Bu fikri 

təsdiqləyənlər sırasında A.Həsənov,  Ə.Ağayev misal göstərmək olar. Azərbaycan pedaqoji fikir tarixinin görkəmli 

nümayəndəsi Marağalı Əvhədi isə tərbiyəetmədə  əsas amil kimi irsiyyətə üstünlük verir və bunu müəllifi olduğu “Cami-

cəm” məsnəvisində vurğulayırdı. İrsiyyəti vurğulayır, lakin əbədi kateqoriya olan tərbiyənin rolunu da danmır. 

Əvhədi öz əsərlərində elmə, tərbiyəyə, mənəvi kamilliyə yüksək qiymət verib. Bildirib ki, insanın kim olmağından, 

tutduğu sosial mövqedən asılı olmayaraq əgər o nigahdan kənar  yaranmayıbsa, ona təhsil verib, tərbiyələndirmək olar. 

Elmi, biliyi abi-həyat, “insana nicat verən” bir vasitə kimi görsə də yalnız irsən təmiz olan insanların elmlə məşğul olması 

lazımlığını vurğulayıb.  Əvhədi qeyd edib ki, əgər insanın irsiyyətində çatımazlıq varsa, həmin adama elm öyrətmək 

faydasızdır.  

Tərbiyəetmədə Əvhədi tərbiyəçinin rolunu da yüksək qiymətləndirmiş, hətta tərbiyəçi qəddar olsa belə bu, təriyə alan 

şəxsin yalnız xeyrinə olacağını bu şəkildə  vurğulamışdır: 

Kim əzab görmədi tərbiyəçidən,  

O, qəmdən özgə şey görmədi əslən. 

Övlad tərbiyəsi haqqıda danışarkən Əvhədi valideynlərə, xüsusən də atalara nəsihət olaraq bildirmişdir ki, övladlarına 

heç bir  zaman pis bir şeyi rəva bilməsinlər. Onlara pis bir söz deyib, onları ittiham etməsinlər. Yoxsa bunun nəticəsi olaraq 

oğulları da onların üzünə qayıdacaq və valideynlə ünsiyyətdə abır, həya gözləməyəcəklər. Övladı tərbiyə edərkən onu ifrat 

naz-nemətdən uzaq tutmağı və onu iş-gücdən azad etməməyi vacib bilib. Marağalı Əvhədi övladı Tanrı dünyasından gələn 

məsum bir varlıq kimi görmüş və düzgün tərbiyə etməməklə onu korlamağı rəva bilməmişdir. Övladın böyüyüb gül və ya 

tikan olacağını valideyinin və tərbiyəçinin özündən asılı olduğunu bildirmişdir.  

Diqqəti çəkən başqa bir cəhət budur ki, Əvhədi övladlarla elm, iş-güc öyrədilməsini vacib bildiyi halda ona idmanı 

öyrədib bir pəhləvan kimi böyütməsinin əlehinə olmuşdur. Bu fikrini isə belə izah etmişdir: 

Pəhləvan olmağa buraxma, gerçək, 

Çünki sən qocalsan, o, gəncləşəcək. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   869   870   871   872   873   874   875   876   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin