Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə876/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   872   873   874   875   876   877   878   879   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

493 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MÜASİR TEXNOLOGİYALARIN İBTİDAİ SİNİFLƏRDƏ TƏTBİQİ 

 

Şəhla MUSAYEVA 

Qafqaz Üniversiteti 

 

Texnologiya həyatımızın bütün sahələrini  əhatə edən, gündəlik həyatımızı asanlaşdıran, inkar və  əvəzedilməz rola 

malik olan əsas vasitədir. Müasir texnologiyaların və innovasiyaların, xüsusilə  İKT cəmiyyətdə  və bütövlükdə dünyada 

yaratdığı dəyişikliklər həm mənfi, həm də müsbət faktorların ortaya çıxmasına səbəb oldu. 

XX  əsr elm və texnikanın, XXI əsrin son 10 illiyində isə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin 

inkişafınaəsaslı təsir göstərən amillərdən birinə çevrilmişdir. Müasir dövrdə inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda 

təhsil sahəsində aparılan islahatlar universitet, lisey və  məktəblərdə texniki avadanlıqların (kompyuter, proektor) 

istifadəsinə və yeni təlim texnologiyalarının tədqiq və tətbiqinə son 10 ildə xüsusi yer verilir. İbtidai siniflərdə bu yeniliyə 

nəzər saldıqda maraq doğuran və təcrübələri özündə birləşdirən faktlar meydana çıxır. Müasir texnologiyanın ibtidai sinif 

şagirdlərinə uyğun olub-olmaması, mənimsəniləcək dərs programına təsiri, dərs prosesindəki aktivlik, özünü ifadə edə 

bilməsi, psixoloji təsirin müəyyənləşdirilməsi, vaxtdan səmərəli istifadə  və bu kimi önəmli  amillərin araşdırılması  və 

gələcək nəsillər üzərində tətbiq olunacaq metodların düzgün olub-olmadığını ortaya çıxaracaq. 

Müasir texnologiya və  təlim metodlarının bir çox ölkələrdə geniş yayıldığını  nəzərə alsaq, araşdırmalar təcrübəyə 

əsaslanaraq  maraqlı  məlumatlar ortaya çıxarır. İbtidai siniflərdə yeni texniki avadanlıqların istifadəsi müəllimlərin üzərinə 

düşən vəzifələrdən biridir ki, öyrədici  şəraitdən səmərəli istifadə edərək lazımi materialları hazır edə bilsin, şagirdlərin 

bundan yararlanmasını təmin etsin. Bu baxımdan  dərs prosesində  cd -dən istifadə, slide və video materialların köməyi ilə 

biliklərin zənginləşdirilməsi əlverişlidir. Bəs ibtidai siniflərdə müasir texnologiyalardan  nə məqsədlə istifadə etmək olar ? 

Şagirdlərin ilkin yazı  vərdişlərini, sərbəst oxumağı  və fikirlərini aydın ifadə edə bilməsini  nəzərə alsaq kompyuterlərə  

ehtiyacın daha az olduğu aydın görülür. 2-ci  sinifdə tədris olunan informatika dərsi şagirdlərə kompyuterlə ilkin tanışlıq 

üçün kifayət qədər dərs programı ayırır. Bu sonrakı  mərhələlərdə yeni texniki cihazlardan istifadəni də asanlaşdıracaq. 

İnteraktiv təlim metodlarının önəmi və  dərs prosesində istifadə qaydası da maraqlı  və önəmli prosesdir. 6-12 yaş erkən 

məktəblinin inkişafını fiziki və psixoloji aspektlərdən nəzərə alsaq istifadə olunan hər metod məktəblinin təlim və 

tərbiyəsinə böyük təsir edir. Oyun aləmindən yenicə ayrılmış uşaqların diqqətini dərsə yönləndirmək məqsədilə dərs zamanı 

əlavə olaraq nağıllar danışmaq, tapmaca tapmaq və ya yaş səviyyələrinə uyğun olaraq yüngül idman hərəkətlərinin icrasını 

tapşırmaq əlverişli olar. İnteraktiv təlim metodlarına uyğun olaraq qrup işinin təşkili, şagirdlərin birgə fəaliyyəti, fikirlərinin 

sərbəst  şəkildə istifadəsi, özünün davranış qaydalarında müsbət və  mənfi xüsusiyyətləri anlamasına, keçilmiş yeni 

materialda çətinlik çəkdiyi hissəni özü müəyyən etməsinə geniş imkan  yaradılır.          Kiçik  məktəbli,hər biri müxtəlif 

qavrama anlayışlarına uyğun olaraq göz yaddaşı  adlandırılan (visual) –şagirdin yazılanları görmə ilə qavraması  və 

yaddaşına həkk etməsi,eşitmə (audience)  –bütün diqqətini yeni dərsin öyrənilməsinə  və anlaşıqlı olmasına yönəldir.  

Kinestetik (Kinesthetic) –sinifdə daim hərəkətdə olmasına baxmayaraq, diqqətini dərsə verə bilən şagirddir. Bu xüsusiyyləri 

nəzərə alaraq müasir texnologiyaların sinif şəraitindəki müxtəlifliyə cavab verə bilmədiyi,  şagirdləri yaxşı tanıyan və 

onların xasiyyətlərinə bələd olan müəllimləri nəzarət edə bilər, onların çətinliklərini birgə həll edə bilərlər. Kompyuter və 

digər texniki vasitələr hiss, duyğu və düşüncələrə qarşılıq verə bilməyən, lakin müasir dövrün tələbindən asılı olaraq tədrisi 

mühim olan materiallar toplusundan ibarətdir. Texnologiyanın  bir çox Avropa  ölkələrində yüksək inkişafına baxmayaraq , 

ibtidai sinif təhsilində müəllim-şagird münasibətlərinə geniş yer verilir, eyni zamanda  kiçik  hekayələrin 

səhnələşdirilməsində şagirdlərin fəal interaktiv təlim metodlarına uyğun olaraq iştirakına , dioloqlara, bilik və bacarıqların  

təkminləşməsinə önəm verilir.   

Müasir dövrdə texnologiya nə  qədər inkişaf etsə  də, insanlar canlı ünsiyyət formalarına daha çox üstünlük verməyə 

çalışır, bunun özlərini daha rahat ifadə etmə vasitəsi olduğunu anlayırlar. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan müasir 

texnologiyaların istifadəsi  bütün elmi-texniki sahələrdə  əvəzolunmaz rola malik olan, cəmiyyətdəki bir çox proseslərin  

axışına hərtərəfli  təsir edən mühim vasitədir. Müasir texnologiyaların  istər elm sahəsində, istərsə də digər məqsədlər üçün 

onun geniş imkanlarından düzgün istifadə  nəzərdə tutulan məlumatın və görüləcək işin sonunda  istənilən nəticənin  əldə 

olunmasına gətirib çıxaracaq. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   872   873   874   875   876   877   878   879   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin