II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
494
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
GƏNC ALİMLƏRİN HAZIRLANMASI
Vüsalə ƏLİYEVA
Qafqaz Üniversiteti
Təhsil siyasəti inkişaf etmiş ölkələrdə həmişə daxili siyasətin əsas xəttini təşkil edib. Çünki fədakar, vətənpərvər,
bacarıqlı həkimlər, mühəndislər, ixtiraçılar, ağıllı idarəçilər hazırlamağın ilkin çıxış yolu təhsilin yüksək səviyyədə
qurulmasından asılıdır.
Elm — təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə,
dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması
təşkil edir.
Texnologiyanın və elmi nailiyyətlərin yaşandığı bir dövrdə təhsilin əsas məqsədi uşaqları dünyanı təcrübə edərək
öyrənməyə və dərk etməyə sövq etməkdir. Bu da təbii ki, əzbərdən çox təcrübə sayəsində baş verir. Böyük fizik İsidor Rabi
deyirdi ki, “Alimlər cəmiyyətdəki Peter Penlerdir kim ki, heç zaman sual verməkdən yorulmurlar və valideynlərinə deyirlər
Niyə? Niyə? Niyə?”. Çünki hansı cəmiyyətdə olmağından asılı olmayaraq uşaqlar ağacların necə böyüdünü, çiçəklərin
rənglərini, heyvanların ölməyini öyrənməyə, cavabları tapmağa çalışırlar, Marcelo Gleiser deyir ki, “Hər bir uşaq dünyaya
alim olaraq göz açır.”. Belə olan təqdirdə biz dəqiq elmləri ön plana çıxartmalıyıq. Çünki dəqiq elmlər təbiəti öyrənir və
ortaya çıxan problemlərdə çıxış yolu axtarıb tapır ki, bu da uşaqların təbiətə qarşı olan suallarına cavab tapmaqlarına və
dəyişən dünyaya uyğunlaşmaqlarına kömək edir. Ona görə də biz ibtidai siniflərdə kimya, biologiya, fizika fənnlərinin ilkin
anlayışlarını keçmək və uşaqlara təcrübə aparmaqlarına şərait yaratmalıyıq. Kiçik təcrübələrə misal olaraq “ dəmirin
paslanması və oksigen”, “ Karbondioksit”, “ bitkilərin kök atması”, “ quru buzla iş” və s. göstərə bilərik. Təcrübə aparan hər
bir gənc tədqiqatçıda ilk növbədə bu fənnə aid maraq oyanır və bu maraq onu fənni öyrənməyə, araşdırma aparmasına, bir
problemin həllini tapmasına, fikir ortaya qoymasına, nəticələri toplayıb analiz etməsinə kömək edir. Ona görə məktəb
programlarında dəqiq elmlər bu şəkildə tətbiq olunmalıdır:
1. Dəqiq elmlər haqqında ümumi məlumat vermək ( Kimya, biologiya, fizika).
2. Dəqiq elmlər vasitəsilə şagirdlərə zehin və əl qabiliyyəti qazandırmaq.
3. Dəqiq elmlər və texnologiya sahəsində uşaqlarda iş qabiliyyətləri formalaşdırmaq.
Bunun üçün isə ilk əvvəl bu sahədə kitablar nəşr etmək, bu kitablarda uşaqların yaşlarına uyğun kiçik təcrübələrə,
həmçinin elm adamları və onların gördükləri işlər haqqında şəkilli izahlara yer vermək lazımdır. Bununla yanaşı, uşaqların
zəkasını inkişaf etdirən oyun proqramlarının, animasiyaların hazırlanması və bunun siniflərdə tətbiq olunması, uşaqların
iştirakı ilə kiçik təcrübələrin əks olunduğu qısa filmlərin çəkilməsi, uşaqların təbiətə, fabrik və zavodlara ekskursiyası,
olimpiyadaların təşkil olunması, şagirdlərin İnepo kimi konfranslarda iştirak etməsi də vacib şərtlərdən biridir.
Bütün bunlardan uğurlu nəticə almaq üçün ilk növbədə ibtidai sinif müəllimlərindən xüsusi bacarıq və yaradıcılıq tələb
olunur. Buna görə də hər bir müəllim dəqiq elmləri öyrənməli, laboratoriyada işləməyi bacarmalı, təhsil sahəsindəki
yeniliklərdən xəbərdar olub onu öz metodlarında istifadə etməyi bacarmalıdır. Bunlarla yanaşı hər bir müəllim
psixologiyanı, Vuqotski, Piyaje kimi psixoloqların əsərlərini tədqiq etməlidirlər. Ken Rabinson deyir: “ Uzaq bir yerdə ölü
bir sahə var. Orada heçnə bitmədiyinə görə elə adlandırılır. O sahəyə yağış yağmırdı. Bir gün güclü bir qasırğa gəldi və
bütün günü yağış yağdı. Sabah o sahə laləzarlığa çevrilmişdi. Sən demə torpaq ölü deyilmiş, sadəcə torpağın yağışa ehtiyacı
varidi.”
Bunlardan başqa biz bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmalı və ibtidai sinif müəllimlərinin bu
ölkələrdə yay kurslarında iştirak etməsinə şərait yaratmalıyıq.
“Görüldüyü kimi, onsuz da uşaqlarda fitri olaraq öyrənməyə maraq və tədqiqatçılıq duyğusu mövcuddur.” Sadəcə bu
duyğuları və marağı müsbət yöndə dəstəkləmək lazımdır.