Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq!
deyən Şekspirin işıqlı qəlbinin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən”.
S. Mustafa milli poeziyanın, uşaq şeirinin, xüsusilə orijinaldan tərcümə ədəbiyyatının tanınımış nümayəndəsidir.
Lakin onun tərcümə yaradıcılığı, birbaşa Şekspirdən etdiyi tərcümələri haqqında ədəbi tənqid çox böyük qısqanclıqla fikir
söylənmiş, çox hallarda isə susmağı üstün tutmuşdur. Bunun səbəbi xarici dilləri, o cümlədən ingilis dilini bilən
mütəxəssislər arasında ədəbi tənqidlə məşğul olan tədiqatçılar çox azdır. Şekspir sonetlərindəki çarpaz qafiyə quruluşu S.
Mustafa tərcümələrində saxlanmış, qafiyə sisteminin zəruriliyi prinsipinə əməl edilmişdir. Şekspir sonetlərindəki qafiyə
sistemində ən çox işlənən “love” (sevmək, eşqə düşmək) və “prove” (sübut etmək, təsdiq etmək) qafiyələridir.
Şekspir sonetlərini hər dəfə oxuduqca son yekun beytində gizlənmiş fikri, mənanı anlamaq mümkündür. 29-cu
sonetin son beyti T.Əyyubovun tərcüməsində aşağıdakı kimidir:
Dostları ilə paylaş: |