Avtomatlaşdırılmanın vacib olmağının səbəbi. Testləri həm əl ilə, həm avtomatlaşdırılma alətlərdən istifadə edərək
həyata keçirmək mümkündür. Seçim etmək üçün bu yanaşmalarının müsbət və mənfi tərəflərini anlamaq lazımdır.
Avtomatlaşdırılma testerə hansı üstünlükləri verir:
“İnsan faktorunun” olmaması. Güclü üstünlükdür. Hamımız insanıq və heç kim səhvdən sığortalanmayıb. İcra olunan
sınaq skripti isə laqeyd olmağına görə testi heç vaxt buraxmaz və nəticələrdə səhv etməz.
Sürətlə həyata keçirilməsi. Avtomatlaşdırılmış skript sənədlərlə və təlimatla yoxlamaq üçün vaxt itirmir.
Dəstək üçün az vaxt. Əgər skript artıq yazılıbsa, onun dəstəyi və təhlili üçün eyni həcmdə olan testlərin əl ilə həyata
keçirilməsindən daha az vaxt tələb olunur.
Hesabatlar – avtomatik olaraq göndərilən və saxlanan nəticələr hesabatı.
Müdaxilə olmadan icra – testlərin icra edilməsi zamanı mühəndis digər faydalı işlə məşqul ola bilər, və ya testlər iş
saatlarından sonra həyata keçirilə bilər.
Lakin,
avtomatlaşdırılmanın bir sıra çatışmazlıqları var:
Təkrarlanma – bütün yazılmış testlər eyni cür həyata keçirilir. Bu, həm üstünlükdür, həm də çatışmamazlıq, çünki tester
testləri əl ilə həyata keçirərkən, bəzi detallara diqqət verə bilər və ortaya çıxan defekti tapa bilər. Əfsuslar olsun ki, test-
skript bunu edə bilməz.
Dəstək xərcləri – nə gədər ki çox proqram dəyişirsə, xərclər o gədər də yuxarıdır.
İnkişaf üçün yüksək xərclər – avtomatlaşdırılmış testlərin yaradılması mürəkkəb prosesdir, çünki əslində proqramı test
edən başqa bir proqram təminatı yaradılır.
Avtomatlaşdırılma alətinin dəyəri – lisenziyalı proqram təminatının istifadə edilirsə, onun qiyməti olduqca yüksək ola
bilər. Azad yayımlanan alətlər (freeware), adətən, daha sadə və daha az praktikliyi olan funksionala malikdirlər.
Kiçik xətaların buraxılması – avtomatik skript kiçik xətaları buraxa bilər.
Dostları ilə paylaş: |