Testləri necə avtomatlaşdırmaq. Birincisi, avtomatlaşdırma aləti proqram təminatının nəzarət elementlərini nə
dərəcədə tanımasına diqqət yetirmək lazımdır. Alət elementləri tanımadığı halda müvafiq plugin və ya modul axtarmağa
dəyər. Əgər belə plugin mövcud deyilsə, alətdən imtina etməyə dəyər.
İkincisi, seçilmiş alət vasitəsilə yazılan skriptlərin dəstəyinə nə gədər vaxt tələb olmasına diqqət vermək lazımdır. Əgər
proqramda hansısa elementin dəyişilməsi skriptin tam yenidən yazılmasına gətirib çıxarırsa, deməli, bu alət optimal deyil.
Və sonuncu, yeni skriptlərin yazılması zamanı alətin nə gədər rahat olmağına diqqət yetirmək. Nə gədər vaxt tələb
olunur, kodu nə gədər strukturizə etmək mümkündür, kod nə gədər rahat oxunur və s.
Nəticə. Avtomatlaşdırılmanın müvafiqliyinə yekun qərar vermək üçün, “Bizim halda mənfi cəhətlər üstün cəhətlərdən
üstündürmü?” suala cavab vermək lazımdır. Çatışmazlıqlar xüsusi halda məqbul deyilsə, avtomatlaşdırılmadan çəkinməyə
dəyər. Optimal halda həm tester, həm də avtomatlaşdırılma alətlərindən məqsədəuyğyn istifadə etməyə dəyər. Məsələn,
rutin, hər gün icra olunmalı testləri həyata keçirmək üçün avtomatlaşdırılmış alətlər tərəfindən tətbiq etməyə dəyər. Analitik
yanaşmanı tələb edən və yaxud sonacan təhlil edilməmiş testləri isə tester tərəfindən həyata keçirilməsinə üstünlük vermək
lazımdır.
Dostları ilə paylaş: |