II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
592
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
E-təhsil haqqında məlumatlar son 10-15 ildə daha geniş yayılmasına baxmayaraq, onun tarixi daha qədimdir.İlk
kompyuterləşdirilmiş sistemlər ortaya çıxarıldıqdan bir müddət sonra bunun təhsildə istifadə oluna biləcəyi düşünülmüşdür.
1960-cı illər kompyuterləşdirilmiş sistemlərdən təhsil, biznes, təlim, ordu kimi bir çox sahələrdə istifadə olunmağa
başlanğıc oldu.Bu zamanda İngiltərə bir sıra yeniliklərlə tanındı. Məsələn, 1963-cü ildə The British Computer Society
kompyuter tədrisi üçün School’s Committee yaratdı. 1965-ci ildə ilk dəfə olaraq məktəblərdə kompyuter quraşdırıldı. 1967-
ci ildə The National Council for Education(NCET) yaradıldı.
E-təhsilin ənənəvi tədris metodlarından fərqli aşkar bir çox faydaları vardır. Bunlardan ən başlıcası vaxt və qiymətlə
əlaqəli üstünlükləri saymaq olar. Məs: hər hansı bir xarici ölkədə baş tutacaq təlimin e-təhsil vasitəsi ilə səyahət etmədən və
bunun üçün xüsusi bir vaxt ayırmadan əldə edilməsi mümkündür. Ümumi olaraq e-təhsilin faydalarını aşağıdakı kimi
sıralamaq mümkündür:
Öyrənmək üçün zaman və məkan məhdudiyyətinin olmaması
Fərdi bilik səviyyəsinə uyğun təlim materiallarını təmin edilə bilmə imkanı
Fərdi və ya qrup şəklində olan təlimlərdən eyni zamanda yararlanma imkanı
Zaman itkisinin qarşısının alınması
Vəsaitlərin fərdə uyğun təmin edilməsi sayəsində təlimlərin daha effektiv şəkildə qavranılması
Təlimlərlə bağlı yeniliklərin asan şəkildə çatdırılma və əldə etmə imkanı
Böyük kütlələr (məs: məktəb şagirdləri) üçün nəzərdə tutulan dərs və təlimlərin asan şəkildə idarə edilə bilməsi
Əldə edilən biliklərin paylaşılma və müzəkirə ediləbilmə imkanı
Tədqiqat işimdə e-təhsilin bu faydalarından fərqli bir sahədə, əlillərə yardım məqsədilə yararlanmanın yolları və buna
dair yerinə yetirilməsi planlanan işlərdən bəhs ediləcəkdir. E-təhsilin əlillər üçün istifadə məqsədi ilə planlanan bu
çalışmanın mərkəzində əlillərin təhsil materiallarını əldə edə biləcəkləri, interaktiv çalışma şəraitini təmin edəcək bir
portalın hazırlanması vardır. Əlil uşaqlar üçün yaradılacaq bu tipli bir portalin faydaları da çox olacaqdır. Əsas məqsəd bu
cür uşaqların cəmiyyətdən təcrid olunmasının qarşısını almaqdır.
Portalda dərslər mərkəzləşmiş bir sistemlə idarə olunacaqdır. Evində internet olan hər bir kəs dərslərə qoşula biləcək.
Portalda müxtəlif fənlər üzrə hazır video dərslər, pdf və ya video dərsliklər mövcud olacaqdır. Ayrıca şagirdlərin diqqətini
cəlb edəcək və maraqlı faktların əks olunacağı “Bunları bilmək maraqlıdır” bölməsinin olmağı nəzərdə tutulur. Portaldan iki
şəkildə faydalanmaq mümkündür : qeydiyyatsız və qeydiyyatlı.
Qeydiyyatda olmayan şagirdlər portalda olan hazır pdf və ya video dərsliklərdən istifadə edə,“Bunları bilmək
maraqlıdır “ bölməsini izləyə bilər. Şagird bilik səviyyəsini müəyyən etmək üçün online imtahanda iştirak edə biləcək.
Həmçinin sualları olan şagirdlər və ya valideynlər online chat və e-mail sistemindən istifadə edərək suallarını ünvanlaya
bilərlər.
Qeydiyyatda olan şagirdlər üçün aşağıdakı imkanlar olacaqdır:
1. Telekonfrans(müəllimlə video dərslərə qatıla biləcəklər.Əlilliyindən asılı olaraq fərqli şəkildə tədris metodlarının
tətbiqi nəzərdə tutulur. Məs: Lal uşaqlar üçün lal dilini bilən müəllim nəzərdə tutulub. Belə olan halda şagird işarələrlə
video dərsdə müəllimə sual verdikdə müəllim onu başa düşəcək və cavablayacaq.)Müəllim və şagirdlər video chat vasitəsilə
bir-birilərini görə biləcəklər. Dərsdə hansı şagirdin iştirak edib etmədiyini müəyyən edən status göstərici sistem də
olacaqdır.
2. Chat xidməti. Müəllim və şagird günün müəyyən saatlarında müəllimlə chat ilə əlaqə quraraq suallarını və
müraciətlərini bildirəcəklər.
3. Chat xidməti(Psixoloqla). Problemləri olan, cəmiyyətdən özünü uzaq hiss edən şagirdlər bu chat xidməti vasitəsilə
psixoloqla əlaqə saxlayacaqlar, problemlərini bildirəcək, psixoloji yardım alacaqlar.
4. Forum. Qeydiyyatda olan və olmayan şagirdlər üçün nəzərdə tutulub. Qeydiyyatda olanlar sual və cavablarını,
münasibətlərini bildirdikləri halda qeydiyyatda olmayan şagirdlər forumdan sadəcə izləyərək faydalana biləcəklər.
5. E-mail. Qeydiyyatda olan və olmayan şəxslər üçün nəzərdə tutulub.
6. Gələcəkdə online dərsliklərlə yanaşı, çap olunmuş şəkildə kitablar da mümkün olacaqdır. Bunlar poçt vasitəsilə
şagirdlərə çatdırılması planlaşdırılır.
7. Hər tədris proqramının sonu şagirdlər test edilərək qiymətləndiriləcək. İl sonu şagird online imtahana qoşulacaq və
imtahanlardamüvəffəq olanşagirdlər növbəti tədris mərhələsinə buraxıla biləcəkdir.
Proyektin həyata keçirilməsi ilə birlikdə əlillərin tədris sistemində qarşılaşdığı bir çox problemlərin həll edilə bilməsi
mümkün olacaqdır. Ümumiyyətlə bu cür sosial proyektlərin cəmiyyətə faydaları danılmazdır.
|