ƏLİL UŞAQLAR ÜÇÜNELEKTRON TƏHSİL PORTALININ LAYİHƏLƏNDİRİLMƏSİ
Ali ŞAHİNTAŞ, Lalə BAYRAMOVA
Qafqaz Universiteti
bayramova_91@hotmail.com
AZƏRBAYCAN
E-təhsil təhsil sistemində ənənəvi öyrənmə üsullarına meydan oxuyan, elektron vasitə və ləvazimatlardan istifadə
edərək bilik əldə edilməsinə imkan verən İnternet töhfəsidir.
Hər birqurum, dövlət və s . e-təhsil üçün fərqli sistemlər istifadə etsələr də əsas etibarı ilə e-təhsil kompyuter, internet,
telefon kimi müasir telekommunikasiya vasitələrindən istifadə edərək məlumatın çatdırılması məqsədini daşıyır. Bu
vasitələr sayəsində məlumatın daha geniş kütlələrə sürətli bir şəkildə ötürülməsi mümkün olur.
|