II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
593
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN KİTABXANALARINDA İNFORMASİYA
TEXNOLOGİYALARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ
Sevda MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
sevda_memmedli @mail.ru
AZƏRBAYCAN
Dövlətimizin hərtərəfli inkişafı respublikada bir çox sahələrdə olduğu kimi kitabxana işinin də getdikcə inkişaf
etməsinə, kitabxana işində dəyişikliklər aparılmasına şərait yaratmışdır. Bu dəyişikliklər həm kitabxana işi təcrübəsində,
həm də onun elmi nəzəri bazasını təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü göstərir. Müstəqillik dövründə
baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi ucun şərait
yaratdı.Cəmiyyətdə informasiya proseslərinin avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya
sistemləri yaradılmışdır və onları funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya idarəetmə, hesablama,
məlumatın işlənməsi, kitabxana-informasiya sistemləri və s. adlandırılmışdır.
Yeni informasiya texnologiyalarına keçid nəinki Azərbaycan kitabxanaları, həm də dünya kitabxanaları üçün xarakterik
olan bir sıra mürəkkəb problemlərin həllini qarşıya qoyur. Kitabxana və informasiya mərkəzləri kommunikasiya və texniki
vasitələrlə birlikdə ölkənin informasiya infrastrukturunu təşkil edir. Bu səbəbdən təsadüfi deyildir ki, kitabxana informasiya
texnologiyaları kitabxana-informasiya işinə təsir göstərən əsas faktorlardan biridir, cəmiyyətin informasiyalaşması səviyyəsi
bilavasitə bu texnologiyaların inkişaf səviyyəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını
tələb edir. Kitabxana proseslərinin avtomatlaşdırılması isə, öz növbəsində müasir kitabxana-informasiya texnologiyalarının
tətbiqi ilə sıx əlaqədardır. İnformasiya texnologiyaları – obyektin, prosesin və ya hadisənin (informasiya məhsulunun)
vəziyyəti haqqında yeni informasiyaların alınması üçün məlumatın (ilkin informasiyanın) toplanması, emalı və
mübadiləsində istifadə olunan metod və vasitələrin məcmudur. İnformasiya texnologiyalarının inkişafı və onların insan
fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi, müasir cəmiyyətin bütün quruluş elementlərini dəyişərək onu transformasiya edir.
Xüsusilə kitabxana fəaliyyətinin bütün sahələrinə surətlə nüfuz etməkdə olan informasiya texnologiyaları (şəbəkə
texnologiyaları), hər bir istifadəçiyə informasiya proseslərində (informasiya hazırlanması və yayılması, informasiya
xidmətlərinin təqdim edilməsi və onların istifadə edilməsi) iştirak etmək imkanı yaradan şəbəkə infrastrukturunun
interaktivliyi, o cümlədən, kommunikasiya mühitinin özünü təşkil və özünü inkişafa uyğunlaşması ilə şərtlənir.
İnformasiyalaşdırılmış cəmiyyətin mühüm təzahür forması olan kitabxana-informasiya texnologiyalarının bir çox tətbiq
vasitələri və istiqamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır:
- CD-ROM
- Şəbəkə texnologiyaları
- Elektron kataloq
- Elektron kitabxana
- Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s.
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar
atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış və ümumiyyətlə, bu istiqamət dövlət
siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar informasiyalaşdırılmış cəmiyyətin əsas atributlarından biri,
informasiya müəssisələrinin ən mühüm vasitəsi olduğu kimi, müasir kitabxana da informasiya texnologiyası olmadan
səmərəli fəaliyyət göstərə bilməz. Bu fəaliyyətin də əsas elementləri kimi kitabxanaların texniki təchizatını, İnternetə
qoşulması və veb saytının yaradılmasını göstərmək olar. Saytın əsas resurslarına isə məlumat bazaları, elektron kataloq,
elektron kitabxana, kitabxananın fəaliyyətini əks etdirən məlumatlar, keciriləcək tədbirlər haqqında anonslar və s. daxildir.
XX əsrin sonlarında kitabxanaların həyatında ən böyük dəyişikliklər elektron kataloq və elektron kitabxanaların
yaranması oldu. Yeni kitabxana informasiya mühiti kompüter texnologiyalarının və telerabitə vasitələrinin geniş istifadəsi
bazasında korporativ, milli və qlobal kitabxana-informasiya sistemləri şəbəkəsinin yaradılması ilə müəyyənləşir. Şəbəkənin
əsas seqmentləri elektron kitabxana kataloqları, elektron informasiya resursları bazasında formalaşdırılan elektron
kitabxanalar, online rejimində sənəd-informasiya mübadiləsi və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan intellektual
elektron kitabxanalardır.
Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək və mövcud problemləri aradan
qaldırmaq məqsədilə respublika kitabxanalarında informasiya texnologiyalarının tətbiqinin müasir vəziyyətinin daimi
monitorinqinin aparılması məqsədəuyğundur. Belə monitorinqlər kitabxanada həyata keçirilən müxtəlif proseslərin işləmə
mexanizminin yoxlanılması, tətbiq edilən elektron kitabxana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya
tələbatının ödənilməsinin səviyyəsinin müəyyən edilməsi məqsədilə keçirilə bilər.
|