Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1042/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1038   1039   1040   1041   1042   1043   1044   1045   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

595 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Müəllimlərin  İKT avadanlıqları ilə davranış qaydaları  və istifadəsi ilə  əlaqəli fəaliyyətləri təhsil nazirliyinin və ya 

aidiyyatı qurumların rəhbərliyi altında müxtəlif təşkilatlar və universitetlər tərəfindən aparıla bilər. Bu kurslar, müəllimlərin 

fərdi İKT bacarıqlarını inkişaf etdirməyə istiqamətlənməlidir. Kursların nəticəsində müəllim fərdi olaraq İKT vasitələrindən 

istifadə edərək ixtisası ilə əlaqəli müəyyən səviyyədə materiallar hazırlamağı bacarmalıdır. 

Müəllimlərin  İKT vasitələrinin təlim-tədris fəaliyyətində istifadəsi üçün təlim kurslarının təşkili daha vacib 

məsələlərdəndir. Burada 2 əsas istiqaməti qeyd etmək lazımdır. Elektron dərsliklərin hazırlanması və bunların geniş istifadə 

edilməsi. Elektron dərsliklərin hazırlanması prosesində müvafiq fənn və siniflər (I-XI) üzrə metodistlər və ya 

vəzifələndirilmiş müəllimlərin (təlimçi müəllimlər) rəhbərliyi ilə müvafiq şirkətlərə  tədris proqramları yazdırılmalıdır. 

Proqramlar hazır olduqdan sonra proqramın istifadə qaydası təlimçi müəllimlərin rəhbərliyi ilə rayonlardan seçilmiş təlimçi 

müəllimlərə izah olunur. Nəticə etibarı ilə hər rayonda müvafiq fənn və siniflər üzərə hazırlanmış proqramları bilən təlimçi 

müəllimlər yetişir. Bu təlmiçi müəllimlərin rəhbərliyi ilə ümumtəhsil məktəblərindəki məllimlərə ən azı ildə 3 dəfə (tədris 

ilinin başında, ortasında və sonunda) kurslar keçirilməlidir. Bu kurslarda müəllimlərin qarşılaşdıqları problemlər müzakirə 

olunmalı, hazırlanan proqramda dəyişiklikər müəllimlərlə paylaşılmalı, bu proqaramların çatışmayan yönləri müzakirə 

olunmalıdır. Bundan əlavə olaraq tədris fəliyyətinin gedişatı ilə əlaqəli fikirlər əldə etmək üçün təlimçi müəllimlər tədris ili 

boyunca məktəblərdə yoxlamalar aparmalıdırlar. 



Nəticə 

Təklif olunan metod reallaşdırılmışdır. Beləki, 2011-2012-ci illərdə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə aid Türk 

liseylərində metodistlər tərəfindən elektron dərsliklər hazırlanmışdır. 2012-2013-cü tədris ilindən etibarən bütün türk 

liseylərində  tədris fəaliyyətləri elektron lövhə üzərindən aparılmışdır. Proqram təminatı olaraq “Zambak yayınları” 

tərəfindən hazırlanan  şablon proqramdan istifadə olunmuşdur. Sonrakı illərdə isə  şirkət öz proqarmını hazırlamışdır və 

hazırda geniş istifadə edilməkdədir.  

 

Ədəbiyyat : 



1.  http://hedb.meb.gov.tr/ 

2.  http://e-qanun.az/print.php?internal=view&target=1&docid=5495&doctype=0 

3.  http://e-qanun.az/print.php?internal=view&target=1&docid=14766&doctype=0 

4.  http://www.ict.az/az/index.php?option=com_content&task=view&id=2141&Itemid=122 

5.  Seyidzadə E.V., Kompüter dəstəkli təlim üzrə müəllim kadrlarının hazırlanması  və  fənn müəllimlərinin təlimi 

prosesinin səmərəli təşkili yolları, “Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” II Beynəlxalq 

konfransın materialları. Qafqaz Universiteti, 01-03 noyabr, 2007, səh. 212-216 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1038   1039   1040   1041   1042   1043   1044   1045   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin