II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
623
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
SOSİAL ŞƏBƏKƏLƏR VƏ MARKETİNQ
Xəyyam MƏSIYEV
1
, Nigar HÜSEYNOVA
2
AMEA İnformasiya Texnologiyaları İnstitutu
1
, Qafqaz Universiteti
2
xmesiyev@qu.edu.az
1
, hnigar89@gmail.com
2
AZƏRBAYCAN
REFERAT
Məqalə sosial şəbəkələr və onların marketinq fəaliyyətinin idarə edilməsindəki əhəmiyyətindən bəhs edir. Qeyd olunan
sosial mübadilə və sosial şəbəkələrdə istifadəçilərin araşdırılması üçün istifadə olunan netnoqrafiya kimi metodologiyaların
ənənəvi marketinq yanaşmaları ilə müqayisədə yeni şəbəkə şəklində qurulan marketinq strategiyasında istifadəsinin
üstünlüyü vurğulanır.
Açar sözlər: Sosial şəbəkələr, marketinq, istifadəçilər
GİRİŞ
Getdikcə həyatımızı sadələşdirən önəmli bir vasitə olan internet və onun vasitəsilə əldə etdiyimiz məlumatlar alış-veriş
edərkən mütləq qərarlarımıza da təsir edir. Şirkətlər bunu bir fürsət olaraq dəyərləndirib marketinq fəaliyyətlərini sosial
şəbəkələr vasitəsilə idarə edirlər.
1. METODOLOGİYA
Sosioloq George Homans tərəfindən təqdim olunan Sosial Mübadilə metodologiyası insanların birbirləri ilə əlaqə
qurmasında qarşılıqlı əldə etdikləri qazancın sadəcə pul deyil, yeni imkanlar, yeni münasibətlərlərin olduğunu da vurğulayır.
Mübadilə prosesində başqalarına təsir edə bilmək, başqalarının hörmətini qazanmaq üçün bir tərəfin digər tərəflə nəyisə
paylaşması qarşı tərəfi daha çox şey vermək təzyiqi altına salır və bu sosial şəbəkələrdə insanların daha çox informasiya
paylaşmasına, öyrəndikləri yeni məlumatları, bəyəndikləri və ya əksinə bəyənmədikləri məhsul, şirkət haqqında
öyrəndikləri hər hansı yeni məlumatları digər insanlarla bölüşməsinə səbəb olur (Edward, 2001)
Netnoqrafiya isə məhsul və xidmətlərlə bağlı müştəri davranışlarını incələmək üçün istifadə olunan elektron
marketinq axtarış texnikasıdır. Sosial şəbəkələrdə qurulan virtual cəmiyyətlərin üzvlərinin davranışlarını, maraqlarını,
ideyalarını, paylaşdıqlarını analiz edərək şirkətlərə uğurlu marketinq strategiyasının qurulmasına imkan verir, bu
metodologiya altı mərhələdən ibarətdir.
Axtarışın planlaşdırılması
Qrupa daxil olma
Məlumat toplama
Məlumatın təhlil edilməsi
Etik standartların təmin edilməsi
Nəticənin təqdim olunması (Kozinets,2010)
2. SOSİAL ŞƏBƏKƏLƏR VƏ MARKETİNQ
2000-ci ildən sonra sosial şəbəkə istifadəsinə artan maraq insanların, şirkətlərin birbirləri ilə əlaqə saxlamasına,
informasiya mübadiləsi etməsinə, maraqlarını, fikirlərini bölüşə biləcəkləri eyni cəmiyyətin tərkib hissəsinə çevrilməsinə
imkan yaradıb. Sosial şəbəkələr istifadəni sadələşdirdiyi kimi, ənənəvi media ilə müqayisədə iki tərəfli kommunikasiyanı da
dəstəkləyir. Sadəcə istifadəçilərin gündəlik həyatlarına deyil, həm də satın alma qərarlarına da təsir edir. Sosial şəbəkələr
şirkətlər tərəfindən strategiyaların tərkib hissəsinə çevrilərək yeni marketinq aləti kimi reklam və müştəri cəlb etmə
metodları olaraq tətbiq olunur. Bir sözlə, şirkətlər şəbəkələr vasitəsi ilə daha az maliyyətlə daha çox istifadəçiyə məlumat
ötürmək, hər müştəri ilə daha yaxın əlaqə quraraq fərdi marketinq yanaşmasını tətbiq etmək, istifadəçilər haqqında daha çox
informasiya əldə etməklə satış strategiyasından, investisiyalardan, reklamlardan daha çox gəlir əldə etmək, müştərilərlə
yaxın əlaqə quraraq daha etibarlı marka sahibi olmaq, daha tez və daha çox müştəriyə xidmət edə bilmək imkanı əldə edirlər
(Victoria, 2011).
Facebook, Twitter, LinkedIn, Pinterest ən çox istifadəçisi olan sosial şəbəkələrdir. Facebook profili vasitəsilə şirkət
missiyasını, vizyonunu elan edir, biznes səhifələrində hər dəfə yeni informasiyalar yerləşdirmək imkanı əldə edir, yaşa,
cinsə, təhsil səviyyəsinə görə reklamlar yerləşdirə bilir, fəal istifadəçilərinə fərdi mesajlar göndərə bilir. Şəkillər, səhifələr,
qruplar və dost istifadəçilərin müxtəlif zamanlarda etdikləri fəaliyyətlər barədə reklam xarakterli informasiyalar Facebook
səhifəsinin sağ hissəsində yerləşdirilir. Eyni zamanda reklamların idarə olunması şirkətlərin öz əlindədir, yəni onlar axtarış
motorlarında çıxan açar sözləri dəyişdirə bilərlər. Reklama görə edilən ödənişlər isə CPC (cost per click) və CPM (cost per
thousand impressions) metodlarına görə edilir (R. R. Ramsaran-Fowdar, 2013).
230 milyondan çox siyasətçi, jurnalist, şirkətlərin və başqa istifadəçilərin reklam fəaliyyəti ilə məşğul olmaları üçün,
markalarını tanıtmaq üçün Twitter marketinqdən istifadə edirlər. Twitter şəbəkəsinin biznes səhifəsi şirkətlərə onları daim
izləmək imkanı verən qrup yaratmağa və müştərilərin suallarına cavab verməyə, marka yaratmağa və şirkət məhsulları
haqqında informasiya paylaşımına imkan yaradır (Eric, 2013).
|