SƏNAYENİN SƏMƏRƏLİ İNKIŞAFI NAMİNƏ
İsa QASIMOV
Qafqaz Universiteti
iqasimov@qu.edu.az
2014-cü ilin Azərbaycanda sənaye ili elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki,
sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişikliklkəri nəzərə almağı zəruri edir. İstehlakçı
tələblərinin hansı istiqamətdə dəyişdiyini təhlil edərkən gəldiyimiz qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola
bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, təşəbbüskar yanaşma (girişimçi
baxış) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir.
Ökə sənayesini beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon
Vadisində (və ya bənzər ekosistemlərdə) görülən işlərə əsaslanaraq istehsal olunan məhsulla eyni bazarda (dünya bazarı)
rentabelli ola bilmək üçün nə etməliyik? Bu və və ya digər suallara cavab verən ekosistemin formalaşması üçün beynəlxalq
təcrübənin öyərnilməsi vacib məqamlardandır.
İnkişaf etmiş ölkələrin təcrübəsindən faydalanarkən, bazarı formalaşdıran başlıca istiqamətlər diqqətlə təhlil
edilməlidir. Xarici təcrübənin tətbiqi zamanı, yerli biznes gəstəriciləri (istehsalçı və istehlakçının tələbləri, bazarın biznes
etikası və s.) nəzərə alınmazsa, risklərin artımı ciddi şəkildə labüdləşə bilər.
|