Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1124/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1120   1121   1122   1123   1124   1125   1126   1127   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

640 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

prosesdə olduğu kimi məhsullar üzrə rentaberliyin təmin edilməsində  də bilavasitə  nəzarət üslubuda son dərəcə 

əhəmiyyətlidir. Burada yalnız müəssisənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin düzgün və çoxistiqamətli daha 

dolğun analizlərin həyata keçirməsindən və düzgün informasiya kommunikasiyaların təşkilindən söhbət gedir. Müəssisənin 

strateji məqsədlərinin təmin edilməsi operativ nəzarətin mövcudluğu ilə bağlıdır. Bu baxımdan operativ kontrollinqin 

mühüm aləti olan ABC təhlillin fəaliyyət mexanizmi müəyyənləşdirilməlidir. Operativ kontrollinqin bu aləti daha çox gəlir 

gətirən məhsul çeşidin müəyyən etməyə  və  əsas diqqəti ona yönəltməyə, eyni zamanda digər, az gəlirli olan və ya 

ümumiyyətlə itkiyə səbəb olan çeşidlər ilə barədə önləyici qərarların qəbuluna istiqamətlənmişdir.  

Əsası 1906-cı ildə  İtalyan iqtisadçı Pareto tərəfindən qoyulmuş ABC təhlilin  əsas məqsəd təhlil olunan təsərrüfat 

subeyktində istehsal olunmuş məhsul növlərini və ya xidmət sahələrini ən çox satılandan ən az satılana görə kateqoriaylarla 

qruplaşdırıb, hər bir məhsulun satışda payını müyyənləşdirib,  cəmi satışa əsasən bütün  məhsulları A- çox satılan, B-orta 

satışlar, C-aztılan olmaqla üç kateqoriyaya bölməkdir.  Əlbəətdə biz məhsul anlayışını ABC analizin mahiyyətinin başa 

düşlən olması üçün şətri qeyd etdik. Nəzərə almaq lazımdır ki, təhlilin bu növü təkcə  məhsul satışını yox, bütünlükdə 

təsərrüfat subyektinin ayrı-ayrı sahələrini əhatə edir. Analitik umumilləşdirmə nəticəsində əminliklə demək olar ki, operativ 

kontrollinq sistemi çərçivəsində ABC təhlil aşağıdakı istiqamətlərdə aparılmalıdır: 

Müəssisə daxili nomenklaturuna təhlili; 

Əsas müştərilərin müəyyənləşdirilməsi; 

Anbarda materialların saxlaması prosesinin optimallaşdırılması; 

Müstərilərə xidmətin strategiyasının təhlili; 

Anbar qalıqlarının həcminin optimallaşdırılması; 

Xidmət sferasının və istehsal proseslərinin optimallaşdırılması; 

Marketinq fəaliyyətlərinin optimallaşdırılması; 

Büdcə xərclərinin optimallaşdırılması. 

İqtisadi  ədəbiyyatlarda Pareto qanunu (20/80 nisbəti) kimi izah olunan ABC təhlilin aparılmasının aşağıdakı müsbət 

xüsusiyyətlərinin olması operativ kontrollinq fəaliyyətinin mühüm alətlərindən birinə çevrilməsinə gətirib çıxarır (cədvəl 1) 

 

ABC təhlilin üstünlükləri 



Məzmunu 

Sadəlik və şəffaflıq 

Bu metodun istifadəsi rahat, etibarlı, başa düşüləndir. Qısa zaman 

ərzində bu cür təhlili aparmaq mümkündür. 

Universal yönümlü olması 

ABC təhlil vahid prinsip üzərində qurulan çox funksinal təhlildir. 

Yuxarıda sadalan istiqamətlər üzrə təhlil apararkən ABC metodan 

istifadə etmək olar. 

Avtomatlaşdırmış uçota 

ehtiyac olmaması 

Digər təhlil növləri mürəkkəb xarakterli ERP sistemlərinin olmasını, 

komputer proqramlarını və s. tələb etsən təhlil mürəkkəblik 

hesablamalar ilə dolu olsada ABC təhlil bir mənalı olaraq kağız, 

kalkulyator və ya excel vasitəsi ilə icra oluna bilər. 

Resursların optimallaşdırması 

ABC təhlildən istifadə vaxta  və əmək resurslarına qənaət, qərar 

qəbulunu təhlil nəticə əldə edilmiş elementlərlə əsaslandırmaq və 

istehsal təsərrüfat fəaliyyətini düzgün istiqamətə yönəltmək 

Cədvəl 1. Operativ kontrollinqdə ABC təhlilin aparılmasının üstünlükləri 

 

Qeyd olunanları diqqət mərkəzində saxlayaraq fikirmizcə bu gün Respublikamızda fəaliyyət göstərən müəssisələr belə 



bir təhlili mütəmadə olaraq aparmalı  və qərar qəbulunda rəhbərlik üslübunun bazasına çevrilməlidir ki, ABC təhlil xüsusi 

olaraq məqsədyönlü və qənaətli tədbirlərin həyata keçirilməsinə imkan versin. Bu isə kontrollinq konsepsiyası çərçivəsində 

son nəticədə üstəlik xərclərin uçotuna və idarəedilməsinə yönəlməklə yanaşı, uçot siyasətinin yeni forması kimi, istehsal 

təsərrüfat fəaliyyətinin bütün aspektlərini  əhatə etməlidir.Müəssisələrin qloballaşan dünya iqtisad sisteminə inteqrasiya 

olunduğu bir vaxtda   təkcə ABC analizlə kifayətlənmək olmaz. Bununla yanaşı müasir kontrollinqin XYZ, FMR və VEN-

analiz kimi mühüm alətləri öyrənilməli, müəssisənin profilinə uyğun olaraq bu analizlərin aparılması metodologiyası 

müəyyənləşdirilməlidir.  

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1120   1121   1122   1123   1124   1125   1126   1127   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin