“HOLLAND SİNDROMU” ANLAYIŞI
Tural DƏMİROV
Qafqaz universiteti
demirov.tural@gmail.com
İqtisadi lüğətdə “Holland sindromu” adını alan bu fenomen təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü
arasında qarşılıqlı əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır. Nəzəri yanaşmaya görə, "Holland
sindromu" şəraitində təbii sərvətlərdən daxil olan böyük gəlirlər milli valyutanın mübadilə kursunu artırmaqla istehsal
sektorunun rəqabət qabiliyyətini zəiflədir.
“Holland sindromu” bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin
inkişaf perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin
|