II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
72
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Nazik təbəqələr əsasında əmələ gələn strukturlar iri həcmli kristallara nisbətən daha ucuz, daha sürətli və daha asan başa
gəlir. Cihaz texnologiyasına tətbiq edilən nazik təbəqələr gərək performanslarını artırılması gərəksə xərclərinin aşağı
salınması üçün həm akademik həm də sənaye sahəsində əhəmmiyət kəsb edir. Bütün dünyada bu sahədə aparılan elmi
işlərin sayının hər keçən gün artması və texnologiya şirkətlərinin bu sahədə etdikləri böyük investisyalar, nazik təbəqələrin
alınmasının nə qədər əhəmiyyətli bir iş sahəsi olduğunun bir göstəricisidir.
Buxar fazda nazik təbəqələrin böyüdülməsi: Örtük və ya döşəmə vəsaitə hər hansı bir məhdudlaşdırma gətirmədən
yüksək keyfiyyətdə örtmələr əldə etməyi təmin edən buxar fazında edilən örtmə texnikaları; kimyəvi buxar yığma
(Chemical Vapour Deposition - CVD) və fiziki buxar yığma (Physical Vapour Deposition - PVD) olmaq üzrə ikiyə ayrılır.
Fiziki buxar yığma texnologiyası 19-cu əsrin əvvəllərindən bəri bilinməsinə baxmayaraq , ancaq son illərdə sənayedə özünə
bir yer tapa bilmişdir. Günümüzə qədər inkişaf etdirilən fərqli örtmə əməliyyatları ilə tətbiq olunan bu texnikanın
mexanizmi
i)
Vakuumlu mühitdə , bir isidici ilə buxarlaşdırılan örtücü vəsait , örtüləcək olan vəsait üzərində incə bir film layı
halında toplanılması,
ii)
Qatı haldakı xam maddə yüksək enerji ilə ionlaştırılmış və reaktiv qazlarla yaradılmış plazma halına gətirilərək ,
idarəli olaraq, örtüləcək vəsaitin üzərinə yapıştırılması ,
əməliyyatı olaraq yekunlaşdırıla bilər.
Vakuum mühitində qatı və ya maye halda olan materialların buxarlandırılaraq və ya sıçradılaraq atomlarının səthdən
qoparılması və örtüləcək olan altlıq vəsait səthinə atom və ya ion olaraq toplaşdırılması əsasına söykənən bu örtmə üsulu
"buxarlandırma" və "sıçratma" olmaq üzrə iki qrupa ayrılır.
Buxarlandırma texnikasında incə bir film halında örtmə etmək istədiyimiz vəsait əvvəlcə buxarlanması üçün lazım
olan istiliyə qədər qızdırılır, sonra isidilərək buxarlaşdırılan vəsaitin aşağı temperaturlu bölgəsindəki altdaşlar üzərinə
daşınaraq sıxlaşdırılır yəni buxarlanma baş verir. Buxarlanma üsuluna görə vəsait müxtəlif üsullarla isidilərək buxar fazı
yaradılmışdır. Yaranan buxar, aşağı temperaturda olan bölgəyə doğru daşınır və burada olan daşıyıcıların üzərinə sıxlaşır.
Bu əməliyyat yüksək vakuum mühitində əldə edilə bildiyi kimi sadə bir qaz mühitində də həyata keçirilə bilər.
Buxarlanma əməliyyatı istifadə edilərək əldə edilən örtmələr müqavimət, induksiya, arx, elektron bombardmanı və
lazer ilə buxarlandırma olaraq gruplara ayrılır.
Sıçratma metodunda, hədəf alınan vəsait səthinin, ümumiyyətlə plazma və ya ion tapançası vasitəsi ilə
sürətləndirilmiş atomik ölçüdəki yüksək enerjili qaz ionları vasitəsilə bombardıman edilərək, atomların səthdən
sıçradılması və hədəf alınan vəsait səthindən qoparılan atomların buxar fazına keçərək altlıq vəsait üzərinə yığılmasının
əsasına söykənir. O zamanlarda sıçratma metodu katodun xarab olmasına səbəb olduğu üçün istənilməyən bir metod idi.
Lakin bu gün sıçratma məşhur olaraq səth təmizləmədə, səth aşındırmada, nazik film yığmaqda və səth analizində istifadə
edilməkdədir. Sıçratma üsulunda istifadə edilen Soygaz ionları, hədəf vəsait səthinə çarparaq sahib olduqları enerjini vəsaitə
verirlər və beləcə vəsait səthindən atomlar qopub ətrafa sıçrayır.
Sıçratma texnikası ilə bir çox vəsait müvəffəqiyyətli bir şəkildə örtülməsinə baxmayaraq, yığılma sürətinin və plazma
içindəki ionlaşma təsirinin aşağı olması və altdaş temperaturunun yüksəlməsi sistemin istifadəsini məhdudlaşdırmışdır. Son
illərdə sıçratma texnologiyasındakı inkişafların çoxu, maqnetik sahədə edilmişdir. Bunun səbəbi, maqnetik sahədə sıçratma
üsulu ilə edilən Örtmələrin, mikroelektronik, optik, turbin bıçakları, maqnit və optik disklər və kəsici komandalar kimi bir
çox sənaye sahədə istifadə edilməsidir. Sıçratma üsulunun ən əhəmiyyətli üstünlüyü fərqli buxar təzyiqlərində fərqli
buxarlanma sürətlərinə sahib ərintilər, tərkibləri dəyişmədən müvəffəqiyyətlə yığılabilməsidir. Ayrıca bu üsulda film
quruluşuna makro hissəciklərin girmə ehtimalı çox aşağıdır.
Nəticə olaraq sıçratma ilə əldə edilən nazik filmin keyfiyyəti və quruluşu mükəmməldir. Metodun mənfi cəhətləri
olaraq isə limitli örtmə qalınlığı və yüksək xərci sayıla bilər.Çünki sıçratma metodundakı elektrik istehlakı buxarlandırmaya
nəzərən daha çoxdur. Sıçratma əməliyyatından istifadə edilərək əldə edilən örtmələri diod, triyot, maqnetik sahədə sıçratma
və ion dəstəsi ilə sıçratma olaraq gruplara ayrılır.
Dostları ilə paylaş: |