Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə226/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   222   223   224   225   226   227   228   229   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

131 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Əgər kalium çatmasa bitkilər karbon qazını pis mənimsəyir və yeni karbohidrogen molekulunun sintezi üçün karbon 

qazı "xammalı" çatmır. Beləliklə  də bitkilərdə karbohidrogen ehtiyatı azalır. Belə hal meyvələrdə daha tez büruzə verir. 

Onlarda  şirinlik normal kalium ionu alan meyvə  və  tərəvəzə nisbətən az olur. Nişasta da həmçinin karbohidratdır. Onun 

məhsulda toplanmasına da kalium güclü təsir edir. 

Kalium ionu maddələrin azot mübadiləsinə də təsir edir.O, çatmadıqda hüceyrələrdə ammonyak artıqlığı əmələ gəlir. 

Bu da bitkilərin zəhərlənməsinə və məhvinə səbəb olur. Kalium bitkilərin tənəffüsünə də güclü təsir göstərir. Tənəffüs nə 

qədər intensiv gedərsə, oksidləşmə prosesi də bir o qədər fəal olar. Bu halda çoxlu üzvi maddələr üzvi turşulara çevrilir. 

Turşu artıqlığı isə ola bilər ki, zülalların miqdarının aşağı düşməsinə  təsir göstərər. Bunun məhsulu göbələklər və 

bakteriyalar üçün əlverişli mühitin yaradılması olur. Bu səbəbdən də kalium aclığı zamanı bitkilər erkən xəstəlik və 

ziyanvericilər tərəfmdən zədələnirlər. 

Bir sözlə, yaxşı məhsul almaq onu uzun müddət saxlamaq üçün bitkiləri kifayət qədər kaliumla doydurmaq lazımdır. 

Bitki orqanizmi üçün kalium duzlannı heç bir duzla əvəz etmək olmaz. Akademik A.Y.Fersman kalium gübrəsinin 

canlı orqanizm üçün əhəmiyyətindən danışarkən onu "həyatın əsası" adlandırmışdır. 

Kalium duzlannın yatağı Solikamskdadır. Bu da dünyada ən böyük yataqdır. 

Müəllim həmçinin natriumun da kənd təsərrüfatmda istifadə edilən mühüm duzlanndan Çili şorasının 

NaN03.NaCl.Na2S04.10H20 və buranı da göstərməlidir. Bundan başqa, NaCl -i kalium gübrələri ilə qarışdırıb torpağa 

verdikdə məhsuldarlıq xeyli artır. Natrium qismən kaliumu da əvəz edə bilər. 

Natrium ionu az dozada bütün bitkilərdə vardır. Dəniz bitkilərində onun miqdarı yüksəkdir /16 %- dək/. Heyvan 

orqanizmində natrium ionu kalium ionu ilə birlikdə əsəb impulslarmın verilməsinə xidmət edir. 

Natriumun duzları hüceyrələrdə osmotik tarazlığın saxlanmasını təmin edir. 

Açar sözlər: bitki, kalium, sintez, qeyri-üzvi, maddə. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin