II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
130
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
xassələri haqqinda məlumat verir. Sonra isə hər iki elementin mühüm birləşmələri üzərində dayanır. Müəllim qələvi
metalların mühüm duzlarının xassələrinin və tətbiq sahələrinin ümumi xülasəsi haqqında məlumat vererkən tələbələrin
nəzərinə çatdirır ki, I qrupun əsas yarımqrup lementlərindən kənd təsərrüfatında ən çox tətbiq olunan Na və K-un
birləşmələridir. Bu elementıərdən əsasən kalium kənd təsərrüfatı bitgilərinin əsas qida elementıərindən biridir.
Makroelemetlər sırasına daxil olan kaliumu bitkilər ion şəklində mənimsəyir. Müəyyən edilmişdir ki, kalium ionu
bitkilərdə gedən bir çox biokimyəvi proseslərdə, o cümlədən maddələr mübadiləsində iştirak edir. Bitkilərdə
karbohidrogenlərin əmələ gəlməsi üçün kalium hökmən lazımdır. Kənd təsərrüfatında gübrə kimi istifadə olunan kalium
duzlarmdan ən lazımlısı silvinit KCl . NaCl və kainitdir - KCl . MgS04 . 3H20 . Silvinit mineralının tərkibində 14 - 18% ,
kainitdə 10 - 12% K20 (təsiredici maddə) vardır.
Texniki kalium - xlorid duzu həm sərbəst, həm də kaliumun digər duzlan ilə qa- rışıq şəkildə kənd təsərrüfatında
istifadə olunur.
Gübrə kimi tətbiq edilən kalium duzlarından biri də kalium - sulfatdır. Tərkibində təsiredici maddə çox olmasa da
(K20-46-48%) istənilən kənd təsərrüfatı bitkiləri tərəfmdən çox yaxşı mənimsənilir. Bu duzu aşağıdakı üsulla alırlar : 2KC1
+ 2MgS04 = K2S04. MgS04 + MgCl2 K2S04 . MgS04 + 2KC1 = 2K2S04 + MgCl2
Doğrudur, bu duz bir qədər baha başa gəlir. Lakin hiqroskopik xassəyə malik olmaması onun saxlanılması və daşınması
üçün şərait yaradır.
Başqa bir kalium gübrəsi olan potaş (K2C03) haqqmda da tələbələrə məlumat verilməlidir. Ən ucuz və keyfıyyətcə
yaxşı kalium gübrəsi olan potaşın tərkibində
68% təsiredici maddə vardır. Bu gübrə yaxşı qələvi xassəyə malik olduğundan onu yalnız turşulaşdınlmış torpaqlara
vermək lazımdır. Torpaq sulannda kalium - karbonat dissosiasiya edir:
K2C03
K+ + K2C03
2K+ + C02-3
Bu zaman bitkilər üçün qida mənbəyi olan kalium ionu hissəcikləri torpaq məhlulunda qalır. Kalium ionunun çox
hissəsi toıpağın kolloid hissəcikləri tərəfındən udulur, belə halda bitki köklərinin onu (K+ - y) mənimsəməsi çətinləşir. Bu
səbəbdən də torpaqda kalium çox olsa da bitkilər ondan lazımınca istifadə edə bilmirlər.
Ən qatı gübrə kalium - xloriddir (KCl) . Tərkibində 50 - 62% təsiredici maddə vardır. Həm sərbəst , həm də digər
kalium duzları ilə qanşıq şəkildə istifadə olunur. Lakin bu duzun tərkibində olan CI- ionu bütün bitkilər tərəfındən yaxşı
mənimsənilmədiyindən bu gübrənin istifadə olunması o qədər də geniş yayılmamışdır. Bu səbəbdən də torpaqda K+ -ionunu
saxlayıb, CI- ionunu kənar etmək lazımdır.Tərkibində C1 olan kalium gübrələrini torpağa adətən payızda səpirlər ki, toxum
yetişənədək və kök sistemi torpaqdan K+ - ionunu mənimsəyənədək ardıcıl yağışlar Cl ionunu yuyub dərinliyə aparsın.
İki qat gübrə kimi istifadə olunan KN03 gübrəsinin tərkibində bitkilər üçün əsas qida hesab olunan üç elementdən (N2,
P, K) ikisi / kalium və azot / vardır. Bu duzun əhəmiyyəti haqqında hələ D.İ.Mendeleyev "Kimyanm əsaslan" əsərində
göstərmişdi.
Bitkilər hər il torpaqdan külli miqdarda kalium mənimsəyirlər. Ona görə də tor- paqda kalium gübrəsinə olan təlabat
artır. Torpağa kalium - gübrəsi verilmədikdə bitkilər gec böyüyür, yarpaqları saralır, gövdəsi nazik və kövrək olur. Kifayət
qədər kalium gübrəsi alan bitkilər isə yüksək məhsuldarlıqla yanaşı quraqlığa dözümlü olur, qışda şaxtadan donmurlar. Bu
da hüceyrədə sulu karbon turşuların artması və osmotik təzyiqin çoxalması ilə izah olunur. Cavan bitkinin kalium gübrəsinə
olan tələbi daha çoxdur.
Kənd təsərrüfatı praktikasında hektara 30 - 90 kq K20 / təsiredici maddə /səpmək nəzərdə tutulmuşdur. Eyni zamanda
həmin torpağa hansı bitkinin əkilməsi də nəzəyrə alınmalıdır.
Çuğundur, kartof, paxlalı bitkilər, günəbaxan daha çox kalium gübrəsi tələb edir. Torpaq tərəfındən mənimsənilən lkq
K20 əlavə 8 kq taxıl, 35kq kartof, 40 kq şəkər çuğunduru alınmasına səbəb olur.
Kalium bitkilərdə fotosintez prosesinə və toxumun cüeərməsinə kömək edir. Canlı orqanizmlərdə kalium əzələ
hüceyrələrinin normal işi və əsəb sistemi üçün əvəzsizdir.
Kalium bitki zülallarının əsas tərkib hissəsini təşkil edir. Bitkilərin cavan hissələri və meristemaları kaliumla daha
zəngindir. Kaliumun azlığı paxlalı və dənli bitkilərdə daha çox nəzərə çarpır və bitkilərdə göbələk xəstəliyinə qarşı həssaslıq
artır, olmaması isə bitkilərin məhvinə səbəb olur.
Kalium həm də bitkilərin qışa davamlılığmı artırır. Fosfor gübrəsi ilə birlikdə verildikdə quraqlığa qarşı müqaviməti
artırır. Məhsulun yetişməsini sürətləndirir.
Bitkilərdə kalium K+ ion şəklindədir. İonun bir hissəsi hüceyrə şirəsinin tərkibində olur. Digər hissəsi isə hüceyrənin
struktur elementləri tərəfındən udulur. Bitki hüceyrələrində bu ionlar əsasən protoplazmada yerləşir. Hüceyrənin nüvəsində
onlar hiss olunmurlar. Çoxalma və nəsil artırma proseslərində kalium iştirak etmir. Buna baxmayaraq kaliumun bitki
həyatmda yeri və rolu böyükdür.
Kalium bitkinin kökündə, gövdəsində, yarpaqlannda olur. Belə ki, vegetativ orqanlarda kaliumun miqdarı nüvədəkinə
nisbətən daha çoxdur. Daha bir xarakterik xüsusiyyəti : cavan bitkilər kaliumla yaşlı bitkilərə nisbətən daha zəngindir.
Müəyyən edilmişdir ki, kalium ionu bitki hüceyrələrində üzvi maddələrin sintez olunmasmı fəallaşdırır, xüsusən
karbohidrogenlərin əmələ gəlməsinə bu ionlar güclü təsir edirlər.
|