Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə321/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   317   318   319   320   321   322   323   324   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

193 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

nəşr olunmaqdadır. Lakin bu lüğətlərdə uyğunsuzluq olduğundan bəzi məqamlarda çaşqınlıq yaranır. Nümunə üçün, AMEA 

– nın  2012- ci il nəşri olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ndə menyu, kompyuter  kimi verilən söz  “İngiliscə - 

Azərbaycanca izahlı kompüter terminləri lüğəti”ndə  (tərtibçi Rafiq Məmmədli) menü, kompüter  kimi verilmişdir. Hər il 

texniki, mədəni inkişafın sayəsində dilə onlarla termin daxil olur. Bu baxımdan ilbəil yeni sözlərin orfoqrafik – orfoepik 

lüğəti, eyni zamanda terminoloji sözlüklər  nəşr olunmalıdır. Lüğətləri araşdırarkən məlum olur ki, dilə daxil olan bir çox 

sözlər vardır ki, onlar dilin lüğət tərkibində yer almayıb. Bu gün dildə aktual olan skaner, printer, blutuz, kartric, costik, 

android, netbuk, planşet, tablet, sensor kimi sözlər  “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya 

lüğətlərində”  yer almayıb. Lüğətlərin 2011 və 2012 ci illərdə nəşr olunduğunu nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, bu 

lüğətlərin yenidən nəşr olunması  və yeni terminlərin bir daha nəzərdən keçirilməsi mütləq lazımdır. Bu gün dilçilərin, 

terminşünasların ayrı – ayrı  şəxslərin nitqində, o cümlədən, sosial şəbəkələrdə yeni terminlərin orfoepik və orfoqrafik 

qaydalara əməl olunmadan tələffüzü və yazılışı haqqında çıxışlarına şahid oluruq. Lakin unutmaq olmaz ki, belə sözlərin 

lüğətlərdə əks olunmaması, müəyyən nizama salınmaması bu problemlərin baş verməsinin əsas səbəbidir. Əlbəttə, inkişafın 

sürətini nəzərə alsaq, yeni anlayışları bu tezliklə dilin öz imkanları əsasında adlandırmaq   qeyri mümkündür.  Ancaq bu cür 

sözlərin reseptor dil qanunlarına uyğun olaraq müəyyən qrafik dəyişikliklərlə lüğətlərdə əks olunmasını təmin etmək olar. 

Bu baş verməzsə dildə qarışıqlıq, xaos yaranar. Bu baxımdan, Azərbaycan dilində lüğət və lüğətçilik problemi aktual və 

nəzərdən keçirilməli məsələlərdəndir.  

 

 



   

 

 



 

 

 



 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin