MÜASİR AZƏRBAYCAN DİLİNDƏ YENİ TERMİNLƏRİN LÜĞƏTLƏRDƏ
ƏKS OLUNMA PROBLEMLƏRİ
Günel PAŞAYEVA
Sumqayıt Dövlət Universiteti
p.gunel@hotmail.com
Cəmiyyətdə baş verən siyasi,iqtisadi,ictimai dəyişikliklər,elmi texniki tərəqqi, mədəni həyatda baş verən inkişaf və
yeniləşmələr dil və onun qanunlarına mütləq şəkildə təsir etməkdədir. Yeniliyin və inkişafın geniş vüsət aldığı dövrdə yeni
sözlərin yaranması zəruri hadisəyə çevrilir. Bu sözlər ya dilin öz daxili imkanları əsasında və ya başqa dillərdən alınır. Dilin
lüğət tərkibini araşdırsaq məlum olur ki,alınmaların lüğət fondunun zənginləşməsində rolu çox böyükdür. Bu gün dünyada
baş verən qlobal dəyişikliklər,elmin sürətli inkişafı yeni məvhumların yaranması və onların adlandırılmasını zəruriləşdirir.
Bəzən dilin daxili imkanları,adlandırma zamanı aciz qalır və başqa dillərdən söz almağa məcbur olur. Ümümiyyətlə,
dünyada tamamilə öz sözlərindən ibarət bir dil yoxdur. Bu baxımdan Azərbaycan ədəbi dilinin lüğət tərkibi də alınmaların
hesabına günbəgün zənginləşir. Bu proses özünü terminologiya sahəsində daha qabarıq şəkildə göstərir.Termin yaratma
dilin öz imkanları daxilində və ya alınmalar sayəsində yeni terminlərin yaranma prosesidir və terminoloji sistemdə mühüm
rol oynayır. Deməli “Azərbaycan dilində də terminlər həm daxili imkanları əsasında,həm də başqa dillərdən söz almaqla
yaranır. Bu da dilin bütövlükdə leksik sisteminin zənginləşmə qanunauyğunluqları ilə eyniyyət təşkil edir” [1;119] Son
dövrdə Avropa mənşəli alınmaların sayı durmadan artır. Səbəb kimi ölkəmizin inkişafı, yeniliklərə açıq olması, yaranmış
yeni elmi, texniki, mədəni hadisələrə biganə qalmamasını göstərmək olar. Əlbəttə, yeniliklərə, yeni yaranmış bütün
vasitələri ölkəyə qəbul ediriksə, yaranmış yeni anlayışın adının da dilin leksik vahidləri sırasına düşməsi labüd hal alır.
Lakin, baxaq görək, bu adlar, adlandırmalar Azərbaycan dilinin lüğət tərkibində alınma söz kimi, ümumiyyətlə, leksik
vahid kimi özünə yer tuta bilirmi?
Lüğət (Sözlük) — Müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən və tələffüzü göstərilən sözlərin
toplusudur. [2] Ümumiyyətlə, lüğətlərsiz Azərbaycan dilini təsəvvür etmək qeyri mümkündür və hal – hazırda müxtəlif
məzmunlu lüğətlər mövcuddur. Yeni anlayışların adlandırılması,elm və texnikanın ayrı – ayrı sahələrinə aid terminlərin
sistemə salınmasında terminoloji lüğətlərin rolu əvəzsizdir. Bu lüğətlər dilin leksikasını, sözlərin leksik – semantik mənasını
təsvir edir. Və məhz bu lüğətlər filoloji eyni zamanda izaahlı lüğətlərinin əsas bazasını təşkil edir. Terminoloji lüğətlər
əsasən iki prinsip üzrə tərtib olunur: 1. Əlifba prinsipi ilə 2. Əlifba – yuva prinsipi ilə [ 1;310] Birinci halda terminlər əlifba
sırası ilə verilir, ikinci prinsipdə isə bir kökdən əmələ gəlmiş eyni köklü müxtəlif mənalı sözlərin hamısı bir “yuvada”, bir
söz altında izah edilir. Bu prinsipin üstünlüyü ondan ibarətdir ki, lüğətdə eyni kökdən yaranmış sözlərin müxtəlif mənaları
faktiki ortaya çıxarır və onların əsas mənayla sıx bağlı olduğu diqqətə çatdırlır. Və bununla da, yeni yaranan istənilən
anlayışın o adla bağlılığını müəyyən edərək, təsvirini və yaxud işləklik prinsipini təxmin edə bilərik. Lakin Azərbaycan
dilində indiyədək bu prinsipdə lüğət tərtib olunmamışdır.
Azərbaycan dilində müxtəlif məzmunlu terminoloji lüğətlər tərtib olunmuşdur. Bu elmlərin sürətli inkişafı, tərcümə
olunan elmi - ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi ilə bağlı yeni yaranan terminlərin yaradılması olə əlaqədardır.
Yaranmış bu lüğətlər qarşıya qoyulan məqsəddən asılı olaraq bir neçə növə bölünür. məs: ikidilli, çoxdilli və izahlı
terminoloji lüğətlər . Təkcə 1990 – 2000 – ci illərdə 11 terminoloji lüğət tərtib olunmuşdur. Hal – hazırda da yeni lüğətlər
|