Microsoft Word Materiallar Full


DÜNYANIN RƏNG SİMVOLİKASI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə322/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   318   319   320   321   322   323   324   325   ...   1149
DÜNYANIN RƏNG SİMVOLİKASI 

 

Həmid KƏRİMOV 

Bakı Slavyan Universiteti 



hkerimov90@mail.ru 

 

Rənglər nəsnə  və olayların mahiyyətini, insanların xarakterlərini, emosiyalarını müəyyənləşdirən, hətta təyin edən 



simvola çevrilmişdir. Misal üçün demək olar ki, bütün dünya insanları ağ rəngi işıq,uğur, xoşbəxtlik, bəzən də Tanrı rəngi 

hesab etdikləri halda, başqa rənglərə baxışda seçilirlər.Belə ki, bir çox xalqlarda sarı rəng fəallıq, mərhəmət, şəfqət; qırmızı 

rəng – toplaşma, cəmləşmə; göy(mavi) rəng – qəzəb, hirs, həyəcanlı etiraz simvolu bilinirsə,  əksər türk xalqlarında, o 

sıradan Azərbaycan türklərində sarı  rəng – quraqlığın, qıtlığın, xəbisliyin, paxılllığın; qırmızı  rəng – dava-dalaşın, 

müharibənin, dəliliyin ( dilimizdə “Dəli qırmızı sevər” deyimi vardır), yaşıl rəng – bollluğun, bar-bərəkətin; mavi rəng – 

sevincin , şadlığın, xoşxəbərin simvolu sayılır.  

Bəzi hallarda hətta ailə tərkibinin özü rənglərlə müəyyənləşib ki, bu da “ata-rəng”, “ana-rəng”, “oğul-rəng”, “xidmətçi-

rəng” təsəvvvürünün formalaşmasına səbəb olur. Bu təsəvvürdə atanı simvollaşdıran yeddi rəng vardır: açıq göy(mavi), 

tünd göy, yaşıl, qırmızı, al- qırmızı, narıncı, sarı. Ananın rəngi ağdır. Oğulun rəngi ata-anan rənglərinin qarışması, 

birləşməsidir.Xidmətçinin rəngi ataya aid rənglərlə qara rəngin qarışığı deməkdir. 

İnsanların ilin fəsillərinə, özlərinin yaş dövrlərinə uyğun olaraq məxsusi rəngli geyimlər seçməsi də, sössüz ki, hamıya 

bəllidir. Mərhələlər boyu irəliləyən bəşəriyyət nəinki makro və mikro kosmosdakı xatırladığımız ayrı-ayrı varlıqları, 

nəsnələri, olayları, ümumiyyətlə, mövcudluğu,  dünyanı rənglər mühitindən qıraqda təsəvvür etməmişlər. Belə ki, mifoloji 

duyuma görə dünya yarandığı zamandan bu vaxtadək dörd dövr yol keçmişdir. Ağ, sarı, qırmızı, qara olmaqla, bu dövrlərin 

hər biri yalnız və yalnız həmin rənglərlə simvolizə olunmuşdur. Dünyanın yaşadığımız indiki dövrü qara rənglidir.  

Dünyada rəng və rəng çalarlarının adı,sayı çox olsa da onların sırasından, əsasən,  beşi qabardılır: ağ, qara, qırmızı, 

göy(mavi,yaşıl), sarı. Bu qabardılanlardan da birinci üçünün - ağ , qara,qırmızı-primitiv cəmiyyət çağında kainat modelinin 

universal üçlük sistemindəsimvolik  səciyyə daşımasına üstünlük verilmişdir. 

Etnik  ənənələrdən çıxış edən qaynaqlarda Mərkəzi Asiya və onlarla qonşuluqda yaşayanların, istərsə  də atlı türk və 

türk mədəniyyətindən həvəslə  təsirlənən, çox hallarda türklərlə qaynayıb qarışan monqollarıın dünya səmtlərini rənglərlə 

işarələmələri belə qeyd olunmuşdur: şimal – qara rəng, cənub – qırmızı rəng, şərq – mavi rəng, qərb – ağ rəng, mərkəz – 

sarı rəng Monqolların rənglərə simvolik baxışının başqa bir söykənəcək nöqtəsi də vardır. Bu da Çingiz xanın oğlu Cuçiyə 

məxsus  ərazidə XIII yüzilliyin 40-cı illlərində iki müstəqil  Ağ Orda (sağ qanad), Göy Orda(sol qanad) dövlətlərinin 

yaranması ilə bağlıdır.  

Rəng simvolikasında  əski hind (Hindistan) baxışı monqol və türklərinkindən seçilir. Burada rəng simvolikasının 

təsəvvürə verdiyi anons belədir: şimal – yaşıl, cənub – sarı, şərq – mavi, qərb – qırmızı, mərkəz – ağ. Fikir verilirsə burada, 

ümumiyyətlə, qara rəng təsəvvürü yoxdur. 

Rənglərin simvolik semantikası oğuz etnik ənənəsində də daşlaşmış aspektdədir. Oğuz xan da dövlət strukturunu və 

strukturun – idarəetmə-təşkilat sistemini rənglərin ifadə etdiyi cəhətlərə uyğun qurmuşdur. Ənənənin oğuzlara elə hunlardan 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin