Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə367/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   363   364   365   366   367   368   369   370   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

217 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

fərqlənir. Buna misal olaraq, “to go to the sea” və “to go to sea” söz birləşmələrini göstərmək olar. Bu birləşmələrdən 

birincisi sərbəst söz birləşməsidir və onu təşkil edən komponentlərin həqiqi mənasını özündə ehtiva edərək, “dənizə 

getmək” mənasını ifadə edir, ikincisi isə frazeologizmdir “dənizçi olmaq” mənasını verir.  

İngilis dilində olan frazeologizmlərin bəzilərinin ekvivalenti dilimizdə mövcud deyil. Frazeoloji birləşmələri təşkil 

edən komponentlərdən biri və ya hər ikisi öz həqiqi mənasında deyil, məcazi mənada işləndikdə, onun mənasını 

müəyyənləşdirmək daha da çətinləşir. Məsələn, “to strike one’s colours” söz birləşməsinin komponentlərinə nəzər salsaq, 

diqqətimizi ilk olaraq cəlb edən “strike” sözü olacaq ki, bu da əsasən “məğlub etmək” “zərbə endirmək” mənasında işlədilir, 

lakin, bu söz birləşməsinin komponentləri birlikdə vahid bir frazeoloji birləşmə kimi bu sözə tamamilə antonim olan “təslim 

olmaq” mənasını ifadə edir. Deməli, frazeologizmlərdəki bu cür çaşdırıcı  məqamlar, xüsusən də yeni dil öyrənənlər üçün 

mənimsəmədə çətinlik törədə bilər. 

Leksik vahidlər, yəni sözlər, kimi frazeologizmlər də omonimlik təşkil edə bilirlər. Bir söz birləşməsi konteksdən asılı 

olaraq həm sərbəst söz birləşməsi, həm də frazeoloji birləşmə kimi başa düşülə bilər. Məsələn, ən çox işlədilən ifadələrdən 

biri “don’t mention it”-həm adi söz birləşməsi kimi “mənə bunu xatırlatma”, həm də frazeoloji birləşmə kimi “dəyməz, 

buyurun” mənasında işlənə bilər. Digər bir misal, “to throw the book at somebody” söz birləşməsi onu təşkil edən 

komponentlərin həqiqi mənasında işləndikdə “kiməsə kitab atmaq”, məcazi mənada işləndikdə isə “kiməsə ömürlük həbs 

cəzası kəsmək” mənasını ifadə edir. 

Frazeologizmlərin mənimsənilməsi zamanı xarici dil öyrənənlər müxtəlif çətinliklərlə qarşılaşa bilərlər ki, yuxarıda 

göstərdiyimiz məqamlar sadəcə bunların bir qismini əhatə edir. Onu da qeyd etmək lazımdır ki, istənilən bir linqvistik 

materialın mənimsənilməsi zamanı yaranan problemlər və onların aradan qaldırılması məsələsi, öyrənənlərin bu və ya digər 

dil sistemində mövcud olan qanunauyğunluqları qavraya bilmək, onları öz ana dillərinə assimilyasiya edə bilmək 

bacarığından asılıdır. Ancaq frazeologizmlərin unikallığı və fərqliliyi ondan ibarətdir ki, frazeoloji vahidləri mənimsəmək 

üçün dili, onun qramatikasını, leksikasını  və digər aspektlərini bilmək kifayət etmir, bu həm də öyrənənlərdən xarici dil 

daşıyıcılarının mədəniyyətini, adət-ənənəsini, ümumxalq dilini bilməyi və öyrənməyi tələb edir. Çünki, hər bir yeni dilin 

mənimsənilməsi ilk növbədə yeni bir mədəniyyətin mənimsənilməsi deməkdir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin