Microsoft Word Materiallar Full


alınma sözlərdəki uzunluqların işarə edilməsi də daxildir (



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə365/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   361   362   363   364   365   366   367   368   ...   1149
alınma sözlərdəki uzunluqların işarə edilməsi də daxildir (âmâ , lâzım). 

 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

216 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

RƏSUL RZA DİLÇİ ALİM KİMİ 

 

Sevda  KAZIMOVA 

Bakı Slavyan Universiteti 



kazimovasevda1990@gmail.com 

 

Rəsul Rza ana dilinin əsas lüğət fondunu qorumaqla bərabər, onun inkişaf etdirilməsini, zənginləşdirilməsini  əsas 

vəzifələrdən sayırdı: “ Dilimizin lazım olmayan kəlmələrlə zibilləndiyindən danışmaq heç də dili qıfıl altında saxlayaraq, 

ona heç bir yeni kəlmə  və terminin gəlməsinə yol verməmək deyil “. O, özü dilimizin lüğət tərkibini 10-larla, bəlkə  də 

yüzlərlə yeni söz və deyimlərlə ( ifadələrlə) zənginləşdirmişdi. 

Şairin bir dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri, söz birləşmələri haqqında da dəyərli fikirləri var. 

Onun “ Mülahizələr” adlı  məqaləsi başdan –başa qrammatikaya aid aktual məsələlərə  həsr edilmişdir. Məsələn, öz təyini 

əvəzliyinin işlənmə məqamları üzrə onun çox dəqiq müşahidələri var. Həmin müşahidələrdən biri: “ Hələ də bir məntiqi və 

semantik gərək olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir. Özü, özünün, özünə və bu kimi. Müşavirə işini qurtardı 

yerinə “ Müşavirə öz işini qurtardı” yazırıq, deyirik. Əhməd oğluna nəsihət elədi yerinə “ Əhməd öz oğluna nəsihət elədi”. 

Şair- alim öz sözünün işlənmə yerini dəqiq müəyyənləşdirir: “ Bəzən bu “ öz” sözü gərək olur. Məsələn, belə bir 

cümlədə: “ Əhməd uşaqların mübahisəsinə qulaq asdı, öz oğlunu danladı” və ya “ Əhməd kitablar arasından öz kitabını 

götürdü”. 

Dilimizin sifət nitq hissəsində sifətləndirmə dərəcəsinin əlaməti üzrə onun müşahidəsi diqqətə layiqdir: “ qırmızı”, “ 

düz”, “ yaşıl” sözlərinə “ qıp”, “düm”, “yam” əlavələr etməklə onların mənasında yeni şiddət, daha artıq məna çalarları 

yaranır: “qıpqırmızı”, “ dümdüz”, “ yamyaşıl”. Burada tədqiqi və izahı  gərək olan bir hal da var. Bütün belə 

qoşalaşdırmalarda əlavə hissə əvvəl, sözün əsli sonra gəlir – “ yumyumşaq”. Yalnız ağ sözündə əlavə ikinci sıraya keçir: “ 

Ağappaq”. Niyə? Məgər apağ demək düzgün sayılmaz? Dilçi alim ağappaq sözünün əvəzinə apağ sifətinin işlədilməsini 

məqsədəuyğun hesab edir.  

Dildə mövcud çərçivəliliyi dağıtmaq, yenilik axtarışı, seçmə, əvəzetmə, sözlərə yeni məna vermə Azərbaycan yazıçısı, 

alimi üçün xüsusilə vacibdir. Ona görə ki, məlum olduğu üzrə ötən əsrlərdə dilimizə daxil olan bir çox lüzumsuz əcnəbi söz, 

ifadə, tərkiblər dilimizin öz doğma sözlərini sıxışdırıb unutdurmuş, üstü örtülü xəzinə halına salmışdır. Bu nöqteyi-nəzərdən 

Azərbaycan yazıçısının lazım olduğu yerdə  ləhcə,  şivə  və dialektlərə müraciət etməsi məqsədəuyğundur. Bu baxımdan 

Rəsul Rzanın dilində də maraqlı dialekt örnəkləri vardır. Məsələn, yüyrük ( beşik), gənimək ( rəngi qaçmaq), köbər ( dik 

yer), bəlləmək ( müəyyənləşdirmək), idim ( forma) və s. Rəsul Rzanın yaradıcılığı  təsdiq edir ki, bədii dildə dialektlərə 

müəyyən qədər yer vermək dilin axıcılığına, rəvanlığına səbəb olur və yeri gəldikcə gizli xəzinə materialı olan dialektləri 

üzə çıxartmaq faydalı nəticələr verir. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin