II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
215
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
məruz qalanlar:
əqli getmək, əqli şaşmaq. “KDQ”dakı variantda orijinala adekvatlıq zamanla aradan
qalxmışdır: ağlı getmək, ağlı çaşmaq.
2) orijinal imla və tələffüzdən fərqlənən ərəb alınmalı mürəkkəb fellər. Bu qrup mürəkkəb fellər rəngarənglik
nümayiş etdirir. Belə ki, irəlidə daha təfsilatlı şəkildə izləyəcəyimiz kimi, bu qrupda həm ərəb emfatik və boğaz samitlərinin
Azərbaycan fonetik sisteminə uyğunsuzluğu, həm dilimizdə uzun saitlərin mövcud olmaması səbəbiylə yaranan fərqliliklər,
həm də ərəb diftonqlarının Azərbaycan dilinə sirayət etməməsində törəyən müxtəlifliklər və s. oxşar hallar nəzərdən
keçirilir.
“KDQ” dastanlarının dilində yer alan ərəb-fars mənşəli fellərin ən mühüm fonetik adaptasiya özəlliyi onların
müəyyən qisminin tranzit dilin təsirinə məruz qalması ilə bağlıdır. Dastanda
işlədilən zərb eyləmək, zərb etmək, zərb urmaq mürəkkəb fellərinin tərkibindəki zərb “zərbə” ərəb mənşəli söz orijinalda
[darb] transkripsiyasına malikdir. Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı,Kafər təkur qarmalayıb,zərb etdi. Alplar başı
Qazana zərb urdı, Qazan bəg buna dəxi bir zərb urdı.
Müqayisə üçün deyək ki, müasir Azərbaycan dilindən fərqli olaraq müasir türk dilində darbe indirmek “zərbə
vurmaq”, darbelemek, darbetmek “zərbə endirmək” fellərində orijinal transkripsiya mühafizə olunur. Fars dilinin təsiri ilə
Azərbaycan dilində d > z keçidi yaşamış digər “KDQ” feli qəza gəlmək, başına qəza gəlmək feli frazeoloji birləşmələrdir.
Lakin zərb urmaq, zərb etmək fellərindən fərqli olaraq bu fel müasir türk dilində də d > z keçidinə məruz qalmışdır.
Bununla bərabər, müasir tükcənin fonetik quruluşuna uyğun olaraq anlaut konsonantının dəyişimi baş vermişdir. q >
Dostları ilə paylaş: |