Şah İsmayılı taxtda, Şah Abbası qundaqda görən adam kimi hələ bir dəfə görməmişəm ki, Rusiyanın telekanallarında
bizim səfirliyimizin etirazı səsləndirilsin.
Kişi Şah Abbası qundaqda görməsə də, Nikolayı taxtdagörüb.
“ DƏDƏ QORQUD ” DASTANLARINDAKI MÜRƏKKƏB FELLƏRİN ƏRƏB
MƏNŞƏLİ KOMPONENTLƏRİNDƏ FONETİK ADAPTASİYA
Sevinc ƏLİYEVA
AMEA, Dilçilik İnstitutu
sevinc-aliyeva@yandex.com
“Dədə Qorqud” dastanlarının dilindəki ərəb alınmalarını ilk olaraq tələffüz və imla fərqliliyinə görə fərqləndirmək
lazımdır.Bəzi ərəb alınmaları orijinal səslənişə tam adekvatlığı qoruyub saxlamağa müvəffəq olduğu halda, bir sıra ərəb
komponentli fellərin fərqli tələffüzə malik olduğunu təsbit etmək mümkündür. Bir qisim hallarda isə alınma sözlərin
orijinala adekvatlığı zamanla dəyişimə məruz qalmış olur. Bu baxımdan aşağıdakı bölgünün aparılmasını məqsədəuyğun
hesab edirik:
1) orijinal imla və tələffüzə maksimum yaxın olan ərəb alınmalı mürəkkəb fellər: a) imlası günümüzədək
mühafizə edilənlər: həll etmək, əmr etmək, xəbər vermək, ibrət almaq; b) imlasında və tələffüzündə müəyyən dəyişikliyə
|