Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə359/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   355   356   357   358   359   360   361   362   ...   1149
qışda buz, yayda köz almaq çətinqışın işi, yazın yemişi bol olur. və s. bu kimi frazeologizmləri nəzərdən keçirmək olar. 

İkinci yarımqrupda isə bir "indicə", on "sabahdan" yeğdirİgid bir dəfə, qorxaq hər dəfə ölər və s. İkinci yarımqrup say 

etibarilə mütləq zaman qarşılaşdırmalarına istinad edən KSF-lər yarımqrupundan azlıq təşkil edir. 

Nümunələrdən də aydın göründüyü kimi, əksər hallarda “zaman” konseptinə daxil olan sözlər digər anlayışlarda 

paralel şəkildə qarşılaşdırmaya cəlb edilirlər və bunula da ikiqat kontrastivlik meydana çıxır.Məsələn, yayı kölgə xoş, qışda 

çuval boş; yayın kölgə kovan, qışın qarnın oğar frazeologizmlərində yay – qış qarşılaşdırması işgüzarlıq və tənbəllik anla-

yışlarının qarşılaşdırması ilə paralel şəkildə ifadə tapmışdır. 

Zaman anlayışına aidiyytaı metaforik dillər ifadə tapan söz və ya söz birləşmələrinə istinad edən KSF-lərdə xronoloji 

qarşılaşdırma bəlli zaman zərfləri və müvafiq ifadələr vasitəsilə deyil, xalqqa özəl olan spesifik metaforalarla reallaşır. 

Məsələn, bu qrup daxilində “Nikolayı taxtda, şah Abbası qundaqda görmək” ifadəsini qeyd etmək olar. Məlumdur ki, 1688-

1747-ci illərdə yaşamış olan Nadir şah 1736-1747-ci illərdə  İran  şahı olmuşdur. Afşarlar sülaləsindən olan şah Nadirin 

davamçıları olan hökmdarlar arasında Abbas adlı şəxs olmadığına görə, frazeoloji vahiddə adı çəkilən tarixi şəxsin Nadir 

şahın oğlu Rzaqulunun tapşırığı ilə qətlə yetirilmiş səkkiz yaşlı III Abbas olduğunu əminliklə söyləmək olar.  



Hamısının bir fikri oldu ki, bu sözlər "Nadiri taxtda, şah Abbası qundaqda görənlərə aiddir". 18-10-2010 “Gündəlik 

Bakı” qəzeti 

Bu ifadənin tarixi yanlışlığa yol verilmiş variantının da istifadə edildiyi məlumdur:  

..."kabuslardan" (şah Abbası taxtda, Nadir şahı qundaqda görmüş çekistlərin gizli ləhcəsində rəsmən ölmüş sayılan, 

əslində isə mövcud olan və başqa ad-soyadlarla fəaliyyət göstərən çekist kadrlar belə adlanırdı) birinin şifroqramına əsasən 

uçub gəlmişdi. 

Bu ifadənin daha fərqli tarixi personajların yer aldığı müxtəlif variantlarına da təsadüf etmək olar:  


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin