Microsoft Word Materiallar Full


TABU SÖZLƏRİN FONO-SEMANTİK XÜSUSİYYƏTLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə355/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   351   352   353   354   355   356   357   358   ...   1149
 

TABU SÖZLƏRİN FONO-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Sahilə İBRAHİMOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

sahila.ibrahimova@yahoo.com 

 

Tabu-insan davranışlarının müəyyən hal və vəziyyəti ilə əlaqədar olaraq müqəddəs və ya toxunulmaz hesab edilən çox 

güclü sosiyal qadağalara deyilir. Tabu terminini ingilis kapitanı J. Kuk, 1777-ci ildə Tonqa adasında təsbit etmişdir. Sakit 

okean səyahətlərini məruzə edərkən «tabu» kəlməsini işlətmiş və ondan sonra bu söz Avropa etnoqrafçıları tərəfindən geniş 

araşdırılmışdır. 

Avropa andropoloqu G.J.Freyzer tabunu ümumbəşəri dini kateqoriya kimi tədqiq etmişdir. Ona görə tabu, qədim 

mədəniyyətlərdən dini və sosial cəmiyyətin təməlidir. R. Maret tabunu sözlərin, məfhumların neqativ mənalarını ifadə edən 

termin kimi xarakterizə edirdi. Müasir Totemizm elmində çevrilişlər edən K.Levi Strauza görə tabu simvolik bir sistemdir. 

V. Vundit, tabunu bəşəriyyətin «bəşəriyyətin ilk yazılmamış qanunu» kimi qiymətləndirmiş  və  bəşəriyyətin ilk cəza 

sisteminin də bu tabuya uyğun olaraq həyata keçirildiyini irəliyə sürmüşdür. 

Ziqmund Freydin «Totem və Tabu» adlı kitabında  isə tabu sözü belə izah olunur: «Tabu «Polineziya dilində istifadə 

edilən bir sözdür. Bu sözün bir-birinə zidd iki mənası var. Bir mənası «müqəddəs»,  daha doğrusu «müqəddəsləşdirilmiş»-

dir. Digər mənası isə «qorxunc, təhlükəli, çirkli, qadağan» anlamını daşıyır. Bu sözün məna dərinliyi içində «sirr» və «təyin 

oluna bilməyən güc» anlayışları da var.  

Beləliklə  də XIX əsrin sonu, XX əsrin  əvvəllərində tabu dinlərdən  əvvəlki inanc sistemi kimi qəbul edilmiş müasir 

dövrümüzdə isə mövhümatla bağlı hər bir xalqın mental xüsusiyyətlərinə görə dəyişən kəlmə  mənasını ifadə etməkdədir. 

Məsələn: polineziyalılarda ruhlara aid bütün müqəddəs şeylərdən, başçılara və kahinlərə məxsus əşyalardan istifadə etmək 

qadağan idi. Mövhumi təsəvvürlərə görə, tabunun pozulması guya fövqəltəbii qüvvələr tərəfindən cəzalandırılırdı. Tabu 

insan həyatının mühüm sahələrini tənzimləyirdi.Totemizmlə bağlı olan tabu ehtimal ki, fərdin davranışını kollektivin 

mənafeyinə tabe etmək təlabatı ilə əlaqədar yaranmışdır. Tabunun qalıqları müasir dinlərdə də mövcuddur. 

Dilçilikdə dini etiqad, mövhumat, kobud ifadə  işlədilməsi qorxusu və s. ilə  əlaqədar qadağan olunmuş sözlərə tabu 

sözlər deyilir. Belə ki, bəzi qədim tayfalarda ölümün, xəstəliklərin, bütlərin, ruhların və s. adını  çəkmək yasaq sayılırdı. 

Əxlaq normalarına zidd sözlər də tabuya daxildir. Tabuları əvəz etmək məqsədilə evfemizmlərdən istifadə olunur. 

Ziya Göyalpın bildirdiyinə görə  qədim türklərdə tabu məfhumu «Qoruğ» sözü ilə ifadə olunurdu. Bu soz «qor» 

kəlməsindən yaranmışdır və «qorumaq» felindən gəlir. Türk xalqlarının inanclarında–şamanizm  və mifologiyasında tez-tez 

təsadüf edilən bu qadağalara Koru və ya Korı də deyilir.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin