II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
211
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1. Dediyini kim iki etsə idi, sonu heç yaxşı olmazdı.
2. Mən nə istəsəm, sən də onu edəcəksən və s.
Dilçilik ədəbiyyatında tamamlıq budaq cümləsini baş cümləyə bağlamağa xidmət edən morfoloji vasitələrdən biri kimi
– mı, (-mi, -mu, -mü) sual ədatınıda qeyd edirlər. Müasir Azərbaycan dilində baş cümlələrin xəbərində bu ədat işlənmiş
tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr geniş yayılmışdır. Lakin I.Əfəndiyevin nəsrində belə cümlələrə demək
olar ki, çox az təsadüf olunur. Məsələn:
1. Bilmək olmazmı ki, sonuncu dəfə o burda nə vaxt olub?
Fikrimizcə -mı 4 sual ədatı tamamlıq budaq cümləsinin baş cümləyə bağlanmasında heç bir xüsusi rol oynamır. Bu
ədat xəbərinə qoşulduğu cümlədə sadəcə olaraq, suallıq anlayışı yaradır. Belə sual məzmunu baş cümlədə digər sual ədatları
və sual əvəzlikləri vasitəsilə də yaradıla bilər. Məsələn:
1. Bəs təsəvvür etmirdin ki, burada necə yaşamaq olar?
2. O haradan biləydi ki, bunlar bir – birilərini sevir.
Beləliklə dilimizdə işlənən və tamamlıq budaq cümlələrini bir – birinə bağlayan –mı 4 sual ədatı və –sa (-sə) şərt
şəkilçisi xüsusi bağlanma vasitələri olmayıb, müəyyən üslubi çalarlar yaratmağa xidmət edir.
Dostları ilə paylaş: |