II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
210
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
həmçinin bu elmin tam formalaşmasından əvvəlki dövrə, xüsusilə də folklorumuza və yazıçılarımızın bədii yaradıcılığna
diqqət yetirməliyik. Orada insanın psixoloji aləmi və dünyagörüşü ilə bağlı məqamlara və belə məqamlarla əlaqəli
anlayışları ifadə edən termin-sözləri dilçilik nöqteyi-nəzərindən tədqiqata cəlb etməliyik. Belə terminlərin tarixi təkamül
prosesini izləyərək müasir vəziyyəti ilə əlaqələndirib müvafiq nəticələr əldə etməliyik.
Psixologiya elmini və ona aid olan terminləri daha dəqiq anlamaq üçün, əvvəlcə, “psixi” və “psixologiya”
terminlərinin mahiyyətinə nəzər salaq. “Psixi” termininin özü yunan sözü olan “psyuxe” dən əmələ gəlmişdir ki, bu da
“insanın ruhu”, “insanın ruhi aləmi” deməkdir. Psixi hadisələr “qavrayış”, “hafizə”, “təfəkkür”, “iradə”, “hisslər” və başqa
adlar altında qruplaşdırılmış və psixologiya elminin özül elementləri kimi diqqəti çəkmişdir..
İnsan psixikası yalnız tibbi nöqteyi-nəzərdən öyrənilmir, ona görə də psixoloji terminləri araşdırarkən həm tibbi
terminlərə, həm də tibdən kənar psixoloji sahələri əhatə edən terminlərə müraciət etmək vacibdir. Hazırkı mövzunun əsas
məqsədi bir sıra psixologiya terminlərini bir arada tədqiqata cəlb etməkdən və onları müxtəlif prizmalardan təhlil etməkdən
ibarətdir.
Dostları ilə paylaş: |