Microsoft Word Materiallar Full


AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU TERMİNLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə347/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   343   344   345   346   347   348   349   350   ...   1149
AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU TERMİNLƏRİ 

Rəna MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti  



rena.memmedova.1991@mail.ru 

Qohumluq terminləri lüğətin  ən çox işlənmiş sahələrindən olsa da onların təsnifi indiyə  qədər lazımınca yerinə 

yetirilməmişdir. Qohumluq terminlərinin aşağıdakı növləri vardır: 

1.  Bioloji-sosioloji qohumluq bildirən sözlər. Bunlar bioloji-sosioloji qan və nigah qohumluğu münasibətində olan 

şəxsləri (qohumları) bildirir. Məsələn: ata, ana, qardaş, bacı,  ər, arvad. Tədqiqatçılar qohumluq terminlərindən 

danışarkən bir qayda olaraq belə sözləri nəzərdə tuturlar. 

2.  Bioloji yox, sosioloji mənada qohumluq bildirən sözlər. Bunlar aralarında qan qohumluğu olmayan şəxslərin 

hüquqi qohumluğunu ifadə edirlər. Başqa sözlə desək, belə sözlər ögey qohumluğu bildirirlər. 

3.  Qohumluq bildirən sözlər. Bunlar Azərbaycan dilində birinci bölgüdəki terminlərdən -lıq

⁴  şəkilçisi ilə düzəlir. 

Atalıq, analıq, oğulluq, qızlıq və s. Bunlar semantik və qrammatik cəhətdən qohumluq sözünün analoqudur. 

4.  Qohumluğa yaxın münasibətlər bildirən sözlər. ərgən, evli, dul, sonsuz və s. 

Qohumluq əlaqələri bildirən sözlərin hamısı bütün dialekt və şivələrimizdə bəzən eyni mənada olmur. Məsələn, bibi 

Qazax dialektində büvü formasında əmi və ya dayının arvadı mənasında işlənir. 

Qohumluq əlaqələrini bildirən sözlərin bir qisminin isə işlənmə dairəsi o qədər daralmışdır ki, bunların mənasını indi 

artıq gənclərimiz bilmir və belə sözlərin mənası ancaq təsviri yolla ifadə olunur. Məsələn, Bacanax – iki bacının  ərləri; 

Yeznə - bacının əri. 

Bu sözlərin daha qədimiliyi bir də bununla izah olunur ki, bunların  şəkilçiləri (məs.:-anax, -ti, -gə  və s.) artıq 

məhsuldar deyil. 

Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır: 

1.  Qan qohumluğu terminləri; 

2.  Nigah qohumluğu terminləri. 

Bunlar müstəqil mikrosistemlər  əmələ  gətirir. Həmin mikrosistemlərdən birinə  mənsub olan termin müvafiq 

mikrosistem içərisində başqa terminlərlə semantik əlaqəyə girə bilir. 

Qan qohumluğu dedikdə  həm ata, həm də ana tərəfindən olan qohumluq nəzərdə tutulur. Qohumluq hüququnda 

insanlar arasındakı qan əlaqəsi; qanun bununla əlaqədar hüquq və  vəzifələrinin yaranmasını, dəyişilməsini və ya xitam 

edilməsini əlaqələndirir. Qan qohumluğu münasibətlərində ümumi əcdadın olmasına əsaslanır. 

Qan qohumluğu terminləri qohumluğun bir dikinə  və iki köndələn xətti üzrə qohumluq münasibətləri bildirir. Qan 

qohumluğu terminləri arasında semantik münasibətlər iki şəkildə özünü göstərir: birinci, eyni kiçik mikrosistemə  mənsub 

olan sözlər arasında; ikincisi, müxtəlif mikrosistemlərə mənsub olan sözlər arasında. 

Qan qohumluğu terminlərinin mənsub olduqları tematik qruplar içərisində məxsusi semantik başlanğıclar vardır. Qan 

qohumluğunun dikinə xətti terminləri silsiləsində yüksələn istiqamətdə semantik başlanğıc ata//ana, alçalan istiqamətdə isə 

oğul//qız terminləridir. Birinci və ikinci köndələn xətlərdə qardaş, bacı,  əmi, bibi, dayı  və xala terminləri müvafiq 

sözdüzəltmə sıralarının semantik başlanğıclarıdır. Beləliklə, qan qohumluğu terminləri aşağıdakı terminlərlə təmsil olunmuş 

mikrosistemləri əmələ gətirir. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin