ORXON-YENİSEY ABİDƏLƏRİNDƏKİ TOPONİMLƏRİN STRUKTUR
SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Ramilə XOSROVOVA
Bakı Slavyan Universiteti
ramila1987@bk.ru
Orxon-Yenisey abidələrinin xüsusi leksikasının mühüm bir hissəsini onomastik vahidlər təşkil edir. Abidədəki xüsusi
adlar müəyyən anlayışlarla bağlı meydana çıxmışdır. Ən qədim dövrlərdə şəhərə, böyük yaşayış məntəqələrinə, yaxud
sərkərdə və dövlət başçılarına ad verərkən böyüklük, alilik, müdriklik anlayışlarına müraciət edilmiş, bununla da şəhər və ya
şəxsin dövlətdəki, cəmiyyətdəki mövqeyi adla ehtiva olunmuşdur.
Onomastikanın yer adlarını öyrənən sahəsi toponimikadır. Öz obyektinin çoxtərəfliyi, və zənginliyi ilə əlaqədar olaraq
toponimika müxtəlif yer adlarını öyrənir. Orxon- Yenisey abidələrində işlənmiş toponimlər öz rəngarəngliyi leksik-
semantik xüsusiyyətləri ilə seçilir. Orxon- Yenisey abidələrində həm etnosun adı, həm də coğrafi obyektin adı çox vaxt bir
onomastik vahidlə ifadə olunurdu. Məs: Tabğac, Bök eli, Kasar və s.
Orxon-Yenisey abidələrindəki toponimləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Oronimik səciyyəli yer adları-
Orxon-Yenisey abidələrindəki onomastik leksikanın toponimik layının xeyli hissəsini oronimik toponimlər təşkil edir.
Buraya dağ, dərə, təpə, düz yer adları daxildir. “Tağ”- həm müstəqil, həm də toponimlərin tərkibində çıxış edir. Məs: Ek
tağ, Kögmen tağ, Tüngər tağ və s. Tərkibində kapığ və şan coğrafi terminli toponimlər: Temir kapığ, Altun şan və s.
Tərkibində kuz, çöl, yazı oronim nomenli toponimlər: Çuğay kuz, Yarış yazı, Tün yazı və s.
2. Etnonimik səciyyəli yer adları- tayfa, qəbilə adlarının əsasında yaranmış toponimlər onomastik sistemdə
etnotoponimlər adlanır. Bu toponimlərə abidədəki Kasar, Kara buluk kimi sözləri göstərmək olar. 3. Hidronimik səciyyəli
yer adları- təbii və süni su obyektlərinin adıdır. Hidronimlər əsasında yaranan toponimlər onomastik sistemdə
hidrotoponimlər adlanır. Məs: Kara göl, Yaşıl ügüz, Yar ügüz, Ertis, Yabaş, Tayğan göl, Yula köl, Tayğan köl və s. “Baş”
nomenli hidronomik toponimlərə Tezbaşı, Keyebaşı və s. daxildir.
4. Oykonimik səciyyəli yer adları- Orxon-Yenisey abidələrindəki yaşayış məntəqələrinin adını bildirir. “Balık”
nomenli oykonimik toponimlər- Orkun balık, Suğçu balık, Toğu balık və s. Bu söz Orxon- Yenisey abidələrində yalnız “
şəhər” mənasını ifadə edib. “Kurğan” nomenli toponimlərə- Amğa Kurğanı aid etmək olar.
|