Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə483/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   479   480   481   482   483   484   485   486   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

277 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

və  mədəni təzyiqlər daha da artmağa başlamışdı. Rus imperialist siyasətinin məqsədi türk müsəlman  əhalisinin dini 

cəhətdən xristianlaşdırılması, mədəni cəhətdən də ruslaşdırılaraq assimilyasiyası idi. Türk millətinin varlığı yox olma 

təhlükəsinə  məruz qalmışdı. Panslavist siyasətinin tətbiqi, ruslaşdırma və xristianlaşdırmaya yönəlmiş  təzyiqlər Çar 

Rusiyasının əsarətində olan türk xalqlarında varlıqlarını qoruya bilməyin tək yolunun milli dəyərlərə arxalanmaq, aralarında 

birlik və həmrəylik duyğusunu yaratmaq düşüncəsini ortaya çıxartmışdı. Assimilyasiya siyasətinə qarşı xalqda milli şüuru 

dirçəltmək, millət kimi formalaşmaq  əsas çıxış idi. Bütün Avropada dinamik inkişaf edən kapitalizm, qərb cəmiyyətinin 

iqtisadi tərəqqisi, sürətlə təkamül edən elm və sənəti, bütün sahələri əhatə edən irəliləmə, eyni zamanda müsəlman Şərqinin 

statik duruşu, texniki-elmi baxımdan geriliyi, xalqın ümumi cahilliyi, dini sahədə hökm sürən xurafat türk ziyalılarını 

Avropa və müsəlman cəmiyyətləri arasındakı bu təzad barəsində düşünməyə vadar edirdi, onlar müsəlman  Şərqindəki 

geriliyin səbəblərini aşkarlayıb aradan qaldırmaq arzusunda idilər. Məhz belə bir tarixi dövrdə Rusiya türkləri içində, ilk 

öncə tatar cəmiyyətində bir yeniləşmə hərəkatı canlanmaya başlayır. Ziyalılar artıq oyanmanın və inkişaf etmiş ölkələr kimi 

elmə sarılmanın zamanı  gəldiyi, Qərbdə inkişaf edən elm və mütərəqqi yenilikləri milli və dini kimliyi qoruyaraq alına 

biləcəyi və bunun vacibliyi qənaətində idilər. Bu mühitdə tatar cəmiyyətində formalaşan cədidçilik hərəkatı Avropadakı 

dəyişmələri, yeniləşməni milli anlayışla yoğurub türk cəmiyyətinə gətirməyi qarşısına məqsəd qoymuşdu. Beləcə, türk milli 

kimliyinin ön plana çıxarıldığı müasir cəmiyyətlər yaradılacaqdı. 

Cədidçiliyin bu missiyasında mühüm yer məktəblərə verilməkdə idi. Avropa tərəqqisinin ilkin səbəbi onun təhsilində 

görüldüyü üçün türk xalqlarının mütərəqqi ziyalıları müsəlman məktəblərinin tədrisində islahatlar aparılmasının zəruriliyi 

ideyasını irəli sürməyə başladılar. Cədidçilik hərəkatının öndəri, yeni üsullu məktəblərin banisi İsmayıl Bəy Qaspıralının 

(1851-1914) niyyəti və ona yönəlmiş  fəaliyyəti türk dünyasının aşınmasının səbəblərini aradan qaldırmaq, gerilikdən və 

qəflətdən xilas etmək, qısa müddətdə türk millətini dirçəltmək, maarifləndirmək və mədəni milli kimliyi qoruyaraq müasir 

dünyaya, Qərbə inteqrasiya etmək idi. İsmayıl bəy Qaspıralının fikrincə, maarifçilik cədidçilərin qarşısında duran ən zəruri 

və mühüm vəzifələrdən biri idi, “cəmaətdən millətə keçid olmadan heç bir siyasi hakimiyyət tələb etdirməyəcəyi üçün 

mütləq təhsil və mədəniyyət sahəsində xalqı şüurlandırmaq gərək idi”. Cədidçilərin ümdə vəzifəsi xalqı yuxudan oyatmaq, 

türk millətinin gözünü açmaq - maarifləndirmək, elmə və mədəniyyətə marağını gücləndirmək, tərəqqi edib müasir dünyaya 

açılmaq idi. Beləliklə, cədidçilik türk xalqlarında mədəni-intellektual hərəkat olaraq meydana gəlmiş  və başlanğıcda 

maarifçilik onun əsas vəzifəsi olmuşdu. Qeyd edək ki, tədqiqatların bəzilərində maarifçiliklə  cədidçilik hərəkatları 

eyniləşdirilir, cədidçiliyi maarifçilik hərəkatının başqa anlayışla adlandırılan forması hesab edilir. Tatar araşdırıcısı 

Y.Q.Abdullin cədidçiliyi maarifçiliyin bir etapı olaraq qəbul edir, ancaq onların eyniləşdirilməsinin mümkün olmaması 

məsələsini qoyur. Çünki maarifçilikdən fərqli olaraq “cədidçilik daha çox əmələ yönəlmiş hərəkat idi” və “ona daha geniş 

iştirakçı dairəsi cəlb olunmuşdur (mütərəqqi din xadimləri, müəllimlər, şagirdlər, iş adamlarının qabaqcıl hissəsi və s.”. Bu 

iki hadisə (cədidçilik və maarifçilik) müqayisə edildikdə bəlli olur ki, əgər maarifçilikdə millətin maarifləndirilməsi məqsəd 

olaraq görülürsə, cədidçilikdə maarifləndirmə bir vasitədir. Milləti iqtisadi, sosial və  mədəni gerilikdən, milli, dini 

assimilyasiyadan xilas etmək, etnik-milli özünəməxsusluqlarını qorumaq üçün maarifləndirmə cədid siyasətində bir vasitə 

idi. A.Məmmədov cədidçiliklə maarifçiliyi müqayisə edərək, vurğulayır ki, “maarifçilikdə millətin tərbiyələndirilməsi, 

cədidizmdə millətin xilası ön plana keçirilir”. Buna görə,  əgər maarifçilər təlim və  tərbiyə  məsələlərində Avropa 

mədəniyyətindən öyrənməyə  səsləyir və bunun milli-etnik dəyərlərə  nə kimi təsir edəcəyinə diqqət yetirmirdilərsə, 

cədidçilər assimilyasiyadan qorunmağı, milli maraq və  mənafeləri  əsas götürür, Avropa mədəniyyətini öyrənərək, onun 

milli mədəniyyətə xidmət etməsini əsas məqsəd kimi görürdülər. Onların iddiası milli simanı itirmədən Qərbdəki yenilikləri 

mənimsəmək, türk milləti kimi tərəqqi edib, dünyaya çıxmaq idi.     

Rus  İmperiyasının türk xalqlarına qarşı durmadan davam edən siyasi və  mədəni təzyiqləri nəticəsində  mədəni-

intellektual hərəkat olaraq meydana gəlmiş  cədidçilik hərəkatı XX əsrin  əvvəllərində  təlim-tədris və  mədəni-maarif 

çərçivələrini aşaraq, həyatın bütün sahələrini əhatə edərək, siyasi bir hərəkata çevrilir. 

 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin