ORXON –YENİSEY ABİDƏLƏRİNİN DİL ÜSLUBU
Dilbər MEHDİYEVA
AMEA, Dilçilik İnstitu
dilber.mehdiyeva@gmail.com
Orxon –Yenisey abidələri türk millətinin dünya dilçiliyinə və tarixinə verdiyi böyük mədəni dəyərlərdən biridir. Bu
abidələrin ilk dəfə oxunmasından 120 il keçməsinə baxmayaraq bir çox alimin diqqətini cəlb etmiş, yüzlərlə kitab və
məqalələr həsr olunmuş, müxtəlif yönümlü araşdırmalar aparılmışdır. Bizim məqsədimiz isə bu abidələrə qiymət verib
onların Türkologiya tarixində yerini müəyyənləşdirmək və təkrar söz söyləmək yox, öz baxış bucağımızdan abidələrin dilini
bədii cəhətdən araşdırmaq və maraqlı faktlar ortaya çıxarmaqdır. Belə ki, islamdan öncəki Orta Asiya türklərinin həyat tərzi,
adət -ənənəsi, dini inancı, tarixi ilə yanaşı, Göytürklərin bu möhtəşəm abidələri əsasında biz VI –VIII əsrlər türkcəsinin,
fonetikasını, leksikasını, qrammatikasını və bu dilin bütün incəliklərini və ifadə zənginliklərini öyrənirik.
Əski türkcənin əlimizdə olan ən qədim yazılı abidələri Göytürklər dövrünə aiddir. Göytürkcənin Türkologiyaya
qazandırdığı abidələr Bilgə xaqan, Kül tigin, Tonyokuk və digər Yenisey çayı sahilində tapılan kiçik məzar daşları, balballar
üzərində yazılan yüzlərlə daş yazılar və digər abidələrdir. Əski türkcənin hələ VII əsrin sonu VIII əsrin əvvəlləri belə poetik
bədii, məcazi ifadəsi türkcənin qüdrətini bir daha ortaya qoyur və belə bir dilin birdən –birə VIII əsrdə meydana gəlməsi
fikrini heçə endirərək daha öncəki yüzilliklərin məhsulu olduğunu sübut edir. Belə ki, abidələrdə işlənən bədii təsvir və
ifadə vasitələri, dil parallelliklər, bədii təzadlar və bəzi məcazlar, bənzətmələr diqqəti cəlb edir. Biz də bu kiçik
araşdırmamızla abidələrin dilinin üslubi xüsusiyyətlərini ortaya çıxarmağa çalışdıq.
Abidələrdə Bilgə xaqan bir hökmdar ədası ilə sərt dillə ulusuna səslənir, bəzən böyük qardaş qayğısı ilə kiçik
qardaşına ağı deyir, bəzən bir tarixçi kimi türk tarixinin keçmişindən etdikləri səhvlərdən, bəzən isə lirik romantik dillə türk
törəsindən danışır. Maraqlısı budur ki, xaqan tam səmimidir bütün doğruları və yanlışları, olarları və olmazları ilə türk
xalqının əxalqını, törəsini ortaya qoyur. Türk törəsindən ayrılmamağı vəsiyyət edir: “Türk oğuz bəyləri, xalq, eşidin: üstdən
tanrı basmas, altda yer dəlinməsə, türk xalqı, sənin elini, (törəni) qanununu kim dağıdar?”. (K.T. şq, 22)
Kül tigin abidəsinin quzey tərəfində qardaşının ölümündən təsirlənən Bilgə xaqan kədərini ifadə etmək üçün daha bir
məcazi ifadə işlədir:
İnim Kül tigin kərgək boltı, özim sakıtım. Körür közüm körməz təg, bilir biligim bilməz təg boltı, özüm sakıntım. Öd
teɳri yasar, kisi oğlı kop ölgəlitörümis. Kiçik qardaşım Kül tigin həlak oldu, özüm düşündüm “Görən gözüm görməz tək,
bilən biliyim bilməz tək oldu, özüm düşündüm. Vaxtı (taleyi) tanrı yazar, insan oğlunun hamısı ölümlü törəmiş”. (K.T. şm,
10)
Sonrakı ifadələrin birində isə yas adəti nəzərə çarpır :
Bunca bodun saçın, kulkakın yaɳakın bıçdı“Bunca xalq saçını yoldu, qulağını yanağını cırdı”. (B.X. c, 12)
|