Microsoft Word Materiallar Full


MÜASİR İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNİN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə635/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   631   632   633   634   635   636   637   638   ...   1149
MÜASİR İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNİN  

ZƏNGİNLƏŞMƏSİNDƏ SLENQLƏRİN ROLU 

 

Ferit SEMİZOĞLU 

Bakı Slavyan Universiteti 

ferit.bsu@hotmail.com 

 

Dil daim inkişaf edərək zənginləşir və bu proses dilin bütün səviyyələrində müşahidə olunur. Məhz bu səbəbdən də, 

muasir dillər ötən əsrlərin dilindən nəzərə çarpacaq dərəcədə fərqlənir. Bizim həyatımız arası kəsilməz, daimi inkişafdadır 

ki, bu da öz növbəsində dilin inkişafını  şərtləndirir. Belə ki, dilin səs sistemi dəyişikliklərə  məruz qalır, dilin morfoloji 

tərkibi dəyişilir, sözlər və söz birləşmələrində məna dəyişikliyi müşahidə olunur. Dildə baş verən və aydın şəkildə nəzərə 

çarpan dəyişiklik isə onun lüğət tərkibində müşahidə olunur.  İngilis dili də bu baxımdan istisna deyildir. Qeyd etmək 

lazımdır ki, dilin inkişaf xüsusiyyətləri onun lüğət ehtiyatında daha aydın  şəkildə  əks olunur. Müasir ingilis dilinin lüğət 

fondunun yazılı və şifahi nitq vasitəsilə zənginləşməsi onun mütləq inkişafının göstəricisidir.  

Zəngin lüğət ehtiyatına malik ingilis dilinin söz ehtiyatı yekcins deyildir. Lüğət tərkibinin bir qismini milli, böyük bir 

qismini isə, alınma sözlər təşkilş edir. Alınma sözlərin ingilis dilinin lüğət tərkibinin böyük bir qismini tutmasına 

baxmayaraq, milli sözlər yazı və şifahi nitqdə ən çox istifadə edilən sözlərdir. Dildə yeni sözlərin meydana gəlməsi isə, ya 

dilin öz daxili imkanları, və ya dilə başqa dillərdən alınma sözlərin daxil olması vasitəsilə gerçəkləşə bilər.  

İngilis dilinin lüğət tərkibi müxtəlif aspektlərdən nəzərdən keçirilə bilər: dildə sözlərin işlənmə zamanına (tarixinə) 

görə, dildəki sözlərin üslubi imkanlarına görə, sözlərin istifadə edildiyi ərazi və sosial fərqlərə görə, mənşəyinə  və 

ekspressivlik xüsusiyyətlərinə görə  təhlil edilə bilər. Təqdim edilmiş tezisdə ingilis dilinin lüğət ehtiyatının 

zənginləşməsində slenqlərin rolundan bəhs edildiyindən biz, dilin lüğət ehtiyatını üslubi baxımdan nəzərdən keçirəməyə 

çalışacağıq.  

Hər bir dilin lüğət tərkibi dil vahidlərinin istifadə dairəsindən asılı olaraq təqribən üç üslubi təbəqəyə bölünür: şifahi 

ünsiyyətdə aşağı təbəqə tərəfindən istifadə edilən danışıq dili, üslubi cəhətdən neytral dil, rəsmi üslublarda istifadə edilən 

ədəbi dil (kitab dili). Danışıq dilinin canlı danışıq forması olması onun qeyri-sabit, keçici xarakter daşımasını şərtləndirir. 

Neytral dil universal xarakter daşıyır. Bu o deməkdir ki, bu dil öz istifadə dairəsinə görə qeyri-məhduddur və dilin bütün 

üslublarında, bütün sahələrində istifadə olunur. Məhz bu səbəbdən də, neytral dil digər üslubi laylarla müqayisədə daha 

sabitdir. Ədəbi dilin kitablarda, rəsmi üslublarda işlənməsi öz növbəsində bu təbəqənin müəyyən dərəcədə sabitləşməsinə 

təsir edir.  

Danışıq dili qeyri-rəsmi xarakter daşıdığı üçün əsasən şifahi formada istifadə olunur. Lakin bu sözlər öz emosionallığı 

və nitqə  gətirdiyi rəngarəngliyi ilə seçildiyindən, müasir ingilis dilini bu sözlərsiz təsəvvür etmək qeyri-mümkündür. Bu 

üslubi təbəqəyə daxil olan sözlər ilkin istifadə edildiyi dövrdə qeyri-sabit olsalar da, onların bir çoxu dildə geniş  şəkildə 

işlənmiş və sonradan dilin lüğət tərkibində əks olunmuşdur.  

İngilis dilinin lüğət ehtiyatının şifahi danışıq dili vahidləri ilə zənginləşdirən vasitələrdən biri də slenqlərdir. Slenqlər 

termini müasir ingilis dili meyarlarından və istifadə dairəsindən aşağı olan bütün qeyri-rəsmi sözlərə aid edildiyindən fikir 

ayrılığına səbəb olur. Bir çox dil daşıyıcıları  tərəfindən  şifahi, xüsusən də qeyri-rəsmi ünsiyyət zamanı istifadə edilən 

slenqlər son dərəcədə emosional və ifadəli sözlərdir, onlar dildə öz orijinallığını tez itirərək yeni yaranmış sözlərlə  əvəz 

olunur. Bu tendensiya dildə eyni bir məfhumu ifadə edən, lakin fərqli ifadəlilik dərəcəsinə malik olan sinonimik cərgələrin 

yaranmasına səbəb olur. Məsələn, “gözəl qız” məfhumu danışıq dilində müxtəlif slenqlər vasitəsilə ifadə oluna bilər: 

“cookie”, “bird”, “cutie”, “sugar”, “tomato” və s.  Göründüyü kimi, əgər slenqlər dildə yeni və mühüm məfhum ifadə etmək 

üçün istifadə edilirsə, onlar dilin daha üst təbəqələrində  də istifadə edilərək, öz növbəsində dilin lüğət tərkibini də 

zənginləşdirir. Lakin, əgər onlar dilin sinonimik cərgəsini artırmaq xarakteri daşıyırsa və dilə yenilik gətirmirsə, onlar lüğət 

tərkibində keçici xarakter daşıyaraq tez bir zamanda unudulur.  

Slenglər digər ümumişlək sözlərdən məna və  səs tərkibinə görə  fərqlənmir. Faktiki olaraq, slenqlərin bir çoxu 

ümumişlək sözlərlə omonimlik təşkil edir, eyni yazı və tələffüz qaydasına malikdir. Slenqlərin digər bir xüsusiyyəti ondan 

ibrətdir ki, bu sözlər çoxmənalılıqları ilə seçilirlər. Dil daşıyıcıları az sayda sözdən istifadə etməklə, onlara yeni-yeni 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   631   632   633   634   635   636   637   638   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin