II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
362
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olunan səviyyədə və təfsilatlarla təqdim edilməsinin əhəmiyyətini ortaya qoyur. İşgüzar məktubda fikirlər aydın və konkret
şəkildə ifadə edilməli, lakin bu lakoniklik əsnasında çatdırılan məlumatın informativ yükünə xələl gəlməməlidir. Eyni
zamanda vacib məlumatlar punktlarda, punktlar isə, öz növbəsində, ayrı-ayrı abzaslarda təqdim olunmalıdur. Eləcə də
burada rəsmi biznes məktubunun tərtibi qaydalarına riayət edilərək, abzaslar fərqli intervalla təqdim edilməlidir. Bu isə hər
bir abzas daxilindəki yeni informativ yüklü punktların ilk baxışdan asan mənimsənilməsi üçün əlavə şərait yaratmışdır.
Məsələn:
Dear Sirs,
I have seen your ad in the Boston Globe of Sunday, February 12, and would like to order the following weather vane:
Model EPS – 18’’ eagle with arrow, copper, $34.95.
I would like the weather vane sent to the address by parcel post and charged, with any applicable sales tax and
handing costs, to my VISA account (number 003 0971 A109).
Yours truly,…. (Гуринович В.В. Деловая переписка на английском языке., М.: АСТ, Минск: Харвест, 2007, 256 с;
s.100)
Onu da qeyd edək ki, biznes şirkəti rəhbərlərinin səhmdarlara ünvanladıqları məktubların təhlili əsasında belə bir
nəticəyə gəlmək olar ki, məsuliyyətli şəxslər böhran anında yaranmış vəziyyəti gizlətməyi deyil, onun məsuliyyətini digər
səhmdarlarla bölməyi üstün tuturlar. Beləcə səhmdarlar öz aktivlərinin real gəlir – divident potensialını hesablayır və ya
mümkün itkilərə hazırlaşırlar. Rəhbərin belə bir çətin mərhələdə ifrat optimistik proqnozla çıxış etməsi əslində,
“yalanətrafı” informasiyanın ötürülməsi kimi səciyyələndirilə bilər. Bu isə öz növbəsində, qeyri- etik davranış kimi şirkətin
nüfuzuna islaholunmaz zərbə vura bilər və ya şirkətin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər.
Dostları ilə paylaş: |