Microsoft Word Materiallar Full


İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İŞGÜZAR



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə641/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   637   638   639   640   641   642   643   644   ...   1149
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İŞGÜZAR  

MƏKTUBUN LİNQVOPRAQMATİK SPESİFİKASINA DAİR 

 

Gülnar QULİYEVA 

Azərbaycan Dillər Universiteti 



gulka_1@box.az 

 

Təqdim edilən araşdırmada ilk dəfə olaraq Azərbaycan və ingilis dillərindəki biznes sənədləşmələrində mühüm yer 

tutan işgüzar məktubların linqvopraqmatikasının spesifik xüsusiyyətlərinin müqayisəli təhlili aparılır. 

Məlumdur ki, Azərbaycanın müstəqillik qazandıqdan sonra yeni sosial-iqtisadi münasibətlər sisteminə keçməsilə 

həmin münasibətləri tənzimləyən yeni sənədləşmə növlərinin mənimsənilməsi və ya mövcud olan sənədləşmələrin yeni 

linqvopraqmatik spesifika qazanması qaçılmaz olub. Belə ki, sovet sisteminin işgüzar münasibətlər sisteminin daha çox 

imperativ tona əsaslanmış  işgüzar münasibətləri demokratiya və liberal bazar iqtisadiyyatı fonunda bir çox aspektlərdə 

keçərsiz olmuşdur. Yaranan yeni biznes sənədləşməsi mədəniyyətinin formalaşması iki onillikdən artıq zaman almasına 

baxmayaraq Azərbaycanın bu sahədə ciddi uğurlara imza atması danılmazdır. Həmin uğurları şərtləndirən vacib amillərdən 

biri Azərbaycan işgüzar mühitinin qloballaşan dünyanın iqtisadi-maliyyə münasibətlər sisteminə uyğunlaşa bildiyi kimi, 

Qərb bazar münasibətləri etiketinin ən müsbət cəhətlərini müvəffəqiyyətlə mənimsəyə bilməsidir. 

İşgüzar məktub kateqoriyasını digər növ biznes sənədlərindən fərqləndirilməsinin başlıca səbəbləri onların 

polifunksionallığı, liberallığı, kreativliyi və ümumilikdə biznes sənədləri ilə bağlı qəbul edilmiş olan və ya stereotip şəklində 

qavranılan klişe və standartlara nəzərən daha az şərtlənmiş olmasıdır. Məlum olduğu kimi, işguzar mühitdə qurulmuş 

münasibətlərin səviyyəsinə  və  şəxsi tanışlıqlar zəminində  əldə edilən kommunikativ ton fərqləndirməsinə görə, bu 

məktublar fərqlilik nümayiş etdirə bilərlər. Azərbaycan kimi azad sahibkarlıq mühitinin formalaşması tarixi qısa olan 

ölkələrdə bu fərqlər ciddi şəkildə nəzərə çarpmır. Və elə bu səbəbdən, burada kommunikativ tonun fərqləndirilməsi kimi 

incə nüansla bağlı toplum ənənəsinin formalalaşması haqqında danışmaq yersizdir. Lakin eyni vəziyyət Qərb ölkələri üçün 

keçərli deyil. Belə ki, Avropa və Amerikanın biznes kommunikasiyası  ənənələri  və bu ənənələrin formalaşmasında heç 

şübhəsiz ki, flaqman rolunu oynamış ingilisdilli ölkələrin biznes mühiti bu kimi fərqlərin verbal reallaşmasını ən adekvat 

şəkildə gerçəkləşdirmək iqtidarındadır. Söhbət “işgüzar məktub”  şərti adı ilə  fərqləndirdiyimiz biznes sənədlərinin 

tərkibində  rəsmi işgüzar məktub və qeyri – rəsmi işgüzar məktub anlayış  fərqləndirməsindən gedir. Rəsmi işgüzar 

məktubun xitabət formasından başlayaraq sonluq ifadəsinə  qədər mətninin ümumi səciyyələndirilməsi sırf rəsmi – 

kargüzarlıq üslubu tonuna müvafiq olur. Lakin qeyri – rəsmi işgüzar məktubun üslubu isə mixed type – deyə xarakterizə 

edilə bilən fərqli üslubların qarışığını  təcəssüm etdirir. Eləcə  də, bu qrup yazışma sənədləri yüksək səviyyəli  

polifunksionallıq və kreativlik məqamları ilə  zəngindir. Məlumdur ki, “kreativlik – dostuq epistolyarisinə xas olan 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   637   638   639   640   641   642   643   644   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin