Microsoft Word Materiallar Full


MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MƏSDƏRİN NOMİNATİV



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə681/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   677   678   679   680   681   682   683   684   ...   1149
MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MƏSDƏRİN NOMİNATİV 

XÜSUSİYYƏTLƏRİ 

 

Sərinə MƏHƏRRƏMOVA 

Bakı Slavyan Universiteti 



sarin_mp@yahoo.com 

 

Hər bir nitq hissəsinin özünəməxsusu xüsusiyyətləri olduğu kimi, məsdərin də spesifik qrammatik xüsusiyyətləri 

vardır. Məsdər özündə iki nitq hissəsinin (isim və fel) xüsusiyyətlərini cəmləşdirən mürəkkəb qrammatik kateqoriyadır. 

Məsdərin həm Azərbaycan, həm də ingilis dillərində verbal xüsusiyyətlərini artıq müəyyən dərəcədə dilçilər 

işıqlandırmışdır. Məsdərin nominativ xüsusiyyətlərini müxtəlifsistemli dillərdə (Azərbaycan və ingilis dilli materialları 

əsasında) necə səciyyələndirmək olar? 

Azərbaycan dilində infinitivin nominativ xüsusiyyətləri nisbətən azdır və bu bir tərəfdən tədqiq olunan kateqoriyanın 

tarixi inkişafı ilə əlaqədardır, digər tərəfdən isə infinitivin nitq hissələri sistemində tutduğu mövqedən asılıdır. 

Azərbaycan dilində infinitivin nominativ xüsusiyyətləri nisbətən geniş  əhatə dairəsinə malik olduğu halda, ingilis 

dilində bu əhatə dairəsinə malik olduğu halda, ingilis dilində bu əhatə dairəsi daha məhduddur. 

İngilis dilində infinitivin nominativ xüsusiyyətləri özünu yalnız sintaktik səviyyədə biruzə verir. Azərbaycan dilindən 

fərqli olaraq ingilis dilində infinitivin nə hal, nə  mənsubiyyət kateqoriyası var. Qədim ingilis dilində infinitivin hal 

şəkilçilərinə malik olmuşsa da, sonralar bu şəkilçilər aradan çıxmışdır. 

Nominativ-latın mənşəli söz olub, nomen-yəni ad mənası  daşıyan sözdən əmələ  gəlmişdir. Biz məsdərin nominativ 

xüsusiyyətləri dedikdə, onun ismi və ya ad xüsusiyyətlərini nəzərdə tuturuq.(2,74) 

Felin və eləcə də fel sisteminə daxil olan məsdərin nominativ funksiyalarını təsvir və təhlil etmək çox çətin problemlər 

yaradır. Belə ki, bir tərəfdən məsdər hər iki dilin inkişafının ən ilkin dövrlərində hərəkət adı kimi formalaşmış, lakin sonra 

tədricən feli xüsusiyyətlər üstün gəldiyindən məsdər fel sistemində vətəndaşlıq qazanaraq, möhkəm yer tutmuşdur. Bu fakt 

isə təbii olaraq məsdərin nominativ funksiyalarının azalmasına gətirib çıxarmışdır. Digər tərəfdən, fel elə bir kateqoriyadır 

ki, dil sistemində bütün digər nitq hissələri (məs. isim, sifət, say  və s.) onun reallaşmasında köməkçi rol oynayır, hətta isim 

də feldən iyerarxiya asılılığındadır.(1,79) 

İngilis dilində infinitiv ismin çıxış etdiyi bütün funksiyalarda işlənir. Belə ki, infinitiv isim kimi aşağıdakı sintaktik 

funksiyalarda iştirak edir: mübtəda, tamamlıq,predikat, təyin və zərflik. 

 Praktik qrammatikaya aid bir çox kitablarda infinitivin  nominativ xüsusiyyətlərindən danışarkən onun yalnız 

mübtəda, tamamlıq və predikativ funksiyalarında çıxış etməsi göstərilir. 

Zənnimizcə, infinitiv təyin və  zərflik funksiyasında çıxış etməsini nominativ xüsusiyyətlərə aid etmək olar. Məs.: 



Lanny came here to study. Lənni buraya oxumaq üçün gəldi-zərflik funksiyası. The best thing noü üould be to go back-Ən 

yaxşı şey çıxıb getmək olardı-təyin funksiyasında.(I.Levin) 

Ümumiyyətlə, qeyd olunmalıdır ki, nominasiya sahəsində isim feldən üstündür və bunu sübuta yetirmək üçün o faktı 

nəzərə almaq lazımdır ki, felin semantikasını  təhlil edərkən biz mütləq həmin felin hüdudundan kənara çıxmalıyıq. Fel 

leksemlərinin məna strukturlarını    təhlil etmək üçün biz mütləq onları formalaşdıran adlara və  hərəkətlə obyekt-subyekt 

münasibətlərinin öyrənilməsinə müraciət etməliyik.(3,119) 

Beləliklə, ismin nominativ funksiyaları daha müstəqil, geniş və rəngarəngdir. 

Müasir Azərbaycan dilində məsdərin nominativ xüsusiyyətləri bunlardır: 

1.  Kəmiyyət kateqoriyası: Məsdər məzmun etibarı ilə bəzi hallarda mücərrədliyə imkan verir. Məhz buna görə də oxumaq, 

yazmaq və s. kimi məsdərləri cəm formasında (oxumaqlar, yazmaqlar) işlətmək mümkün deyil. 

2.  Hal kateqoriyası: Müasir Azərbaycan dilində hal şəkilçiləri bəzi nitq hissələrinə, məsələn, substantivləşmiş sifətlərə, 

saylara,  əvəzliklərə, eləcə  də  məsdərə qoşula bilir. Məsdərin hallara görə  dəyişməsi onun isimlərlə daha çox bağlı 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   677   678   679   680   681   682   683   684   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin