II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
443
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Beləliklə, məktəb öz işini bu standartlara nail olunması istiqamətində qurur, sifarişçilər isə 11 il ərzində böyük maddi
və mənəvi resurslar sərf etdikləri “məhsul”un müəyyən olunmuş bilik, bacarıq, dəyər və vərdişlərə hansı səviyyədə
yiyələndiyini müntəzəm yoxlama imkanına sahib olurlar.
Son zamanlara qədər bilik öyrətmə, yəni bilikli şagird yetişdirmə məktəbin qarşısında qoyulmuş başlıca vəzifə hesab
olunurdu.Tez-tez eşitdiyimiz “Məktəb bilik ocağıdır!” kimi şüarlar da əslində onun bu vəzifəsinin təbliğindən
qaynaqlanırdı.Müasir dövrdə isə biliyə münasibət tamamilə dəyişib.Çünki yaşadığımız yüksək texnologiyalar dövründə
biliklər sürətlə köhnəlir, bacarıq və dəyərlər isə öz əhəmiyyətini uzun illər boyu saxlayır.İndi biliklərdən istifadə etməyə –
onun tətbiqinə daha çox önəm verilir, nəinki onları nümayiş etdirməyə.Ona görə də şagirdlər məktəbdə daha çox gündəlik
həyatda qarşılaşdıqları problemləri həll etmədə, məsələlərə analitik yanaşmada, yaradıcı düşünmədə yiyələndikləri
biliklərdən istifadə bacarıqlarına yiyələnməlidirirlər.
Əlbəttə, həm biliyi, həm də bacarığı qısa bir zaman ərzində öyrətmək və öyrənmək mümkündür.Vərdişin
formalaşdırılması isə daha çox vaxt və iradə tələb edir.Vərdiş – şagirdin təlim prosesi dövründə qazandığı, təkmilləşdirdiyi
və lazım olan anda asanlıqla (avtomatik şəkildə) tətbiq edə bildiyi bacarıqdır.
Həm ümumbəşəri, həm də milli dəyərlər...
Bu gün ölkəmizin beynəlxalq birliklərə inteqrasiyası – genişlənən iqtisadi-siyasi və mədəni əlaqələr, informasiya və
mədəniyyət resurslarından maneəsiz istifadə imkanı gənclərimizin mühüm ümumbəşəri dəyərlər formalaşdırmasını
asanlaşdırmaqla yanaşı, həm də milli adətənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf etdirmək
zərurəti doğurur.Ona görə də “Həyat bilgisi” fənninin məzmununda milli-mənəvi dəyərlərin formalaşdırılmasına xidmət
edən alt-standartlara xüsusi yer verilmişdir.
Dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin
əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və
inanclardır.“Həyat bilgisi”nin aşıladığı başlıca dəyərlər bunlardır:
adil olma
azad fikirli olma
ailə birliyinə önəm vermə
vətənsevərlik
qanunlara hörmət
tolerantlıq
məsuliyyətlilik
çalışqanlıq
qonaqpərvərlik
yardımsevərlik
Gündəlik həyatda istifadə olunacaq bilik, bacarıq və dəyərlərin formalaşdırılması və təkmilləşdirilməsi fasiləsiz
olduğundan bu proses məktəbdəki dərslərlə məhdudlaşmır, məktəbdən kənarda – ailədə, şagirdin olduğu hər yerdə davam
edir. Ona görə də fənnin məzmununun mənimsənilməsində şagirdlərin valideynlərinin və yaxınlarının üzərinə də ciddi
vəzifələr düşür. Bunu isə yüksək səviyyədə qurulmuş məktəb-ailə işbirliyinin köməyilə asanlaşdırmaq olar. İşbirliyi bu
fasiləsiz öyrənmə prosesini sistemləşdirib sağlam zəmin üzərində bərqərar etməyə xidmət göstərməlidir. Bəzi ailələrlə əlaqə
yaradılarkən ümumi işə mənfi təsir göstərə biləcək aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməsi də yaddan
çıxarılmamalıdır:
valideynlərin sahib olduqları bilgilərin səhv və ya yarımçıqlığına;
valideynlərin mədəni səviyyələrinin yetərsizliyinə;
ailənın maddi durumunun aşağı olmasına;
valideynlərin övladları ilə məşğul olmağa və məktəblə işbirliyinə vaxtlarının olmamasına.
Çağdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarından istifadə etmədən hər hansı bir
fənnin, xüsusən də həyati bacarıqlar formalaşdırmaq məqsədi daşıyan “Həyat bilgisi”nin tədrisində müvəffəqiyyət əldə
etmək mümkün deyil. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə fəallığın artırılması, məzmunun hərtərəfli
aşılanması və şagirdlərdə müasir dünyagörüşün formalaşdırılmasında onun rolu danılmazdır. İnteqrasiya – müəyyən təhsil
sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və
onları sistemləşdirməkdir.
Müasir dünya təcrübəsində, adətən, inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər: Fənndaxili inteqrasiya – müəyyən bir
fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir.
Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə
son nəticədə fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada, inteqrasiya olunmuş məzmun
informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına
|