ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏLİMİN SƏMƏRƏLİ TƏŞKİLİNİN PEDAQOJİ-
PSİXOLOJİ ƏSASLARI
Nilufər MƏMMƏDOVA
QAFQAZ UNİVERSİTETİ
muganturk@gmail.com
İnkişaf etmiş cəmiyyətdə artıq şəxsiyyət formalaşdırılması, təcrübənin ötürülməsi prosesi mürəkkəbləşmiş və xüsusi
fəaliyyət sistemi tələb edirdi. Bu da pedaqogika elminin meydana gəlməsi, elm kimi inkişaf edib formalaşmasına səbəb oldu.
Təlim – öyrədənin rəhbərliyi ilə öyrənənlərin həyatı dərk etməsi və bu əsasda bilik, bacarıq, vərdişlərə yiyələndirmə
prosesidir.
Pedaqogika insanları bilik, bacarıq, vərdişlərə yiyələndirərək, onlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və
davranış qaydalarına uyğun münasibət formalaşdıraraq, həyata hazırlanması haqqında elmdir.
Təlim prosesində bilik bacarıq və vərdişlərə yiyələndirməyə maddi aləmin dərk etdirilməsi və bu əsasda elmi
dünyagörüşlər formalaşdırılması zəminində qurulan öyrədən və öyrənən (müəllim-şagird, müəllim - tələbə, usta - şagird və
s.) fəaliyyəti qarşılıqlı əlaqədə və sıx fəaliyyət göstərir, biri digərini tamamlayır.
Təlim obyektiv aləmin dərk etdirilməsidir. Dərk etdirmə və dərk etmə sistemli şəkildə təlim müəssisələrində aparılmaqla
yanaşı təlimdənkanar müəssisələrdə də – mədəniyyət müəssisləri, ailə, uşaq evləri, yenidən tərbiyə müəssisələri, istehsalat
müəssisləri və s. də aparılır. Bu baxımdan təlimə ümumiyyətlə insanların həyatı dərk etməsi, zəruri bilik, bacarıq və
vərdişlərə yiyələnməsi prosesi kimi də baxmaq olar. Bilik, təbiət, cəmiyyət, insan təfəkkürü haqqında qaydalar, qanunlar,
qanunauuğunluqlar haqqındakı faktlar, məlumatlar sistemidir. Bu faktlar və qanunauyğunluqlar ayrı-ayrı elmlərin tərkibində
birləşdirilib sistemə salınmışdır. Müxtəlif elm sahələrinin son nəaliyyətləri isə tədris fənləri vasitəsilə böyüyən nəslə
mənimsədilir. Bu fənlər vasitəsilə böyüyən nəsl təbiət və cəmiyyətin inkişaf qanunlarını dərk edirlər. Dərk edilmiş elmi
məlumatlara uyğun olaraq fəaliyyət üsullarına yiyələnirlər. Elmi məlumatlara yiyələnmə prosesi öyrənənin həmçinin
təfəkkürünü inkişaf etdirir, intellektual səviyyəsini yüksəldir, beləliklə də elmi dünyagörüşün əsası qoyulur. Bu isə öz
növbəsində insanlara təbiət və cəmiyyət hadisələrinə obyektiv münasibət bəsləmə imkanı verir. Təlim bacarıqları həm də
əmək bacarıqlarının şüurlu və səmərəliyini təmin edir. Həmçinin yaradılmış bacarıqlar gənclərə şüurlu peşə seçməkdə
kömək edir. Beləki, bu proses yeniyetmə və gəncə özünün həm dərk etmə qabiliyyətini həm də əmək qabiliyyətinin
mənzərəsini yaradır, bu isə hər kəsə peşə seçməyə şüurlu yanaşma imkanı verir. Seçilmiş sahələr, ixtisaslar üzrə isə artıq
xüsusi biliklər verilir. Bu biliklərə uyğun ixtisas bacarıqları isə gənclərin həmin sahədə hələ orta məktəbdə malik olduğu
bacarıqlar əsasında yaradılır. Məsələn, incəsənət sahəsində ixtisaslaşma zamanı hələ orta məktəbdən gənclərdə
formalaşdırılmış ifadəli oxu, avazla şer demək, musiqi dinləmək, musiqi alətlərində ifa etmək, dram əsərlərini
səhnələşdirmə, çəkmə, yonma, ağac və metal üzərində işləmə və s. bacarıqlarına istinad edilir. Artıq formalaşmış olan bu
bacarıqlar həm sistemli təlimin müxtəlif mərhələlərində, həm də fəaliyyət prosesində yeni bacarıqların yaranmasına səbəb
olur. Təlimin müvəffəqiyyətində bilik və bacarıqlar kimi vərdişlər də əhəmiyyətli yer tutur. Təlimin əsas hərəkətverici
qüvvəsini daim artan və mürəkkəbləşən tələblərlə öyrənənin imkanları arasındakı ziddiyyət təşkil edir. Bu ziddiyyətlər isə
özünü keçmiş bilik səviyyəsi ilə yeni biliyin mənimsənilməsində məlum biliklərdən istifadə bacarığında, təlimə
münasibətdə, öyrənməyə təlabatda və s. göstərir. Ziddiyyətlər bütün tədris prosesində mövcud olduğu üçün təlimin
hərəkətverici qüvvəsi hesab edilir.
Təlim idrakında induksiya və deduksiyanın vasitəsiz və vasitəli yollarından istifadə edilir. Təlimin, dərk etmənin ən
səmərəli vasitələrindən biri onun təcrübə ilə əlaqələndirilməsidir. Bu təlim işində xüsusi metodolooji prinsipdir. Beləki,
təlim insanların geniş ictimai təcrübəsindən təcrid edilə bilməz. Məhz təlim prosesində insanlar dərk edirlər ki, hər bir
|